Qurban Qurbanov: Əgər başqa klubdan təklif gəlsə...

Qurban Qurbanov: Əgər başqa klubdan təklif gəlsə...Ötən gün Danimarkanın "Kopenhagen" komandası ilə cavab oyununa çıxan və ilk dəfə Azərbaycandan Çempionlar Liqasının qrup mərhələsinə düşən "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov təəssüratlarını bölüşüb.

Sonxeber.az teleqraf.com-a istinadən həmin müsahibəni təqdim edir.

- Qurban müəllim, adınız dillər əzbəri olub. Əvvəla, təbrik edirik…

- Təbriklərə mən də qoşuluram. Bütün Azərbaycan xalqını təbrik edirəm. "Qarabağ"ın qələbəsi Azərbaycanın qalibiyyətidir.

- Bu oyundan sonra hansı hissləri yaşayırsınız? Nə deyə bilərsiniz?

- Hisslərimi sözlə ifadə etmək çətindir. Dünəndən bunu bacara bilməmişəm. Bir söz deyə bilərəm ki, sevinirəm... Bu, çox vacib oyun idi, çox vacib qələbə idi. Bu, Azərbaycan tarixində bir ilk idi. Azərbaycan futbolunun inkişafı naminə böyük addım atıldı.

- İlk hissədə komandamıza qol vurmaq üçün nə mane oldu? Yaxud nə çatışmadı?

- Futbol elə bir oyundur ki, hər gördüyün həyəcanlı epizod qolla nəticələnmir. Mən buna çatışmazlıq desəm, düzgün olmaz. Birinci hissədə bir az zəif oyun oldu. Amma oyunçularımız özlərini tez toparladılar.

- Fasilədə hansı taktiki tapşırıqlar verdiniz?

- Fasilədə bəzi oyunçulara əlavə tapşırıqlar verildi. Çox yox, kiçik dəyişikliklər etdik. Amma ümumən, komandanı daha diqqətli olmağa çağırdım. Topa və qapımıza sahib çıxmağı tələb etdim. Şükürlər olsun Allaha, oyun ümumən pis alınmadı.

- Mahir Mədətovun keçən oyundakı qolunun qələbədə danılmaz rolu oldu…

- Ümumiyyətlə, hər oyunçunun hər oyunda üzərinə xüsusi vəzifə qoyulur. Bir oyunda Mahir qol vurur, digərində Dino, başqa bir oyunda Qarayev... Futbol elə oyundur ki, bəzən bircə qol hər şeyi həll edir. Bakıdakı oyunda vurulmuş qol bu oyuna da təsir göstərdi. Birincisi, bizə ruh yüksəkliyi verdi, ikincisi "1-2" hesabı ilə Çempionlar Liqasına düşməyimizə səbəb oldu.

- Rəqibin üçüncü qolu vurmaq təhlükəsi böyük idimi?

- Təhlükə vardı. Çünki "Kopenhagen" öz meydanında oynayırdı. Çox istəkli idilər... Şansları da yüksək idi. Ələlxüsus, taktiki hücum vəziyyətlərində bu təhlükə daha çox idi. Amma biz çalışdıq və bunun qarşısını aldıq.

- Sizcə, oyunçulara kömək olan əsas amil nə oldu?

- Futbolçuların oyunda xüsusi diqqətli oynamaları əsas amil idi. Cərimə meydançasından neçə oyunçu gəlirdisə, bizim əsas məqsədimiz onların hər birinə nəzarət etmək və onlara imkan verməmək idi. Bu mənada, oyunçularımız öz vəzifələrinin öhdəsindən layiqincə gələ bildilər.

- Rəqib komandanın güclü azarkeş təzyiqi haqda nə deyə bilərsiniz?

- Azarkeş təzyiqi güclü idi. Amma ilk dəfə deyildi, biz belə güclü rəqib meydançasında və azarkeş qarşısında oynayırdıq… Dəfələrlə belə çevrədə oynamışıq.

Əlbəttə, oyuna azarkeş təsiri də olur. Oyunçularımız bu basqını hiss edirdilər. Amma biz sırf oyuna köklənməyə çalışırdıq.

- Matç öncəsi oyunçulara son sözünüz nə olmuşdu?

- İnanın ki, xatırlamıram... Çünki bir az emosional və həyəcanlı idik. Futbolçuları dəfələrlə diqqətli olmağa, oyunun içində olmağa və idarəetməni itirməməyə çağırırdım. Oyundan öncə tapşırıq verəndə ancaq nəzarəti əldən buraxmamağı tapşırırdım.

- Yaxşı, oyun bitdikdən sonra oyunçulara ilk olaraq nə dediniz?

