Arif Məmmədov axtarışa verilib

Arif Məmmədov axtarışa verilibAzərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədov axtarışa verilib.

Sonxeber.az bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətindən apa-ya verilən məlumatda qeyd olunur ki, Hesablama Palatasının 2015-ci ilin iş planına müvafiq olaraq, 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin saxlanılmasına ayrılan büdcə vəsaitlərinin qanunsuz istifadəsi, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi və bir sıra ciddi maliyyə pozuntularına yol verilməklə dövlətə külli miqdarda zərər vurulması ehtimalı nəzərə alınaraq, yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib və bu barədə 15 iyul 2015-ci il tarixdə ictimaiyyətə məlumat verilib.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla həmin faktlar təsdiqlənib və toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla Arif Məmmədovun Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsində işləyərkən qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə büdcə vəsaitlərini təyinatdan kənar istifadə etmə, dövlət əmlakını külli miqdarda mənimsəmə və ya israf etmə yolu ilə talama, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı cinayətlərini törətməsi və digər qanun pozuntularına yol verməsi halları aşkarlanıb.

O, şəxsi istifadə üçün avtomobil almaq məqsədi ilə diplomatik nümayəndəliklərə avtomobillərin alınması üçün tətbiq edilən 27.5%-lik güzəştdən qulluq səlahiyyətlərindən sui-istifadə edərək 11 fevral 2011-ci il tarixdə daimi nümayəndəliyin bank hesabına 43 min avro pul köçürüb və sonradan həmin vəsaiti "BMW" Strasburq şirkətinə ödəyib. Əldə etdiyi "BMW X5" markalı avtomobili rəsmi sənədlərdə saxtakarlıq edərək daimi nümayəndəlik üçün aldığını göstərməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq 8 min avro məbləğində vəsaiti vergidən qəsdən yayındırıb. Qısa müddətdən sonra o, həmin avtomobili kənar şəxsə satıb.

A.Məmmədov tərəfindən Fransanın vergi qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar hüquqi yardımın göstərilməsi üçün həmin dövlətin səlahiyyətli orqanlarına sorğu göndərilib.

A.Məmmədov həmçinin, nümayəndəliyin xəzinədarı vəzifəsini qanunazidd olaraq öz üzərinə götürməklə sosial-mədəni və digər tədbirlərin keçirilməsi üçün ayrılmış büdcə vəsaitlərinin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol verib. Belə ki, 2010-cu ildə Stasburqda təşkil edilən "Novruz" şənliyinin "Türksoy" Beynəlxalq Türk Mədəniyyət Təşkilatının maliyyə vəsaiti hesabına keçirildiyi halda, A.Məmmədov həmin tədbirin guya nümayəndəlik tərəfindən keçirilməsi adı ilə nümayəndəliyin xəzinəsindən 11600 avro məbləğində maliyyə vəsaitini silməklə mənimsəyib. Tədbirin "Türksoy" təşkilatının maliyyə vəsaiti hesabına keçirildiyi barədə həmin təşkilatın rəhbəri tərəfindən istintaqa müvafiq təsdiqedici sənədlər təqdim olunub.

İstintaqla həmçinin müəyyən edilib ki, A.Məmmədov qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlət nümayəndə heyətlərinin rəsmi səfərlərinin təşkilini maliyyələşdirmək üçün saxta sənədlər tərtib etməklə mövcud olmayan xərclər üzrə pul vəsaitlərini mənimsəmişdir. Belə ki, 4 oktyabr 2007-ci il və 19 sentyabr 2012-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin Strasburqa səfəri zamanı qəbul, ziyafət və digər məqsədlər üçün ümumilikdə 19900 avro məbləğində xərclər Milli Məclisin İşlər İdarəsi tərəfindən müvafiq qaydada ödənildiyi halda, A.Məmmədov həmin pul vəsaitini təşkil edilmiş tədbirlərin guya daimi nümayəndəlik tərəfindən həyata keçirilməsi barədə saxta sənədlər tərtib etməklə mənimsəyib. Milli Məclisin İşlər İdarəsi tərəfindən həmin səfərlər zamanı vəsaitlərin ödənilməsi barədə istintaqa müvafiq təsdiqedici sənədlər təqdim edilib.

A.Məmmədov vəzifə saxtakarlığı edərək 2007-ci ilin iyun-oktyabr ayları üzrə ona hesablanmış 18500 avro məbləğində əmək haqqını əvvəlcədən almış və yenidən həmin ilin oktyabr ayı üzrə 3700 avro məbləğində vəsaiti təkrarən əmək haqqı şəklində alaraq mənimsəyib.

Bundan başqa o, yaşadığı evdə işlətdiyi elektrik enerjisinə görə ödənişləri mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq öz vəsaiti hesabına həyata keçirməli olduğu halda, büdcə vəsaitlərini təyinatdan kənar istifadə edərək 2007-2012-ci illərdə həmin məqsədlə 6500 avronu dövlət vəsaiti hesabına ödəyib.

