Dollarla bağlı əhaliyə mühüm xəbərdarlıq edildi - Bundan sonra...

Dollarla bağlı əhaliyə mühüm xəbərdarlıq edildi - Bundan sonra...Bu gün saat 16:30-da investorların bir həftədir böyük maraqla gözlədikləri, Amerikanın əmək bazarı ilə bağlı statistik məlumatlar açıqlanacaq.
Sonxeber.az İnvestaz-a istinadən xəbər verir ki, ABŞ-da qeyri-kənd təsərrüfatı sahələrində məşğulların sayı iyun ayında 158 000 nəfər artıb. Bu isə may ayının 230 000 nəfərlik artım sayından və maliyyə bazarlarında gözlənilən 185 000 nəfərlik artım sayından çox aşağıdır. Beləliklə, göstərici cari ilin minimum səviyyəsinə kimi azalmaqla yanaşı, Amerikanın əmək bazarında müşahidə edilən yaxşılaşmanın dinamikasında da azalmanı göstərir.

Maliyyə bazarlarında isə mütəxəssislər ABŞ-ın qeyri-kənd təsərrüfatı sahələrində iş tapanların sayında (ing.: "NFP") artımın iyun ayında 179 000 nəfər olacağını proqnozlaşdırırlar. May ayında isə "NFP" üzrə artım 138 000 nəfər olmuşdu. Ümumiyyətlə, Amerikanın işsizlik səviyyəsi son 16 ilin minimum səviyyəsinə kimi azalsa da, iş yerlərinin artım dinamikası keçən ilin iyun ayından etibarən 292 00 nəfərdən 11 000 nəfərə kimi azalıb. Bu göstərici hətta 2015-ci ilin noyabr ayında 353 000 nəfərə çatırdı.

Beləliklə, son müddət Amerika iqtisadiyyatında inflyasiyanın FES-in 2%-lik hədəfindən uzaqlaşması ilə bərabər, yeganə müsbət tendensiya müşahidə edilən işsizlik səviyyəsi fonunda şübhələr də arta bilər. Lakin yenə də bu gün açıqlanacaq əmək bazarı ilə bağlı rəsmi statistik məlumatları gözləmək və sürprizlərə hazır olmaq lazımdır.

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti gözlənildiyi kimi, ucuzlaşmaqda davam edir. Belə ki, dollar indeksi cari həftə ərzində 1.0%-ə kimi ucuzlaşıb. Foreks bazarlarında dolların ucuzlaşması avronun da 1.1424$-a kimi bahalaşmasına təsir edib və yenidən 1.1445$-a kimi bahalaşarsa, əlavə olaraq 1.1540$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2853   Tarix: 07 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021