Azərbaycan İrəvanı bir neçə günə götürə bilər - Şok etiraf

Azərbaycan İrəvanı bir neçə günə götürə bilər - Şok etirafErmənistan parlamentinin vitse-spiker Eduard Şarmazanov Ermənistanın hərbi gücünün çox zəif olduğunu etiraf edib.

Məsələ Ermənistanda yetərincə təşviş doğurub və hətta Ermənistanın populyar analitika portalı "Lragir" bu açıqlamaya xüsusi məqalə həsr edib.

Şarmazanov bu həftə keçirilmiş parlament müzakirələrinin birində deyib: "Ermənistan tam şəkildə öz müdafiəsini təmin edə bilmir. Biz bu və ya başqa bir blokun tərkibində olmalıyıq. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) seçdik, çünki onun alternativi Türkiyədir, bizimsə orda işimiz yoxdur".

"Lragir" redaksiya heyəti adından yazdığı məqalədə Şarmazanovu vətənə xəyanətdə və hərbi sirri yaymaqda günahlandırır və parlament üzvlərindən onu cəzalandırmağı tələb edir: "Yüksək çinli erməni funksioner etiraf edir ki, Ermənistan hakimiyyəti ölkənin müdafiəsini təmin edə bilmir, bu, onların konstitusion borcudur".

Lakin belə görünür ki, parlament üzvlərinin əksəriyyəti də bu məsələdə Şarmazanov kimi açıq danışmağı sevirlər və bu yanaşma "Yelk" (Çıxış) fraksiyasının Avrasiya İttifaqından çıxmaqla bağlı hazırladığı təklif zərfinin parlamentdə müzakirəsi zamanı da özünü göstərib. "NEWS.am" portalının yazdığını görə, təklif zərfinin lehinə yalnız 10 deputat səs verib, 79 deputat isə təklifin əleyhinə çıxıb. Hakim Respublika Partiyasının fraksiyası ilə yanaşı, "Daşnaksutyun" və "Sarukyan" blokları da təklif zərfinin əleyhinə çıxıb.

Müzakirələr zamanı maraqlı faktlar da ortaya çıxıb. Məsələn, "Sarukyan" fraksiyasından olan vitse-spiker Mikael Melkumyan bildirib ki, Rusiyada işləyən əmək miqrantlarının rəsmi sayı 600 mindirsə, qeyri-rəsmi işləyənlərlə birlikdə say iki dəfə yüksəkdir, yəni 1,2 milyonu keçir.

Bu rəqəmi analiz etdikdə anlaşılır ki, Ermənistanda qeydiyyatda olan əmək qabiliyyətli 1,5 milyon sakinin 1,2 milyonu, yəni 80 faizi Rusiyada əmək miqrantı kimi pul qazanır. Ermənistanda yalnız uşaqların və yaşlı adamların, məmurların və hərbçilərin qaldığı aydın olur. Bu, erməni diasporunun bəzi təmsilçilərinin Ermənistanda real olaraq 1,4 milyon adamın yaşaması barədə verdiyi açıqlamaların doğru olduğunu göstərir.

Mikael Melkumyanın açıqladığı başqa rəqəm də maraq doğurur. Onun sözlərinə görə, əmək miqrantları rəsmi və qeyri-rəsmi yollarla hər ay Ermənistana ayda $150-180 mln dollar, yəni ildə 2 milyard dollara yaxın vəsait göndərirlər. Bu, 3 milyard dollara bərabər Ermənistan büdcəsinin 60 faizindən yüksəkdir. Ermənistan ÜDM-ində 20 faiz təşkil edən həmin pullar büdcə daxil olmalarının da 40 faizinə qədərini təşkil edir. Amma ticarət dövriyyəsində əsas hissənin pulların payına düşdüyü nəzərə alınarsa, onların demək olar ki, hamısının büdcəyə getdiyini, yəni büdcənin 60 faizinin həmin pulların vasitəsi ilə formalaşdığını müəyyən etmək olar. Həmin pulların təxminən 500 milyon dolları Ermənistan ordusunun maliyyələşməsinə gedir.

Amma Qarabağın işğalının əsas memarlarından olan erməni general Norat Ter-Qriqoyansın "1in.am"a verdiyi açıqlamaya görə, Azərbaycan ordusu texniki baxımdan Ermənistan ordusundan 5-10 dəfə güclüdür. Ter-Qriqoyans hətta Azərbaycan ordusunun bu cür güclənməklə İran kimi güclü dövlətlə döyüşə hazırlaşdığını düşündüyünü demişdi.