- Bu, ümumiyyətlə, yadımda deyil. (Gülür). Onu bilirəm ki, sevincdən qəhər məni boğdu, göz yaşlarına tutuldum. Əlbəttə, oyunçuları təbrik edə bildim…

- Çempionlar Liqasının qrupunda hansı komandalarla qarşılaşmaq istərdiniz?

- Düzü, bu, istəklə deyil. Liqaya düşən bütün komandalar güclüdür. "Qarabağ" da ən güclülərdəndir. İnşallah, uyğun oyun qurmağa çalışacağıq.

- Qurban müəllim, bu qələbə ilə bir məşqçi olaraq diqqətə çıxdınız. Başqa klublardan təklif almaq ehtimalı böyükdür. Nə vaxtsa hansısa kluba müsbət cavab verə bilərsiz?

- Bəlkə, bu gün bir az istirahət edək?.. Biz hər zaman bacardığımız qədər çalışırıq ki, "Qarabağ"ın uğurları artsın. Azərbaycan irəliləsin!

- Amma azarkeşlərin, sosial şəbəkənin minlərlə istifadəçilərinin narahatlığı var ki, Qurban Qurbanov bundan sonra "Qarabağ"dan gedə bilər.

- Yox, elə bir fikrim yoxdur. Ümumiyyətlə, heç vaxt olmayıb. İndiyə qədər "Qarabağ"la olmuşam, bundan sonra da başqa fikrə düşməyəcəm...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3307   Tarix: 24 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb. verir ki, bu barədə Turin klubu məlumat yayıb. Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədə

5 sentyabr 2021
.

Messinin fotoqraf forması geyinməsinə Dibalanın reaksiyası - VİDEO

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin təxirə salınan Braziliya – Argentina oyunundan sonra maraqlı hadisələr yaşanıb. -a istinadən xəbər verir ki, 3-cü dəqiqədən etibarən Braziliya səhiyyə nümayəndələrinin və təhlükəsizlik işçilərinin meydana daxil olmasından sonra argentinal

6 sentyabr 2021
.

Paralimpiya Oyunları başa çatdı: Azərbaycanın medal sıralamasındakı yeri bilindi

Tokioda keçirilən Yay Paralimpiya Oyunları başa çatıb. -ın xəbərinə görə, Paralimpiya komandamız tarixinin ən yaxşı nəticəsini göstərərək medal sıralamasında ilk "10-luq"da qərarlaşıb. Sonuncu gündə İtaliya daha bir qızıl medal qazanıb və yalnız gümüş sayına görə ölkəmizi qabaqlayıb. Beləliklə

5 sentyabr 2021
.

Daha bir idmançımız ermənini döşəyə çıxmağa peşman etdi - VİDEO

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir. xəbər verir ki, samboçularımızdan Adil Adilzadə (88 kq) bürünc medal qazanıb. İdmançımız erməni rəqibini məğlub edərək bürünc medala sahib çıxıb

8 sentyabr 2021
.

Sotomayor karyerasını bitirdi

Millimizin boksçusu Lorenzo Sotomayor karyerasını bitirib. xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov "Tokio-2020" Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan iclasda deyib. Vitse-prezident boksd

11 sentyabr 2021
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. Bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçüncü olub. İlk pilləni 1.0

7 sentyabr 2021
.

Azərbaycan idmançısı ermənini nokauta saldı

I MDB Oyunlarında tayboks idman növündə mübarizəyə start verilib. xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə Ermənistandan olan Alen İsraelyanla qarşılaşıb. İlk dəqiqələrdən rəqibinə güclü zərbələr endirən Əsədzadəyə qələbə üçün cəmi 2 dəqiqə 3

5 sentyabr 2021
.

Azərbaycanın Milli Qəhrəmanının oğlu erməniyə belə qalib gəldi - FOTO/VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov erməni rəqibini məğlub edib. xəbər verir ki, Azər Məhərrəmov peşəkar "Arm Wrestling" liqasında Ukraynanı təmsil edən erməni rəqibi Qreqor Muradyana qalib gəlib. Milli Qəhrəmanımızın oğlu ilə erməni rəqibi arasındak

6 sentyabr 2021
.

İrlandiya - Azərbaycan matçı - Millimiz qələbəni əldən verdi - YENİLƏNİR

İrlandiya - Azərbaycan matçı 1-1 hesablı bərabərliklə yekunlaşdı. Hər iki komanda bununla qrupda ilk xalını qazandı. *. İrlandiya matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1. *. Matçın ilk hissəsinin son dəqiqəsində Emin Mahmudov möhtəşəm qolla millimizi hesabda önə çıxardı: 0-1. *. 20:05

4 sentyabr 2021