Əmtəə nişanlarının qiymətləndirilməsinə başlanıldı

Əmtəə nişanlarının qiymətləndirilməsinə başlanıldı"Patent və Əmtəə Nişanları Mərkəzi" publik hüquqi şəxsi tərəfindən əmtəə nişanlarının qiymətləndirilməsinə başlanılıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Əmtəə nişanının qiymətləndirilməsi hansı hallarda faydalıdır?

Nizamnamə kapitalının artırılması zamanı, yəni qeyri-maddi aktiv kimi əmtəə nişanına olan hüquq nizamnamə kapitalını formalaşdıra bilər;

Əmtəə nişanına olan hüququn alqı-satqısı zamanı qiymətin əsaslandırılması məqsədilə;
Biznesin bütünlüklə satılması zamanı əmtəə nişanının qiymətləndirilməsi vacib əhəmiyyət kəsb edir;
Əmtəə nişanından istifadəyə dair lisenziya və françayzinq müqavilələrinin bağlanması zamanı royaltinin dərəcəsini müəyyən etmək məqsədilə;

Saxta mal və xidmət göstərildiyi zaman vurulmuş zərərin əvəzinin müəyyənləşdirilməsi məqsədilə;
Müəssisə tərəfindən kredit alınması zamanı əmtəə nişanın girov qoyulması məqsədilə;

Biznesin idarə edilməsi və vergitutmanın optimallaşdırılması məqsədilə. Bu, rəhbərlərə mülkiyyətdən effektiv istifadə etməyə və marketinq qərarları qəbul etməyə kömək edir.

Müəssisələrin yenidən təşkili zamanı qovuşan və birləşən hüquqi şəxslərin aktivlərinin dəyərləndirilməsi məqsədilə əmtəə nişanına hüququn qiymətləndirilməsi zəruridir.

Əqli mülkiyyətə əsaslanan kreativ iqtisadiyyatın davamlı inkişafının zəruriliyi və bununla əlaqədar ölkənin ÜDM-də onun payının artırılması üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyi məhz intellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsi standartının hazırlanması və tətbiqini qaçılmaz edən əsas amillərdəndir.

Əqli mülkiyyət obyekti hüquq sahibinə illər keçdikcə daha çox qazanc gətirmək qabiliyyətinə malikdir. Əmtəə nişanına mülkiyyət hüququ qeyri-maddi aktiv olduğu üçün qiymətləndirmə rəyi ilə müəyyən edilmiş dəyər mühasibat uçotunda əks olunur və gələcəkdə biznesin qiymətləndirilməsi, satılması, kredit və ssuda alınması, investorlar və potensial partnyorların cəlb edilməsi zamanı həlledici rol oynaya bilər. Əmtəə nişanına hüququn qiymətləndirilməsi bir çox hallarda həm də işgüzar nüfuzun göstəricisi hesab olunur.

Patent və Əmtəə Nişanları Mərkəzi əmtəə nişanı üzərində hüquq sahiblərini bu xidmətdən yararlanmağa dəvət edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 517   Tarix: 15 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaşar Nurinin qızı tənqidlərə cavab verdi - Video

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı bacısı vəfat edəndən bir neçə gün sonra efirə çıxmasına görə tənqid olunub. Axşam.az xəbər verir ki, Ülkər efirdə və sosial şəbəkədə onu tənqid edənlərə cavab verib. "Sözüm efirdə olan insanlaradır. Boş və çox danışırlar. Niyə həmişə mən hədə

17 dekabr
.

Ölkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi

Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki

16 dekabr
.

"Müasir ailə əbədi birlik ideyasından uzaqlaşaraq, son istifadə tarixi olan bir müqaviləyə çevrilməkdədir" - AÇIQLAMA

Müasir dövrdə ailə institutunun zəifləməsinin altında bir yox, bir neçə ciddi səbəb yatmaqdadır. Bəs bu səbəblər nələrdir? . Sosioloq Yusif Nəbiyev bu barədə -a danışıb:. "Bunları sıralayacaq olsaq, ilk növbədə qloballaşma fonunda fərdiyyətçi, materialist qərb dəyərlərinin yayılması və yerləşməsin

16 dekabr
.

"Amnistiya aktı ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir" - Deputat

Xəbər verdiyimiz kimi bu il Prezident İlham Əliyevin sərəncamı ilə 200-dən artıq məhkum edilmiş şəxs əfv edilib. İlin sonunadək amnistiya aktının da qəbul ediləcəyi də gözlənilir. Bele ki, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Bununla bağlı -a danışan deputa

17 dekabr
.

18 yaşadək işçilərlə bağlı yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib. "Qafqazinfo" xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmə

16 dekabr
.

Göyçə gölündən ən yeni görüntülər - Möhtəşəm qış mənzərəsi

AzTV Bala Göyçə və Böyük Göyçə göllərindən yeni görüntülər təqdim edib. Qaynarinfo xəbər verir ki, möhtəşəm qış mənzərəsini özündə əks etdirən bu kadrları təqdim edir:

17 dekabr
.

"Yerdəki 100 manatı götürmək istəyəndə yıxıldı" - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Universitetində 18 yaşlı tələbə yıxılaraq xəsarət alıb. "Qafqazinfo"nun məlumatına görə, şahidlər hadisənin detalları barədə "Baku TV"yə danışıblar. "Yerdə 100 manat var idi. Onu götürmək üçün döşəmənin üstünə hoppandı. Həmin yer qırıldı və aşağ

15 dekabr
.

Bakıda məşhur mağazadakı fincanlarda ağır metallar aşkarlandı - Birgə məlumat

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə Polşadan daxil olan məlumata əsasən, Çində fəaliyyət göstərən "Market Union Co. Ltd" şirkəti tərəfindən istehsal edilən şüşə fincanlard

15 dekabr
.

Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verildi

Kikboksçu Tülin Ələkbərova və tələbəsi Abbas Rəhimlinin barələrində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənləri

16 dekabr