Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (FOTOLAR)

Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (FOTOLAR)Gənc yaşlarında yaşadığı uğursuzluqlara baxmayaraq heç zaman ruhdan düşmür və çalışaraq dünyanın ən zəngin adamlarından biri olur.

Söhbət Alibaba-nın qurucusu Cek Madan gedir.

Sonxeber.az qaynarinfo-ya istinadən məşhur milyarderin maraqlı həyat hekayəsini təqdim edir:

Onlayn ticarət portalı olan Alibaba-nın yaradıcısı Cek Ma çətin günlər yaşasa da, dünyanın ən nəhəng şirkətlərindən birini yaratmağa nail olub.

Bəs bu uğurun sirri nədir?

Cek Ma 1964-cü ildə Çində dünyaya gəlib. Uşaq olarkən onun ən böyük xəyalı ingilis dilini öyrənmək idi və buna görə səhər erkəndən qalxıb ölkəyə gələn turistlərlə ingiliscə danışmağa çalışırdı.

Universitetə qəbul imtahanında 3 dəfə uğursuz nəticə əldə etdikdən sonra, nəhayət Müəllimlər İnstitutuna qəbul olur. O illərdə 30-dan çox şirkətə iş üçün müraciət etsə də, rədd cavabı alır. Maraqlısı odur ki, o zaman Çində yenicə fəaliyyətə başlayan KFC işə qəbul haqda elan yerləşdirir və müraciət edən 24 nəfə arasından yalnız Cek işə götürülmür.

Harvard Universitetinə qəbul olmaq üçün 10 dəfə müraciət edir, lakin yenə uğursuzluq...

Liseydə oxuyarkən tanış olduğu qızla ailə qurur və 5 il boyunca ayda 15 dollar qarşılığında müəllim işləyir.

1995-ci ildə ABŞ-a səyahəti zamanı internetlə tanış olan Cek əvvəlcə onun nə olduğunu tam olaraq anlamır, lakin maraqlandıqdan sonra bu, onun diqqətini çəkir və 1999-cu ildə Çinə qayıtdıqdan sonra yeni bir sayt yaratmaq qərarına gəlir. Beləliklə, "Alibaba" ("Əlibaba və qırx quldur" hekayəsindən götürülüb) onlayn ticarət saytını yaradaraq onu dövlətə satır.

"Alibaba" yaradılarkən ilkin mərhələdə 100 min dollar sərmayə qoyulur, lakin qısa zamda istifadəçi sayı artır və bütün dünyada məşhurlaşır. Hazırda 24 min işçisi və 10 mindən çox ortaq şirkəti olan "Alibaba"nın yaradıcısı Cek Ma 2013-cü ildə vəzifəsindən istefa verərək, gənclərə bu post üçün yer açdığını açıqlayıb.

Qeyd edək ki, Cek şirkətə sərmayəçilər axtarmağa başlanda ilk vaxtlar bir çox amerikalı bu modelin uğursuz olacağını bildirirlər. Hətta "Times" nəşri bu barədə yazdığı ilk məqaləsində onu "Dəli Cek" adlandırır, o isə cavabında belə deyir: "Dəlilik yaxşıdır. Dəliyəm, amma axmaq deyiləm. Əgər hamı mənim kimi düşünsəydi, o zaman heç bir şansım olmazdı".
Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (FOTOLAR)Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (FOTOLAR)Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (FOTOLAR)Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (FOTOLAR)Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (FOTOLAR)Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (FOTOLAR)Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (FOTOLAR)Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (FOTOLAR)Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (FOTOLAR)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1513   Tarix: 17 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"

8 sentyabr 2021