Hacı İbrahim övladlarının dəbdəbəli həyatından danışdı- Fotolar
"Avesta Konserni"nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahimov) oğulları - Hüseyn və Həsən İbrahimovların xarici ölkələrdəki dəbdəbəli həyat tərzləri barədə mətbuatda yayılan xəbərlərə münasibət bildirib. Açıqlama verən biznesmen qeyd edib ki, yayılan fotolar illər əvvələ məxsusdur:
"Mənim övladlarım orta məktəbi Cenevrədə, bakalavr və magistr təhsillərini isə İngiltərədə - Londonda alıblar. Hazırda da Bakıdadırlar və turizm şirkəti açıblar. Bu günə qədər Həsən və Hüseyn mənim heç zaman başımı aşağı eləməyib, mənimçün başağrısı olmayıblar. Öz iş-gücləri ilə məşğul olan uşaqlardır. Kimsə deyə bilməz ki, Nehrəmlinin övladları kiməsə qarşı nalayiq hərəkət edib".
Övladlarının bahalı həyat tərzi və maşınları barədə də danışan biznesmen qeyd etdi ki, ya Həsənin, ya da Hüseynin bahalı maşınları yoxdur: "Birinin köhnə bir "BMW"si var, o birinin maşını da köhnədir. Gecə həyatları da yoxdur. Gündüz işdə, axşam isə ya idmanda, ya da evdə olurlar. Onların heç birinin gecə həyatı yoxdur. Yayılan fotolar 5-6 il əvvəl Çexiyada çəkilib. Orada da heç bir bahalı həyatdan söhbət gedə bilməz".
Fotoların kim tərəfindən yayıldığı barədə sualımıza Nehrəmli belə cavab verdi: "Öz qohumlarım yayıb fotoları. Çünki mənim övladlarım çox əxlaqlıdır deyə bəzi qohum-əqrabamın bunu gözü götürmür. Buna görə də belə yollara əl atırlar".
mənbə:GoldNews.Az










Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3158 Tarix: 22 noyabr 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021