Nigar Rəfibəylinin nazir atasından sonra yaşadığı əzablar, qardaşının acı məktubu

Nigar Rəfibəylinin nazir atasından sonra yaşadığı əzablar, qardaşının acı məktubuAzərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Sonxeber.az bildirir ki, modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid "AXC-100" silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini davam etdirir.

Bu dəfə Cümhuriyyət dövründə iki vəzifəni yerinə yetirən böyük şəxsiyyət, həkim Xudadat bəy Rəfibəylidən, daha doğrusu, ölümündən sonra ailəsinin çəkdiyi əzablardan danışacağıq. O, həm Azərbaycan Cümhuriyyətinin səhiyyə naziri, həm də Gəncə qubernatoru olub.

X.Rəfibəyli haqqında bir dəfə bu silsilədə söhbət açmışıq. Amma indi konkret olaraq, bu fədakar insanın öldürülməsindən sonrakı dövr barəsində danışacağıq:

DOSYE - Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli 1877-ci il yanvarın 12-də Rusiyanın işğalından sonra adı dəyişilərək Yelzavetpol edilən Gəncə şəhərində əsilzadə ailəsində doğulub.

Gəncə gimnasiyasını bitirdikdən sonra təhsilini Xarkov İmperator Universitetinin Tibb fakültəsində davam etdirən Xudadat bəy Rəfibəyli 1904-cü ildə oranı uğurla bitirsə də, vətənə dönməyə tələsmir. Həmin universitetin qospital-klinikasının cərrahiyyə şöbəsində 3 il ordinator işləyərək peşəkar cərrah kimi formalaşır.

Xarkovda oxuyarkən tələbə dostları ilə birlikdə "Həmyerlilər" dərnəyini qurur. Bu dərnəkdəki ictimai fəaliyyəti ona gələcəkdə də lazım olur. 1907-ci ildə Gəncəyə qayıtdıqda o, Yelizavetpol qubernatorun əmri ilə şəhər xəstəxanasına rəhbər təyin edilir. 1909-cu ildə səmərəli fəaliyyəti, peşəkarlığı və qüsursuz xidməti nəzərə alınaraq titulyar müşavir, 1910-cu ildə kollej asessoru, 1912-ci ildə saray müşaviri rütbələri verilib və 1909-cu ildən Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edilib.

Sondan sonrakı dövrün əzabları

1920-ci il mayın 12-də bolşeviklər onu həbs edib Bakıya aparırlar. Qısa sürən istintaqdan sonra vətənsevər millət fədaisi Xudadat bəy Rəfibəyli iyunun 1-də Xəzərin kiçik bir adasına aparılaraq güllələnir. Xudadat bəy Rəfibəylinin xanımı Cəvahir 3 kiçik yaşlı uşaqla birlikdə taleyin ümidinə qalır. Ataları qətlə yetiriləndə Kamilin 11, Rəşidin 9, Nigarın isə 7 yaşı vardı.

Xudadat bəyin aralarında gələcəyin xalq şairi olan Nigar xanımın da olduğu ailəsi onun ölümündən sonra çox əzab çəkir:

"1930-cu ilin oktyabrında Gəncə şəhər Soveti Rəyasət Heyəti Cəvahir xanımın ailəsi ilə birlikdə, əmlakı müsadirə olunmaqla keçmiş Gəncə dairəsi hüdudlarından çıxarılması haqqında qərar qəbul edir. Xudadat bəy Rəfıbəylinin böyük oğlu Kamil bəy təqiblərdən yaxa qurtarıb Türkiyəyə sığına bilir və ömrünün sonuna kimi Türkiyədə həkimlik edir.

Xudadat bəy güllələndikdən sonra uzun illər onun iki övladının, başqa simsarların və dostların taleyindən bixəbər qaldılar. Onlar Vətən həsrəti ilə qovruldular, vətəndə isə bir çox yaxın qohumlar kütləvi repressiyalara məruz qaldılar. Xudadat bəyin qızı Nigar xanım, başqa yaxın qohum-əqraba isə sovet rejiminin təqibləri, nəzarəti altında yaşamağa məcbur edildilər. Bu əzab-əziyyətlərdən, sıxmaboğmalardan şairə Nigar xanımla yanaşı, böyük şair Rəsul Rzanın da payına az düşmədi. Şair ömrünün bəlkə də bir on ili bahasına başa gəldi Rəfıbəyovlarla bu qohumluq. Ancaq bu adi seçim yox, tale qisməti idi. Vətənin bir addımlığında isə Əyyub bəy, Səməd bəy kimi say-seçmə oğullar mühacirət həyatı yaşamaqda idilər. Qanlı rejimin ömrü bitmirdi ki, siyasi mühacir adıyla KQB-nin qara siyahılarına düşən bu insanlar heç olmasa ölüm ayağında geriyə - Azərbaycana dönsünlər. İçində Vətən boyda qürbət gəzdirən bu insanlar "Azərbaycan, mənim tacım, taxtım, oy!" (Almas İldınm),-deyərək həyata gözlərini yumdular. Əksərinin nə əlləri Vətənə çatdı, nə ünlərini eşidən oldu. Qanlı rejimin ömrü bitəndə artıq onlar həyatda deyildilər.

