Əsgərlərimizdən pozitiv xəbər !

Əsgərlərimizdən pozitiv xəbər !Gəncə Qarnizonu Zabitlər Evinin Səyyar Təbliğat dəstəsi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə, o cümlədən ön xətdə döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az bildiriblər ki, görüşlər zamanı səyyar təbliğat dəstəsinin üzvləri müxtəlif mövzularda əsgərlərlə söhbətlər aparıb, hərbi qulluqçuların döyüşə hazırolma vəziyyəti, əsgər və zabitlərin mənəvi-psixoloji durumu, sosial-məişət şəraiti, tibbi xidmət, qidalanma və digər məsələlərlə tanış olublar.

Ziyarətin başlıca məqsədi hərbi qulluqçuların mənəvi-psixoloji ruhunu yüksəltmək üçün mədəni-kütləvi tədbirlərin keçirilməsi, hərb tariximizin öyrənilməsi, hərbi ənənələrin təbliği, müharibə veteranlarını gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə daha fəal cəlb etmək və vətəndaşlıq borcunu yerinə yetirən şəxsi heyətə mənəvi dəstək olmaqdır.

Hərbi qulluqçularla keçirilən görüşlərdə döyüş hazırlığında nizam-intizamın, hərbi biliklərin, peşəkarlığın vacibliyi və mənəvi-psixoloji hazırlıq mövzularında söhbətlər aparılıb, "Vətən Uğrunda" Səyyar Təbliğat dəstəsinin avtoklub maşını vasitəsilə hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.

Tədbirlərdə Qarabağ müharibəsi Veteranları Dilqəm Əliyev, İlham Əliyev, Valeri Behmetov, Əlyar Novruzov, Ülvi Xəlilov, Veysəl Əliyev, Fəxrəddin Məmmədov və Əli Ziyadov ön xətdə düşmənlə üz-üzə dayanmış şəxsi heyətlə mütəmadi görüşlərə böyük məmnuniyyətlə gəldiklərini bildirərək, əsgərlərə müharibə dövrü ilə bağlı xatirələrini danışıb, bilik və təcrübələrini bölüşüblər. Birgə həyata keçirilən belə tədbirlərin mənəvi-psixoloji təsiri və əhəmiyyəti nəzərə alınaraq bu xarakterli görüşlərin davamlı olmasının vacibliyi qeyd edilib.

Daha sonra əsgərlərlə hərb tarixi mövzusunda viktorina keçirilib. Musiqi dəqiqələri ilə davam edən görüşlər, idman yarışları ilə yekunlaşıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4039   Tarix: 20 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"WhatsApp" yeni funksiya ilə hər kəsi heyrətləndirəcək

Populyar "WhatsApp" mesencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq. Bildirilir ki, proqramda söhbətlər üçün "Sevimlilər" bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özünd

28 aprel
.

Toyuq yumurtalarına nə yazırlar? - Mağazada belə seçin

Mağazada toyuq yumurtası seçərkən tez-tez qablaşdırmada müxtəlif işarələrə rast gəlirik. xarici mediaya istinadən onların nə demək olduğunu anlamağı təqdim edir. 1. Hərf işarələri yumurtaların saxlama müddətini əks etdirir. İki növ hərf işarəsi olmalıdır:. "D" 7 gün ərzində istifadə edilməl

7 may
.

İranda göydən "balıq yağdı" - VİDEO

Sosial şəbəkələrin İran seqmentində ölkənin mərkəzindəki Yasuc şəhərində "balıq yağışın"nı əks etdirən video yayılıb. Buna səbəb kimi hava şəraiti göstərilir. Belə ki, su anbarının üzərində baş vermiş tornadonun balıqları bir neçə kilometr havaya qaldırdığı qeyd edilir. Daha sonra isə balıqla

5 may
.

Yeni tədqiqat qaranlıq maddə haqqında anlayışımızı dəyişə bilər

İrvindəki Kaliforniya Universitetinin alimləri qaranlıq maddənin varlığına dolayı ilə də olsa yeni sübutlar təqdim ediblər. Tədqiqat iki növ maddənin kompüter simulyasiyalarını əhatə edib: sadə və qaranlıq. Bu, ulduzların və kosmik qazın hərəkət sxemləri kimi həqiqi qalaktikaların tədqiqi zamanı müşahid

5 may
.

Tərkibində təhlükəli qatqılar olan süfrəmizin "bəzəyi" - ARAŞDIRMA

"Üç ağ" - duz, şəkər, undan uzaq durun deyirlər. Lakin məhz bu məhsulların Azərbaycanda istehsal və istehlakının artmasının şahidi oluruq. Məsələn, fevral ayında açıqlanan rəqəmlərə görə, ölkədə şəkər istehsalı 25 faiz artıb. Dövlət Statistika Komitəsinin apreldə açıqladığı rəqəmlərdə isə du

4 may
.

Əmlak bazarında "tilov effekti" - ARAŞDIRMA

Yanvar ayından etibarən daşınmaz əmlak bazarında yeni qaydaların tətbiqinə başlanılıb. Əmlak ekspertləri və alqı-satqı edənlərin sözlərinə görə, 20 min manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən yazılı bəyannamə tələb olunur. Yəni daşınmaz əmlak alan şəxs ödədiyi vəsaitin mənbəyin

5 may
.

Mayda niyə toy etməzlər?

Xalqımızın toy kimi bir adəti var. Lakin bu gözəl və maraqlı ənənənin qəliz tərəfləri də mövcuddur. El arasında "May ayında toy etməzlər", "May ağır aydır" deyə inanclar hərdən insanları çaş-baş salır. Məsələn, may ayında toy etmək istəyənlərin sayı olduqca azdır. Bu isə təbii ki

4 may
.

Milyonçu var-dövlətindən əl çəkib evsiz qaldı- Buna səbəb nə oldu?

Milyonçu Mayk Blek unikal sosial eksperiment aparmaq qərarına gələrək, var-dövlətindən əl çəkərək evsiz qalıb. Onun məqsədi, başlanğıc kapitalı olmadan cəmi 12 ay ərzində 1 milyon dollar qazanmağın mümkün olduğunu sübut etmək idi. xəbər verir ki, o, bütün addımlarını və nəticələri "YouTube"d

5 may
.

Bundan sonra telefon danışığı zamanı emoji göndərmək mümkün olacaq - VİDEO

"Google" şirkəti "Android" üçün "Audio Emoji" funksiyasını ehtiva edən xüsusi "Google phone"un yeni versiyasını buraxmağa hazırlaşır. Bu barədə "9to5Google" portalı xəbər verir. Bildirilir ki, yenilik istifadəçilərə animasiya emojiləri göndərməyə imka

5 may