Zaurla bağlı bu xəbəri BİLMİRDİNİZ: Sən demə, Lənkəranski öləndən sonra...

Zaurla bağlı bu xəbəri BİLMİRDİNİZ: Sən demə, Lənkəranski öləndən sonra...Moskvanın iri bazarlarının "pərdəarxası".

Sentyabrın sonlarında "Moskva" ticarət kompleksinin qarşısında kütləvi etiraz aksiyaları baş verib. Səbəb kimi satıcılardan birinin mühafizə işçisi tərəfindən döyülməsi göstərilir. Gənc oğlan ya hesabı vaxtında ödəməyib, ya da özbaşına alverlə məşğul olub.

Oxu.Az-ın məlumatına görə, Lenta.ru nəşri Moskvanın ən böyük ticarət komplekslərinin "digər tərəfində" baş verən hadisələri araşdırıb.

"Bazar hökmdarı"nın ölümü

...2016-cı ilin avqust ayının 16-da "Range Rover" markalı avtomobil İstanbulun mərkəzində gülləbaran edilib. Qatillər İsrail istehsalı olan "Uzi" tapança-pulemyotlarından istifadə ediblər. Hədəf arxa oturacaqda əyləşən Azərbaycan əsilli kriminal avtoritet Rövşən Canıyev idi. Hadisə zamanı sürücü xilas ola bilsə də, ağır gülə yaraları alan Lənkəranski "Florence Nightingale" xəstəxanasında dünyasını dəyişib. Onun cəsədi xüsusi reyslə doğulduğu Lənkəran şəhərinə gətirilib və 19 avqust 2016-cı ildə torpağa tapşırılıb. Dəfn mərasimində minlərlə insan iştirak edib.

Məhz Lənkəranski 2103-cü ildə öldürülən Tbilisi və kürd kriminal klanlarının lideri Aslan Usoyanın (Ded Hasan) ehtimal sifarişçisi sayılırdı. Kürdlər ondan qisas alacağını bildirmişdilər. Lənkəranskinin düşmənləri arasında azərbaycanlı kriminal avtoritet Lotu Quli kimi tanınan 44 yaşlı Nadir Nəriman oğlu Səlifovun da adı çəkilir. Ona 2000-ci ildə, 27 yaşında ad verilib.

"Praym Kraym" nəşrinin redaktoru Viktoriya Qefterin sözlərinə görə, Lotu Quli ən nüfuzlu azərbaycanlı kriminal avtoritetdir.

Rövşən Canıyev (Lənkəranski)

Adətən, kriminal avtoritetlərin bütün kommersiya işləri "özgə gözlərdən" yaxşı gizlədilir. Bununla belə Viktoriya Qefter qeyd edir ki, Lənkaranskiyə Kalujski şossesində yerləşən Moskvanın ən iri topdan və pərakəndə satış mərkəzində "Fud Siti" ticarət obyektləri tabe idi. Canıyevin ölümündən sonra onun işlərini 39 yaşlı Zaur Əhmədov davam etdirib.

Təhlükəli miras

Biznesmen Əhmədov Lənkəranskinin ölümünü yaddan çıxarmırdı. "Praym Kraym"ın məlumatına görə, o, dəfələrlə bəyan edib ki, Rövşəndən qalan bütün mirası onun qisasına xərcləməyə hazırdır.

Nüfuzu cinayətkarlardan heç biri Əhmədovu dəstəkləmədilər. Lakin nəşr bildirir ki, məhz o, bir müddət əvvəl, Lotu Qulinin adamlarının atəşə tutulmasını maliyyələşdirib.

"Əhmədov Quliyə qarşı Lənkəranskinin apardığı siyasəti aparır. Bu səbəbdən Zaurun həyatı həmişə təhlükə altındadır", - Viktoriya Qefter izah edir.

Birincilər arasında birinci

Bəzi KİV-lərin məlumatına əsasən, Moskvanın ən iri bazarlarının nəzarət edənlər arasında Rusiyada leqal yaşayan "qanuni oğru" azərbaycanlı Vaqif Süleymanov da (Vaqif Bakinski) var.

"Mənim fikrimcə Vaqifin bazarların nəzarətinə birbaşa əlaqəsi yoxdur. Hər halda, o, bazar bölgüsü zamanı hər dəfə kənarda qalır, çünki hüquq-mühafizə orqanları tərəfindən daima izlənilir", - Viktorya Qefter deyir.

