Bakıda məktəbdə baş vermiş kütləvi dava ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakı şəhəri, Qaraçuxur qəsəbəsindəki 214 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava olması ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.
İdarədən Sonxeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş hadisə barədə şagirdlərin valideynləri dərhal məlumatlandırılıb, onlarla müvafiq söhbət aparılıb və zəruri tövsiyələr verilib.
Məlumatda qeyd edilib ki, hər 2 şagird fiziki cəhətdən aktiv uşaqlardır. Onların bundan öncə də mübahisə etdikləri müşahidə olunub. Tərbiyə işləri üzrə direktor müavini, məktəbin praktik psixoloqu və sinif rəhbəri həmin şagirdlərlə müntəzəm olaraq tərbiyəvi iş aparır və psixoloji yardım edirlər. Şagirdlərin münasibətlərinin tənzimlənməsi istiqamətində müvafiq işlər davam etdirilir.
"Noyabrın 3-də hər iki şagird məktəbə gəlib və dərs məşğələlərində iştirak ediblər. Hər iki məktəblinin təlim nəticələri orta, dərsə davamiyyəti və davranışı normaldır. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır".- BŞTİ-dən bildirilib.
Qeyd edək ki, 214 nömrəli tam orta məktəbdən Bakı Şəhər Təhsil İdarəsinə verilmiş məlumatda bildirilib ki, noyabrın 2-də tənəffüs zamanı (saat 12:15-də) 7a sinif şagirdləri Neman Fərzəliyev və Əkbər Məmmədli mübahisə edib və onlar arasında dava nəticəsində Əkbər Məmmədlinin qasıq hissəsində kəskin ağrılar yaranıb. Məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağırılıb.
Aysel Kərimova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1997 Tarix: 03 noyabr 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəmil Həsənli yenidən DTX-yə çağırıldı
Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə C.Həsənli özü məlumat yayıb. Milli Şura sədri çağırılma səbəbini bilmədiyini yazıb. Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkə
16 dekabrBakcell texno-blogerlər üçün "Media Tech" təlimini həyata keçirdi
İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş "MediaTech" layihəsi çərçivəsində təlim proqramı baş tutub. "Smart Nation" ilə birgə həyata keçirilən "MediaTech: Blog the Future" tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunl
16 dekabr46 yaşlı müəllim məktəbdə vəfat etdi
Bakıda orta məktəblərin birində müəllim vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə dekabrın 16-sı saat 12 radələrində Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən 197 saylı tam orta məktəbdə baş verib. Orada ibtidai sinif müəllimi işləyən qəsəbə sakini 1979-cu il təvəllüdlü Sevda Qismə
17 dekabrÖlkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi
Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki
16 dekabrDİN şagirdlərə satılan o məhsulu araşdırır - Açıqlama
Xəbər verdiyimiz kimi, məktəblilər arasında "snus" adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov "Qafqazinfo"ya bildirib ki, "Snus" adlandırılan məhsulun tərkibi və hüquqi statusu ilə araşdırmalar aparılır:. "Hazırd
17 dekabrYaşar Nurinin qızı tənqidlərə cavab verdi - Video
Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı bacısı vəfat edəndən bir neçə gün sonra efirə çıxmasına görə tənqid olunub. Axşam.az xəbər verir ki, Ülkər efirdə və sosial şəbəkədə onu tənqid edənlərə cavab verib. "Sözüm efirdə olan insanlaradır. Boş və çox danışırlar. Niyə həmişə mən hədə
17 dekabrRəşad Şolan da orqanlarını bağışladı
Tanınmış cərrah-transplantoloq, DTX-nin Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzinin rəisi Rəşad Şolan ölümündən sonra orqanlarını bağışlayacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında keçirilən simpoziumda bildirib. R. Şolan bu addımı
16 dekabr3 qohumunun ölümünə səbəb olan sürücüyə - Bu cəza verildi
Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudova hökm oxunub. Bildirilib ki, hadisə ötə
16 dekabr