A.Məmmədov həmçinin, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin balansında olan və dəyəri 25.300 avro təşkil edən 2 ədəd avtomobili Dövlət Əmlak Komitəsinin razılığını almadan qanunsuz olaraq 7.100 avroya rəsmiləşdirib satmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

A.Məmmədov mövcud qanunvericilik aktlarının tələblərini kobud surətdə pozaraq 2007-2012-ci illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin məqsədyönlü və təyinatı üzrə istifadəsini təmin etməyib, eləcə də həmin dövrdə 410 min 830 avro məbləğində büdcə vəsaitini təsdiqedici sənədlər olmadan xərcləyib.

Aparılmış istintaqla A.Məmmədovun qulluq mövqeyindən istifadə etməklə külli miqdarda dövlət vəsaitini mənimsəmə və ya israf etməklə talamasında, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı və digər cinayətləri törətməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün "İnterpol"un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 746   Tarix: 12 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Goranboyda iki nəfər bıçaqlandı - Qonşu saxlanıldı - Yenilənib

Goranboyda iki nəfər bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Azad kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Adil Məmmədov və 1994-cü il təvəllüdlü Vüsal İsmayılov bıçaq xəsarətləri ilə Abbas Səhhət adına Gəncə Şəhər Xəstəxanasına yerləşdiriliblər. A.Məmmədovun vəziyyət

11 dekabr
.

İtkin balıqçıların axtarışına helikopter göndərildi

Astarada itkin düşən balıqçıların axtarışına helikopter cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, dekabrın-da saat 08-də balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar Turan Həsənov və Ağadədə Həsənovun axtarışları davam etdirilir. Artıq FHN-nə məxsu

11 dekabr
.

Qadın işlədiyi mağazada bıçaqlanıbmış - Qaçsa da, əri ona çatıb...

Dünən paytaxtın Səbail rayonunda qadının bıçaqlandığı hadisənin təfərrüatı məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə noyabrın 2-si saat 16 radələrində Üzeyir Hacıbəyli küçəsində yerləşən mağazalardan birində baş verib. Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Faxrəddin Sədrəddi

3 dekabr
.

Binanın damında 13 yaşlı qıza əxlaqsızlıq edən gəncə - 2 il həbs!

Gəncədə yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 2005-ci il təvəllüdlü Ş.Məmmədov (şərti) cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Gəncə Şəhər Məhkəməsi 20 yaşlı gənci Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma

1 dekabr
.

Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...

Bakıda ötən əsrin sonlarında cinayətkar birlik (banda) yaradaraq qətllər və digər ağır cinayətlər törədən Xaliq Tağıyev 30 ildən sonra cəzalandırılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, gənclik illərində törətdiyi cinayətlərə görə 60 yaşında qanun qarşısında cavab verib. Tağıye

15 noyabr
.

Gənc qadın silahlı hücum nəticəsində həyatından oldu

Diyarbakırın Yenişehir rayonuna bağlı Şəhidlik məhəlləsinin 50-ci küçəsində dəhşətli hadisə baş verib. türk mediasına istinadən xəbər verir ki, İlayda Alkaş (22) bir dostunun ad günü mərasimindən sonra ailəsi ilə birlikdə evinə gedərkən, dini nikahla birlikdə yaşadığı və bir müddət əvvəl ayrıldığı Cema

16 dekabr
.

Evinə gedən qadını hədələyərək pulunu aldı - Tərtərə qaçdı

Bakının Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. DİN-in Mətbuat xidmətindən -a bildirilib ki, dekabrın 7-də qadın yaşadığı evə doğru gedərkən naməlum şəxs yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. Həmin şəxs bu yolla qadına məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındak

13 dekabr
.

"Qapını qırıb görüblər ki, ikisi də rəhmətə gedib" - Fotolar+Video

Xəbər verdiyimiz kimi, Samuxda ər və arvad dəm qazından boğularaq ölüb. Vəfat edən şəxsin qardaşı İman Musayev "Qafqazinfo"ya hadisənin ilkin təfərrüatlarını danışıb. Onun sözlərinə görə, ər-arvadın ölümünü ilk oğlanları bilib:. "Hadisə günorta saatlarında olub. Evdə uşaq gec bilib. Məcbu

1 dekabr
.

Ramiz Mehdiyev vəkilindən imtina etdi - "Boz kardinal" nə düşünür?

İttiham olunduğu xüsusilə ağır cinayətlərlə bağlı ev dustaqlığında saxlanılan Ramiz Mehdiyev dövlət hesabına təyin edilmiş vəkildən imtina edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, "boz kardinal" bu qərarı şəxsi istəyi ilə verib. Ramiz Mehdiyev müdafiəsinin özünün seçdiyi vəkillə

24 noyabr