"Kristal Abşeron"un keyfiyyətsiz mənzil "KAMPANİYASI": Vətəndaş pulunu şirkətdən geri ala bilərmi? - AÇIQLAMA

"Kristal Abşeron"un keyfiyyətsiz mənzil "KAMPANİYASI": Vətəndaş pulunu şirkətdən geri ala bilərmi? - AÇIQLAMAXəbər verdiyimiz kimi, deputat Ağalar Vəliyevə məxsus olan "Kristal Abşeron"dakı mənzillərin keyfiyyətsiz olması ilə bağlı daha bir fakt ortaya çıxıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Sumqayıt şəhəri, 10-cu mikrorayonda "Kristal Abşeron" yaşayış kompleksində çəkilən görüntülərdən mənzillərin necə keyfiyyətsiz tikildiyi, bir müddətdən sonra yararsız hala düşdüyü məlum olur. Əlbəttə ki, bu hallar tək "Kristal Abşeron" şirkətinə aid deyil. Bir sıra yaşayış massivləri var ki, vətəndaşlar onların tikintisi və keyfiyyəti ilə bağlı narazılıqlar edir. Bəs belə olan halda vətəndaş mənzilin pulunu şirkətdən geri ala bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, əgər vətəndaş hansısa bir tikinti şirkətinin etdiyi təmirlə mənzil alırsa, aralarında bağlanan alqı-satqı müqaviləsində şirkətin öhdəlikləri qeyd olunur:

"Bu zaman evlərə qarantiya müddəti verilir. Bu müddət ərzində əgər təmir və tikintidə hər hansı bir problem baş verərsə vətəndaş həmin mənzilin geri qaytara bilər. Digər tərəfdən həmin mənzili təmirini şirkətə yenidən etdirə bilər. Bu problem əgər qarantiya müddətindən daha tez baş verirsə, qarşı tərəfin vəzifə borcudur ki, öhdəliklərini yerinə yetirsin. Bu müddət ərzində nöqsanı aradan qaldırmalıdır. Əgər şirkət üzərinə düşən öhdəliyi yerinə yetirməsi burada məhkəmə qaydası ilə işlər aparılır. Belə ki, məhkəmə qaydası ilə vətəndaşın pulu kompensasiya edilə bilər".

Xatırladaq ki, sözügedən mənzilin tikintisi zamanı kafel-metlaxın ara məsafəsi boş saxlanılıb, izolizasiyası olunmayıb. Bu da mənzillərə su sızmasına, rütubətə səbəb olub. Nəticədə divarda nəmişlik yaranıb, divar kağızları sıradan çıxıb. Qeyd olunur ki, binadakı bir neçə mənzilə baxış keçirilib, hamısında eyni mənzərə ilə qarşılaşılıb.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1786   Tarix: 01 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr