Sabah ali məktəblərə qəbul imtahanıdır

Sabah ali məktəblərə qəbul imtahanıdırSabah TQDK II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 25-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Sonxeber.az TQDK-ya istinadən bildirir ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- "İmtahana buraxılış vərəqəsi".

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün "Space" telekanalında saat 16:30-da canlı yayımlanan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 56 binada aparılacaq.

Məlumat üçün bildirək ki, imtahanda 29582 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 15835 abituriyent II qrup üzrə, 13747 abituriyent III qrup üzrə imtahan verəcək.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

İmtahan günü düzgün cavablar açıqlanacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 777   Tarix: 24 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaşar Nurinin qızı tənqidlərə cavab verdi - Video

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı bacısı vəfat edəndən bir neçə gün sonra efirə çıxmasına görə tənqid olunub. Axşam.az xəbər verir ki, Ülkər efirdə və sosial şəbəkədə onu tənqid edənlərə cavab verib. "Sözüm efirdə olan insanlaradır. Boş və çox danışırlar. Niyə həmişə mən hədə

17 dekabr
.

Ölkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi

Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki

16 dekabr
.

"Müasir ailə əbədi birlik ideyasından uzaqlaşaraq, son istifadə tarixi olan bir müqaviləyə çevrilməkdədir" - AÇIQLAMA

Müasir dövrdə ailə institutunun zəifləməsinin altında bir yox, bir neçə ciddi səbəb yatmaqdadır. Bəs bu səbəblər nələrdir? . Sosioloq Yusif Nəbiyev bu barədə -a danışıb:. "Bunları sıralayacaq olsaq, ilk növbədə qloballaşma fonunda fərdiyyətçi, materialist qərb dəyərlərinin yayılması və yerləşməsin

16 dekabr
.

"Amnistiya aktı ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir" - Deputat

Xəbər verdiyimiz kimi bu il Prezident İlham Əliyevin sərəncamı ilə 200-dən artıq məhkum edilmiş şəxs əfv edilib. İlin sonunadək amnistiya aktının da qəbul ediləcəyi də gözlənilir. Bele ki, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Bununla bağlı -a danışan deputa

17 dekabr
.

18 yaşadək işçilərlə bağlı yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib. "Qafqazinfo" xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmə

16 dekabr
.

Göyçə gölündən ən yeni görüntülər - Möhtəşəm qış mənzərəsi

AzTV Bala Göyçə və Böyük Göyçə göllərindən yeni görüntülər təqdim edib. Qaynarinfo xəbər verir ki, möhtəşəm qış mənzərəsini özündə əks etdirən bu kadrları təqdim edir:

17 dekabr
.

"Yerdəki 100 manatı götürmək istəyəndə yıxıldı" - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Universitetində 18 yaşlı tələbə yıxılaraq xəsarət alıb. "Qafqazinfo"nun məlumatına görə, şahidlər hadisənin detalları barədə "Baku TV"yə danışıblar. "Yerdə 100 manat var idi. Onu götürmək üçün döşəmənin üstünə hoppandı. Həmin yer qırıldı və aşağ

15 dekabr
.

Bakıda məşhur mağazadakı fincanlarda ağır metallar aşkarlandı - Birgə məlumat

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə Polşadan daxil olan məlumata əsasən, Çində fəaliyyət göstərən "Market Union Co. Ltd" şirkəti tərəfindən istehsal edilən şüşə fincanlard

15 dekabr
.

Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verildi

Kikboksçu Tülin Ələkbərova və tələbəsi Abbas Rəhimlinin barələrində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənləri

16 dekabr