Toyda qətl törədən şəxsin anası: "Namusa toxunan sözlər işlətdiyi üçün..."
Toyda yeyib-içdiyi tanışını qətlə yetirməkdə təqsirləndirilən Ramik Aydabəyovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Ramik Aydabəyovun anası ifadə verib. Ana ifadəsində qeyd edib ki, toyda həm oğlu, həm də ölən şəxs sərxoş olub:
"Həmin günü gəlinim məni evə çağırdı. Gördüm ki, ağlayır. Evə gəlib çatanda Radikin də uşaq kimi ağladığını gördüm. Allaha yalvarırdı. Soruşdum ki, axı nə olub? Dedi, ana bilərəkdən eləməmişəm, Allaha dua edirəm ki, İlqara heç nə olmasın. Mənə dedi ki, sən də dua elə. Dedim axı nə olub? Dedi ki, məclisdə İlqar ona elə söyüşlər söyüb ki, özünü saxlaya bilməyib. Oğlum dedi ki, namusa toxunan sözlər işlətdiyi üçün onu vurub".
Qadın ifadəsində oğlunun peşman olduğunu deyib: "Biz istəməzdik ki, İlqarın uşaqları yetim qalsın. İkisi də içib. Əgər içməsəydilər, belə hadisə baş verməzdi. Oğlum dedi ki, polisə təslim olmağa gedir. Amma polislər ondan əvvəl gəldi".
Məhkəmədə şahid qismində mərhumun dayısı oğlu Rahil Məlikov da ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib. Sualları cavablandıran şahid toy sahibi olduğu və məclisə dəvət olunan 130 qonağa 250 araq aldığını deyib.
Qeyd edək ki, qətl bu il Qusarın Xürel kəndində keçirilən toy məclisində baş verib.
46 yaşlı İlqar Aydəmir oğlu Ulubəyov 35 yaşlı həmkəndlisi Ramik Adil oğlu Aydabəyovla yeyib-içiblər. Daha sonra onlar arasında mübahisə düşüb.
Ramik Aydabəyov masanın üzərindəki butulkanı əvvəlcə sındırıb, sonra isə arxası ilə İlqar Ulubəyovun boyun və baş nahiyəsinə xəsarət yetirib.
İ.Ulubəyov şah damarından kəsilmiş yara alıb. Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda qanitirmədən ölüb.
Ramik Aydabəyov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2952 Tarix: 20 noyabr 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib
Şəkidə canavar kəndə hücum edərək 5 nəfərə xəsarət yetirib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Bideyiz kəndində baş verib. Belə ki, canavar kənd sakinləri; 5 yaşlı Z.Qurbanov, 27 yaşlı Fariz Lətifov, 27 yaşlı Nazilə Qurbanova, 49 yaşlı Sevinc Qurbanova və 52 yaşlı Gündü
21 dekabrMaşınına asdığı nömrənin cəzası ağır oldu! - VİDEO
Antalyanın Konyaaltı rayonunda bir sürücünün maşının nömrəsinin üzərinə yazdırdığı "07 TRANS 07" yazısı sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Konyaaltı rayonunda hərəkətdə olan avtomobilin görüntüləri qısa zamanda sosial mediada geniş yayılaraq müzakirələr
19 dekabr16 yaşlı qız evdə başından güllələnmiş halda tapıldı
Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda 16 yaşlı qız uşağı evdə başından güllələnmiş vəziyyətdə aşkar edilib. Səhiyyə əməkdaşlarının bütün müdaxilələrinə baxmayaraq, yeniyetmə həyatını itirib. türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, 16 yaşlı A.C. ailə üzvləri tərəfində
17 dekabrŞabranda qadın evinin həyətində ölü tapıldı
Şabran şəhərində qadın yaşadığı evin həyətində ölü halda tapılıb. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. 49 yaşlı Sahibə Xankərəm qızı Əliyevanın meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkar edilib. Onun ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırm
20 dekabrİştahsız pişiklərini baytara aparan cütlük görün nəylə üzləşdilər
Türkiyənin Mersin şəhərində pişiklərini baytar müayinəsinə aparan cütlük gözləmədikləri bir həqiqətlə üzləşib. Ramazan Alper İlten və nişanlısı Fatma Zühal Yurdagül qar gəzintisi üçün Toroslar rayonunun yüksək dağlıq ərazisində yerləşən Arslanköy məhəlləsinə gediblər. Gəzinti zamanı mehriban davranışlar
17 dekabrMirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti TAPILDI
Sumqayıt şəhərində 30-cu məhəllə ərazisində 18 yaşlı gəncin meyiti aşkarlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Müşfiq Mirmehdi oğlu Fəttayevin cansız bədəni yaxınları tərəfindən tapılıb. Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilsə də, həkiməqədər ölü
17 dekabr