Təbii ki, normal iqtisadiyyatı olmayan Ermənistan Rusiyadan ayrılarsa, indi malik olduğu hərbi gücünü xeyli itirə bilər. Üstəlik Ermənistanın hüquqi ərazisinin müdlafiəsinə zamin durmuş Rusiyadan çəkinən düşmənləri üçün açıq hədəfə çevrilər. Yəni Azərbaycan ordusu heç bir xarici köməyə arxalanmadan Naxçıvandan və Gədəbəydən hərəkət etməklə paytaxt İrəvanı bir neçə günə nəzarətə götürə bilər, Dağlıq Qarabağdakı erməni birləşmələrinin mühasirə şəraitində təslimdən başqa yolu qalmaz. Qarabağ münaqişəsi Ermənistanın tam təslimi ilə başa çatar. Məhz bu səbəbdən erməni siyasətçilərinin əksəriyyəti KTMT-dən və Avrasiya İttifaqından çıxmağı milli faciə sayırlar.

Amma tarix göstərir ki, bu yanlış yanaşmadır. Ermənistan tarix boyu Rusiya siyasətinin piyadası olub və lazım gələndə qurban verilib. 1915-ci ildə Osmanlıya hücum edən rus ordusuna dəstək üçün Vanda üsyana qalxmış ermənilər üç ildən sonra ruslar tərəfindən tərk edildilər. Nəticədə, yüz minlərlə erməni türklərə qarşı törədilmiş soyqırımlarda iştirak etdiyinə görə öz evini tərk etməyə məcbur oldu, ermənilər tarixi vətənlərini birdəfəlik tərk edərək bütün dünyaya səpələndilər. Rusların İrəvanı da tərk edəcəyi gün gələcək. Onda erməniləri Xocalı soyqırımı qurbanlarının intiqamından xilas edən çətin tarpılacaq. Bizə azərbaycanlılar millət olaraq son nəfəsimizə qədər Xocalıda tökülən qanların hesabını sormağa hazırlaşmalıyıq. İqtisadiyyatımızla, siyasətimizlə və ən əsası hərbi gücümüzlə. Ordumuz həm ermənilərlə və havadarları ilə döyüşə qadir olmalıdır. Qisas qiyamətə qala bilməz! Fələstini səlib yürüşçülərinin əlindən 70 ildən sonra geri alan səlcuq atalarımız bunu bir dəfə bacarıblar. İndi Qarabağda da üstümüzə neo-səlibçilər gəlir. Bunu unutmamalıyıq. /İstipress/


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1961   Tarix: 06 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maduro və həyat yoldaşı yenidən hakim qarşısında

Manhetten federal məhkəməsində Venesuela prezidenti Nikolas Maduronun işi üzrə ikinci məhkəmə prosesi başa çatıb. xəbər verir ki, dinləmə təxminən bir saat yarım davam edib. Dinləmənin əsas məsələsi ABŞ hökumətinin Maduro və həyat yoldaşı Siliya Floresin hüquqi xidmətləri üçün Venesuela hökumətinin ödənişin

27 mart
.

Nazir bu institutun xanım direktorunu vəzifəsindən azad etdi (FOTO)

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktoru vəzifəsindən azad olunub. Qaynarinfo-nun məlumatına görə, Mətanət Tələt qızı Əfəndiyeva sözügedən institutun direktoru vəzifəsindən azad edilib, yerinə direktor əvəzi, həmin səhiyyə müəssisənin baş həkimi Əliyeva Nurlana Vilayə

1 aprel
.

"Xüsusilə enerji sahəsində qurulmuş strateji tərəfdaşlıq bu münasibətlərin əsas sütunlarından biridir" - DEPUTAT

"Möhtərəm Cənab Prezident İlham Əliyev ilə Antonio Costa arasında keçirilən görüş və səsləndirilən fikirlər Azərbaycan ilə European Union arasında münasibətlərin strateji və çoxşaxəli xarakter daşıdığını bir daha nümayiş etdirdi. Dövlət başçımızın vurğuladığı kimi, bu gün tərəflər müxtəlif səviyyələrd

16 mart
.

İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncam ölkədə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesini

1 aprel
.

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi - Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Novruz bayramı münasibətilə paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Uca Allahdan hər kəsə möhkəm cansağlığı, bol sevincli anlar, səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət

20 mart
.

Azərbaycanda ASC-lərdən biri ləğv edilir

"Azərbaycan alüminiumu" ASC ləğv ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamında bildirilib. Bununla bağlı Maliyy

1 aprel
.

İran-ABŞ-İsrail qarşıdurması nüvə müharibəsinə çevrilə bilər? - Sabiq səfir açıqladı

İran-ABŞ-İsrail arasında artan gərginlik Yaxın Şərqdə təhlükəsizlik arxitekturasını daha da kövrəkləşdirib və tərəfləri həm qarşıdurma, həm də diplomatiya arasında çətin seçim qarşısında qoyur. Bir tərəfdən, eskalasiyanın artması danışıqların sürətlənməsi ilə xəbərləri gündəmə gətirib, digər tərəfdə

26 mart
.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı ARTIRILDI

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı 5-dən 6-ya çatdırılıb

17 mart
.

Mehriban Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmə

31 mart