Səlifov Nadir Nəriman oğlu (Quli)

Sosial şəbəkələrdə, bazar müharibələrində qanuni oğru Rəşad İsmayılovun da iştirak etdiyi yazılır. Lakin "Praym Kraym"ın redaktoru hesab edir ki, bu həqiqətdən uzaqdır:

"Rəşad Qulinin adamıdır. Dediyim kimi, Quli azərbaycanlılar arasında "nömrə birdir", o, hər şeyə özü nəzarət edir".

Moskva ticarət kompleksinin qarşısındakı iğtişaşların ikinci günündə, sentyabrın 21-də, "Rosbalt" nəşri öz saytında Tacikistandan olan ticarətçilər və onların "Fud Siti" və "Sadovod"da işləyən həmyerlilərinin kriminal avtoritetlər Hoca Cabbar və Hoca Səmədin nəzarəti altında olmaları barədə yazı yerləşdirib. Məlumatda bildirilir ki, avtoritetlər miqrantlar (alverçilər, taksi sürücüləri və yük daşımaları ilə məşğul olan şəxslər) üçün xərac müəyyənləşdiriblər. Pulu ödəməyənlər isə döyülür və obyektlərdən çıxarılırlar. Bazar mühafizəsi də Cabbar və Səmədin qoyduğu qanunlarla hərəkət edir.

"Heç bir səbəb olmadan səni öz obyektinə buraxmaya bilərlər. Və birbaş deyirlər: "Cabbar və ya Səmədlə razılığa gəl buraxaq". Döyə də bilərlər. Sonra isə gəlib deyirlər ki, "Cabbar və ya Səmədlə işləsəydin belə olmazdı",- agentliyin sözçüsü bildirib.

Mənbə həmçinin qeyd edib ki, 2012-ci ildə "Moskva" ticarət kompleksində Düşənbədən olan gənc oğlan vəhşicəsinə döyülüb. 2015-ci ildə isə "vergi" ödəməyən taksi sürücüsü bazar ərazisindən sərnişin götürdüyü üçün işgəncəyə məruz qalıb. Mənbənin sözlərinə görə, belə hadisələr tez-tez baş verir.

Milli mənsubiyyət

"Moskvada etnik icmalar arasında nüfuz sahələri çox ciddi bölüşdürülüb. Məsələn azərbaycanlılar "Fud Siti"də, çinlilər və vyetnamlılar "Sadovod" və "Moskva" ticarət kompleksində üstünlük təşkil edirlər", - vəziyyətlə tanış olan mənbə deyib.

Onun sözlərinə görə, Moskvada hər bir etnik qrupun öz "kriminal ixtisası" var. Tacik cinayətkar qruplaşmaları qarət, soyğunçuluq, həmçinin inkassatorlara hücumlarla məşğuldurlar.

"Azərbaycanlıların alver etdiyi bazarlarda taciklər də işləyirlər. Yük daşıyırlar və ya həyət süpürürlər. Lakin əslində belə xırda işlərlə məşğul olan şəxslər "gizli analitiklər" olurlar. Onlar gəlirin kimin, nə vaxt və haraya apardığını müəyyənləşdirirlər. Bu məlumatlar digər quldurluqla məşğul olan taciklərə ötürülür, və onlar hücumlar təşkil edərək iş adamlarını soyurlar. Bundan sonra cinayətkarlar vətənlərinə qayıdırlar", - nəşrin sözçüsü deyib.

Məşhur sovet kriminal avtoriteti Anatoli Çerkasov deyirdi: "Polisə müraciət etməyəcək şəxsləri soymaq lazımdır".

"Azərbaycanlılar bu planda taciklər üçün çox gözəl hədəfdirlər, çünki onlar hüquq-mühafizə orqanlarına şikayət etmirlər. Bir tərəfdən bu onların vergi ödəmədən bizneslə məşğul olmalarını üstünü örtür, digər tərəfdən isə onlar üçün polisə müraciət etmək, özünü zərərçəkən kimi hiss etmək qəbuledilməzdir", - mənbə əlavə edib.

Azərbaycanlılardan ibarət cinayətkar qruplaşmalar isə öz növbəsində insan alveri ilə məşğul olurlar.

"Etnik cinayətkarlıqdan danışarkən narkotik alverini də yaddan çıxarmaq olmaz. Əfqanıstandan gələn heroin Moskva küçələrində virtual ticarətin köməyi ilə yayılır. Tacik operatorlarının da bu işdə əli var. Azərbaycanlıların məşğul olduğu gül biznesi isə Latın Amerikasından gətirilən kokain alverinin gizlin saxlanılması üçündür", - mənbə yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3752   Tarix: 05 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Boks üzrə ölkə çempionunun meyiti tapıldı

Sumqayıt şəhərində ölüm hadisəsi qeydə alınıb. Axşam.az "Unikal"a istinadən xəbər verir ki, şəhərin 8-ci mikrorayonunda yerləşən mənzillərdən birində 1984-cü il təvəllüdlü Rza Rzayevin meyiti aşkarlanıb. Rza Rzayev idman ictimaiyyətinə tanış simadır. Belə ki, o, Sumqayıt şəhər boks məktəbini

17 may
.

