Stomatitin səbəbləri və müalicəsi
Stomatit – ağız boşluğunun selikli qişasının iltihabıdır. Bu xəstəliyə həm uşaqlarda, həm böyüklərdə çox tez-tez təsadüf edilir. Stomatit zamanı ağız boşluğunun selikli qişasında kiçik ağrılı yaralar əmələ gəlir.
Stomatitin səbəbləri müxtəlif ola bilər:
– Bakteriyalar stomatitin inkişafına səbəb olur. Bu gigiyena qaydalarına riayət etməməsi, immun sistemini zəifləməsi, ağız boşluğu selikli qişasının travmaları (dişlədikdə, diş yuduqda və s.) zamanı mümkündür.
– Göbələk infeksiyası (uşaqlarda tez-tez təsadüf edilir).
– Virus (əsasən herpes virusu).
– Allergiyalar (qidaya, diş pastasına qarşı) da stomatitin tez-tez inkişafına səbəb ola bilər.
– Bəzi xəstəliklər (leykemiya – qan xərçəngi, Bexçet sindromu və s.), B qrupu və C vitaminlərinin çatışmazlığı da stomatitin inkişafına səbəb ola bilər.
– Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu stomatitin inkişafına səbəb ola bilər. Bu dərmanların arasında: antibiotiklər, epilepsiya əleyhinə preparatlar, xərçəng xəstəliyinin müalicəsində istifadə olunan dərmanlar və s.
Stomatitin simptomları:
– Ağızın selikli qişasında ağrılı xoralar (1 mm-dən 10 mm kimi).
– Qida qəbulu və danışıq zamanı ağrılar və diskomfort.
– Ağızın selikli qişasının qızarması.
– Ağızdan pis qoxu.
– Bəzən hərarətin yüksəlməsi.
Əgər stomatit yüksək hərarət, dəridə suluqların əmələ gəlməsi və s. simptomlarla müşayiət olunarsa, mütləq həkimə müraciət edin. Tez-tez təkrarlanan stomatit immun sistemində olan pozulmadan xəbər verə bilər.
Stomatitin müalicəsi bu xəstəliyin səbəbindən asılıdır. Müalicə zamanı yerli (qarqaralar, məlhəmlər, xüsusi antiseptik preparatlar və s.) və ümumi müalicə (antibiotiklər, hormonal preparatlar və s.) təyin olunur.
Stomatit zamanı ağız boşluğunun selikli qişası iltihablaşmış olur. Bu səbəbdən xəstə xüsusi pəhriz saxlamalıdır. Qida yumşaq, yüngül, ilıq olmalıdır (tərəvəz püreləri, supları). Şirin, istiotlu, turş, isti, qızardılımış qidalar, qəhvə, şokolad əks-göstərişdir.
Bəzi xalq təbabəti üsulları stomatit zamanı çox yaxşı müalicəvi effekt verir. Çobanyastığı dəmləməsi ilə qarqara çox effektlidir. Dəmləməni hazırlamaq üçün 1 stəkan qaynar suda 1 xörək qaşığı çobanyastığı dəmlənilir və 30 dəqiqədən sonra süzülür. Bu dəmləmə ilə ağız boşluğunu tez-tez qarqara etmək lazımdır.
Kalendula bitkisi də çox yaxşı təbii antiseptikdir.
Propolis dəmləməsi ilə qarqara da çox yaxşı kömək edir. Propolisin kiçik tikəsini sürtgəcdən keçirdib 1 stəkan qaynar suda dəmləyin və tez-tez qarqara edin.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO
Vəzifəli şəxs qəzada HƏLAK OLDU
Ağzını, əlini və ayaqlarını "skoç"la bağladı - Qusarda dəhşətli qətlin TƏFƏRRÜATLARI - VİDEO
Bu toyuqları almayın - AÇIQLAMA
Ac qalmadan 23 kilo verdi: "Sadəcə hər yeməyin yanında bunu yeyirdim" - FOTO
Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR