Azərbaycanda 700 bal toplayanlar görün kimlərdir - TANIYIN

Azərbaycanda 700 bal toplayanlar görün kimlərdir - TANIYINDövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə iyulun 22-də keçirdiyi qəbul imtahanının nəticələrini bu gün elan edib.

DİM-dən Sonxeber.az-a verilən məlumata görə, imtahanda I ixtisas qrupu üzrə iki abituriyent (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin və Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunları), IV ixtisas qrupu üzrə isə bir abituriyent (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

Qeyd edək ki, iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək. Həmin abituriyentlər üçün "imtahana buraxılış vərəqəsi" iyulun 25-də gün ərzində Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

Modern.az saytı I və IV ixtisas üzrə keçirilən imtahanda 700 bal toplayan abituriyentlərlə əlaqə saxlayaraq, onların təəssüratlarını öyrənib.

Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Jalə Məmmədova də birinci imtahanda yüksək nəticə göstərib, amma 700 bala ikinci imtahanda nail olub.

"Birinci imtahanda 695 bal toplamışdım. Amma hədəfim 700 bal idi. Ona görə də ikinci imtahana qatılmalı oldum. Hələ ki hansı universitetdə təhsil alacağımı müəyyənləşdirməmişəm. İxtisasa gəlincə, ya kimya mühəndisliyi, ya da proseslərin avtomatlaşdırıması ixtisası üzrə təhsil almaq istəyirəm".

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin Ziya Müslümov deyir ki, birinci imtahanda yaxşı nəticə göstərsə də, bununla kifayətlənməyib.

"Birinci imtahanda 675 bal toplamışdım. Amma bu balla kifayətlənmədim. Ona görə də ikinci imtahana qatıldım. Fərdi müəllim yanına getməmişəm. Orta məktəbdə hazırlaşmışam. Təhsilimi Azərbaycan Tibb Universitetində davam etdirəcəm. Gələcəkdə isə xaricdə oxumaq istəyərəm".

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Qabil Əliyev 700 bal toplamaqdan çox məmnun olduğunu vurğulayıb:

"Birinci imtahanda 680 bal toplamışdım. Amma fikirləşdim ki, əgər 700 bal toplaya bilərəmsə, niyə də olmasın. Təhsilimi Bakı Ali Neft Məktəbində davam etdirmək istəyirəm. İxtisasa gəlincə, ya kimya mühəndisliyi, ya da proseslərin avtomatlaşdırıması ixtisasını seçəcəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2625   Tarix: 25 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sumqayıtda 15 yaşlı qız itkin düşüb

Sumqayıtda 15 yaşlı qız itkin düşüb. "Report" xəbər verir ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Aylin Müşviq qızı Hüseynova Kimyaçılar qəsəbəsində yaşadığı evdən çıxıb gedib və geri qayıtmayıb. Faktla bağlı polisə məlumat verilib

2 may
.

Ər-arvad arasında bölünməyən əşyalar hansılardır?

Nikah pozularkən ər-arvadın hər birinin ayrıca əmlakı sayılan, əvəzsiz əqdlər əsasında əldə olunmuş və yaxud da şəxsi vəsait hesabına alınmış əşyalar bölünə bilməz. Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Zaur Əliyev bildirib. Hakim qeyd edi

2 may
.

Neftçilər prospekti bağlandı

Bakının Səbail rayonu, Neftçilər prospekti istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, buna səbəb Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində su xəttində yaranan proble

2 may
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirə təyina

1 may
.

Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi - Fotolar

Məlumdur ki, Prezident İlham Əliyev 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir

1 may
.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

1 may
.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

1 may
.

"Kristal Abşeron"un keyfiyyətsiz mənzil "KAMPANİYASI": Vətəndaş pulunu şirkətdən geri ala bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, deputat Ağalar Vəliyevə məxsus olan "Kristal Abşeron"dakı mənzillərin keyfiyyətsiz olması ilə bağlı daha bir fakt ortaya çıxıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Sumqayıt şəhəri, 10-cu mikrorayonda "Kristal Abşeron" yaşayış kompleksində çəkilə

1 may
.

Bakının bu rayonunda qaz olmayacaq

Bu gün Bakının Yasamal rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilib ki, Yasamal rayonu, Dadaş Bünyadzadə və Əsəd Əhmədov küçələrində yeni çəkilmiş qaz xəttinin mövcu

2 may