Parkda dəhşətli hadisə:18 yaşlı qız ölü tapıldı

Türkiyənin Malatya şəhərində bir parkda 18 yaşlı gənc qız ölü halda tapılıb. Hadisə səhər saatlarında gəzintiyə çıxan vətəndaşların diqqətini çəkib. türk mediasına istinadən xəbər verir ki, park ərazisindəki kölgəlikdə bir şəxsi hərəkətsiz vəziyyətdə görən sakinlər dərhal təcili yardım və polisə məluma

20 may
.

Taksi tətbiqi ilə sərnişin daşıyan sürücüyə bir qrup taksiçi hücum edib - VİDEO

Türkiyənin Adana şəhərində taksi tətbiqi ilə sərnişin daşıyan sürücüyə bir qrup taksiçi hücum edib. türk mediasına istinadən xəbər verir ki, sürücü qadın sərnişini avtomobilə mindirdikdən sonra göstərilən ünvana doğru hərəkət edib. Onlar ara küçələrdən birinə daxil olduqları zaman çoxsaylı taksiçi avtomobillər

19 may
.

Yaşlı kişi qəzaya düşən gəncləri şillələdi - VİDEO

Türkiyənin paytaxtı Ankara şəhərində baş verən yol-nəqliyyat hadisəsindən sonra maraqlı anlar yaşanıb. türk mediasına istinadən xəbərverir ki, qəza keçirən gənclərin yanına gələn yaşlı bir kişi onların şok vəziyyətindən çıxması üçün şillə vurmağa başlayıb. Hadisə ətrafdakılar tərəfindən təəccüblə qarşılanıb

21 may
.

Braziliyada dəhşətli hadisə: Güləş şousunda boynu qırılan gənc qız həyatını itirdi - VİDEO

Braziliyada təşkil olunan güləş şousu faciə ilə nəticələnib. Yarış zamanı boynu qırılan gənc qızın həyatını xilas etmək mümkün olmayıb. türk mediasına istinadən xəbər verir ki, hadisə anına aid yayılan görüntülərdə qızın bir kişinin müdaxiləsindən sonra yerə yıxıldığı görünür. Ətrafdakı şəxslərin panik

18 may
.

14 yaşlı şagird futbol oynayarkən həyatını itirdi

Şanlıurfaın Ceylanpınar rayonunda faciəvi hadisə baş verib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, məktəbdə dostları ilə futbol oynayan 14 yaşlı 9-cu sinif şagirdi Menderes Durmuş qəfil özünü pis hiss edərək yerə yıxılıb. Müəllimlərin dərhal müdaxilə edərək ürək masajı etməsinə baxmayaraq

15 may
.

Zəlzələ zamanı soyuqqanlı satıcı diqqət çəkdi: Yerindən tərpənmədi - VİDEO

Türkiyənin Malatya vilayətinin Battalgazi rayonunda baş verən 5.6 bal gücündə zəlzələ ətraf bölgələrdə də hiss olunub. Titrəmələrdən sonra vətəndaşlar təşviş içində küçələrə çıxıblar. türk mediasına istinadən xəbər verir ki, Kahramanmaraşda bir mağazada təhlükəsizlik kamerasına düşən görüntülər isə sosia

20 may
.

Tikinti sahəsində yanmış qadın meyiti tapıldı, yanındakı şəxs saxlanıldı

Türkiyənin İzmir vilayətinin Torbalı rayonunda yerləşən tikinti sahəsində yanmış qadın meyiti aşkarlanıb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, hadisə yerinə daxil olan polis əməkdaşları 73 yaşlı Emine Dönmezin yanmış cəsədi ilə qarşılaşıblar. Hadisə ilə bağlı meyitin yanında olan Dile

19 may
.

Ailənin büdcəsini itirdi, evdə qalmaqal yaşandı - VİDEO

Çində baş verən ailədaxili münaqişə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, yayılan görüntülərə görə, bir kişi həyat yoldaşının ailənin bütün büdcəsini böyük miqdarda gümüş külçəsinə yatıraraq zərərə uğratdığını öyrəndikdən sonra əsəbiləşib. Cütlük arasınd

21 may