Atletlər kəndi nə üçün istifadə olunacaq?

Atletlər kəndi nə üçün istifadə olunacaq?Birinci Avropa Oyunlarında idmançıların qaldığı Atletlər kəndindəki binalar qonaqlarını yola saldı. İndi ortaya sual çıxıb - bir neçə ildir tikilmiş və hələ də satılmamış bu mənzillərin taleyi nə olacaq?

Heydər Əliyev prospekti 117-də, Koroğlu metrostansiyasının yaxınlığında yerləşən bu şəhərciyin tikintisinə 2008-ci ildə başlanıb, bir neçə il sonra təhvil verilsə də, satışa çıxarılmamışdı. Şəhərcikdə 45 girişli 13 yaşayış binası var. Binalar 10,12,16 mərtəbəlidir. Şəhərcik kompleksinə 1200 şagirdlik məktəb, idman zalı və meydançalar da daxildir.

Heydər Əliyev prospekti 117-də bu şəhərcik tikilməyə başlayanda yerli mətbuat yazırdı ki, binalar Neft Şirkətinin işçiləri üçün tikilir: "Bayılda neft buruqlarının yerləşdiyi ərazinin yaxınlığında yaşayan sakinlər bura köçürüləcək. Qalan mənzillər isə illərdir Neft Şirkətindən ev almaq üçün növbəyə dayanan insanlara paylanılacaq".

Birinci Avropa Oyunları ərəfəsində Gənclər və idman naziri Azad Rəhimov isə yerli mətbuata bildirdi ki, həmin binalar Azərbaycanda birinci Avropa Oyunlarına gələcək idmançılar üçün icarəyə götürüləcək. "Həmin binaları inşa edən şirkətlə müqavilə bağlanacaq. O binalardakı mənzillər müvəqqəti təmir ediləcək və mebellə təchiz olunacaq. Orada hər cür şərait yaradılacaq. Həmin ərazidə poliklinika, yeməkxana və idmançılara lazım olan digər məntəqələr tikiləcək. Belə bir planımız var" -deyə nazir vurğulamışdı.

Avropa Oyunları bitdi və gözlər yenidən Heydər Əliyev prospekti 117-yə tikildi: Dizaynı, yerləşdiyi məkan, şəraiti ilə cəlbedici görünən bu binalardakı mənzillərin sahibi kim olacaq?

Gənclər və idman nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirdilər ki, bu sualı tez-tez eşidirlər, ancaq hələlik bir qərar yoxdur, məlumat olan kimi ictimaiyyətə açıqlayacaqlar.

"Azinko" şirkətindən isə AzadlıqRadiosuna bildirdilər ki, Heydər Əliyev prospekti 117-dəki binalar hələ ki, Bakı Olimpiya Oyunları Təşkilatının icarəsindədir və mənzillər satışa çıxarılmayacaq. Səbəbi də odur ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan İslam Olimpiya Oyunlarına gələn idmançılar da burada qalacaq.

2017-ci ilə qədər şəhərcik icarədəmi qalacaq? İcarə haqqı nə olacaq? Azinko-dan bu suallarımıza cavab ala bilmədik.

İqtisadçı Natiq Cəfərli deyir ki, atletlərin qalması üçün ayrıca Olimpiya kəndi tikməkdənsə, icarəyə götürmək daha ucuz başa gəlir: "Amma gözləyirəm ki, Gənclər və İdman Nazirliyi şəhərcik üçün nə qədər icarə haqqı ödədiklərini, orda aparılan işlərə nə qədər vəsait xərclədiklərini açıqlasınlar. Əgər vəsait dövlət büdcəsindən xərclənibsə, şəffaflıq qorunmalıdır".

İqtisadçı şəhərciyin növbəti oyunlara - 2017-ci ilə qədər də icarədə qalmasını problem saymır, ancaq onu vurğulayır ki, icarə haqqı dövlət büdcəsindən ödəniləcəksə, bu barədə ictimaiyyətə detallı məlumat verilməlidir./qafqazinfo


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1604   Tarix: 15 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın "Bordo" klubu investisiya fondu Park Bench-in komandaya 1 avro qarşılığında sahib olmasına razılıq verildiyini açıqlayıb. xəbər verir ki, sövdələşmə klubun ləğv olunmasının qarşısını almağa imkan verəcək. Park Bench eyni zamanda "Bordo"nun üzərinə düşən böyük məbləğdə borclar

30 sentyabr
.

"Murov Az Terminal" voleybolçu Anastasiya Baydyuku transfer edib

Qadınlardan ibarət "Murov Az Terminal" voleybol kollektivi heyətinə yeni oyunçu cəlb edib. Bu barədə -a klubun mətbuat xidmətindən məlumat verilib. Komanda hücumçu Anastasiya Baydyuku sıralarına cəlb edib. Gənc voleybolçu qarşıdakı mövsümdə "Murov Az Terminal"ın uğurları üçün mübariz

28 sentyabr
.

Millətlər Liqası: Türkiyə İtaliya ilə üz-üzə gələcək

UEFA Millətlər Liqasında qrup mərhələsində II turun növbəti oyunları bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, A, B və C qruplarında ümumilikdə səkkiz matç baş tutacaq. A Liqasının 1-ci qrupunda Türkiyə millisi İtaliya seçməsini qəbul edəcək. Fransa isə Belçikanın qonağı olacaq. UEFA Millətlə

28 sentyabr
.

Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir

Bu gün Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar başlanıb. Bu barədə -a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib. Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən təşkil edilən seminarlar tanınmış məşqçi Yevgeni Timçenkoya həvalə olunub. Qazaxıstanlı mütəxəssis oktyabrın 7-də

1 oktyabr
.

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğurunda döyüşə çıxacaq

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb. xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu mərhələdə fransalı Dalyan Boulemtafeslə qarşılaşıb. R.Məmmədəliyev rəqibinə 0:2 hesabı ilə uduzub. Cüdoçumuz mübarizəni təsəlliveric

6 oktyabr
.

Nokauta düşən meksikalı boksçu bir həftə sonra öldü

26 yaşlı meksikalı boksçu Arturo Torres sonuncu döyüşünün ardından komaya düşüb və bir həftə belə keçmədən dünyasını dəyişib. xəbər verir ki, bu barədə "Supreme Boxing" promouter şirkəti məlumat yayıb. Qeyd olunur ki, sentyabrın 19-da Mexikali şəhərində Torres öz həmyerlisi Xilberto Qarsiy

26 sentyabr
.

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı

UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlanıb. "Qafqazinfo" UEFA-nın saytına istinadən verir ki, D Liqasında 2-ci qrupun oyununu Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Kristian Petru Cioçirca olacaq. Ona yan xətdə Maksimilia

29 sentyabr
.

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib. O

5 oktyabr
.

Roberto Karlos: "Futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim"

Braziliya millisinin və "Real Madrid"in sabiq futbolçusu Roberto Karlos idman karyerasını başa vurduqdan sonra üzləşdiyi maliyyə problemlər barədə danışıb. xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb. "Böyük futbolla vidalaşmağa qərar verdiyim an artıq idman direktor

26 sentyabr