Ömrünün cəmi iyirmi ilini Vətəndə, doğmalan ilə birlikdə keçirmiş, sonra qardaş Türkiyədə mühacirətdə yaşamış və gözlərini əbədi yumduğu günədək doğma yurdun, əzizlərinin həsrətindən dərdli-dərdli qovrulan Kamil Arranın anası Cəvahir xanımın ölümünə yazdığı və 1955-ci il fevralın 21-də Əlaziqdə çıxan "Turan" qəzetində dərc etdirdiyi "Ağlaya bilməzsən" adlı rekviyemindən kiçik bir parçanı oxuculara təqdim etmək istəyirik. Qeyd edək ki, Kamil Arran Nigar Rəfibəylinin qardaşı, Xalq yazıçısı Anarın dayısıdır. (Mənbə: Lətif Şüküroğlu: "Cümhuriyyət hökuməti repressiya məngənəsində").

"Xeyr, əziz ana, 25 ilin həsrəti, quruduğunu zənn etdiyim və inandığım göz yaşlarımı axıtdı. Ağladım çox, həm də çox ağladım. Hıçqırmadım, səssiz göz yaşlarımı içimə axıdaraq ağladım. Bəli, payızın çürüməyə məhkum saralmış bir yarpağı olduğum üçün kimsəni rahatsız etməməyim lazımdı. Yalnız sənin həsrətinlə və bir daha o gözəl, nurlu üzünü görmək ümidimin aldığı üçün için-için ağladım... Artıq hər şey bitdi. Təsəlli mənbələrindən daha heç nə axmır. Fəzada dolaşan tozlar kimi bizi qoyub getdin, əziz ana! Bunlara görə ağladım, bunlara görə ağlayıram, əziz ana!

Bunları niyə yazdım? Xatirə və xəyalları əbədiləşdirən yazı elmini mənə ilkin olaraq öyrətdiyin üçün yazdım. Əlifbanı yanlış yazdığım zaman ufacıq əllərimə vurduğun günlərin xatirəsini unutmamaq üçün yazdım. Çəkik gözlərinin, incə dodaqlarının ifadəsini qeyb etməmək üçün yazdım. Mənə öyrətmiş olduğun bu sənəti yenə sənə ithaf etmək üçün yazdım".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1555   Tarix: 16 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Niyə qışda daha çox aclıq hiss edirsiniz? - Dietoloqun CAVABI

Əgər qış aylarında daha güclü aclıq hiss edir və şirniyyata meylin artdığını müşahidə edirsinizsə, bu tamamilə təbii bir prosesdir. Qışda tez-tez makaron, çörək və ya şokolad yemək istəyi yaranırsa, buna təəccüblənməyin. Bu bir kapriz deyil, bədənin verdiyi təbii siqnaldır. Soyuq havada isinmək üçü

17 dekabr
.

Yeməkdən dərhal sonra çay içməyin - Zərəri

Çayın bütün növləri orqanizmdən dəmiri yuyub çıxara bilər. xəbər verir ki, çay orqanizmə mənfi təsir göstərə bilər. Çay dünyanın ən məşhur içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın qəbulu bəzi hallarda olduqca xoşagəlməz yan təsirlər

16 dekabr
.

İtaliyada minlərlə dinozavr izi aşkarlandı - 200 milyon ildən çox yaşı var

Şimali İtaliyadakı Stelvio Milli Parkında 200 milyon ildən çox yaşı olduğu düşünülən minlərlə dinozavr izi aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Bildirilib ki, sentyabr ayında Stelvio Milli Parkında təbiət fotoqrafı tərəfindən aşkar edilən izlə

17 dekabr
.

Ailəsinə "hamiləyəm" zarafatı edəcəkdi, testə diqqətlə baxanda həyatının şokunu yaşadı - VİDEO

Türkiyədə ailəsinə "hamiləyəm" deyə zarafat etməyi planlaşdıran bir qadının yaşadığı gözlənilməz anlar sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, zarafat məqsədilə hamiləlik testi edən qadın, testin müsbət nəticə verdiyini görərək hamilə olduğunu məhz həmin and

15 dekabr
.

Bu kənddə hamı kor doğulur

Səhranın ortasında yerləşən bu kənddə hamı görmə qabiliyyətindən tamamilə məhrumdur. xəbər verir ki, söhbət Mavritaniyanın ucqar bir bölgəsində, səhranın 80 kilometr dərinliyində yerləşən yaşayış məntəqəsindən gedir. Əsrlər boyu davam edən genetik pozğunluq səbəbindən demək olar ki, bütün kənd əhalis

13 dekabr
.

Bu müqavilə Burak Özçivitə 45 milyon qazandırdı

"Kuruluş Osman" serialından ayrılan Burak Özçivit bu dəfə yeni layihəsi və yüksək qazancı ilə diqqət çəkib. Türkiyə mediasına istinadla xəbər verir ki, məşhur aktyorun bir inşaat şirkəti ilə bağladığı reklam müqaviləsindən 45 milyon lirə qazandığı iddia olunur. Məlumata görə, sözügedən anlaşm

16 dekabr
.

Yeni il süfrəsinin "təhlükəli ərzaqları"

"Qarşıdan gələn yeni il süfrəsində yemək bolluğu mədə üçün zərərlidir". xəbər verir ki, bu barədə -ya rusiyalı həkim-diyetoloq və qastroenteroloq Yevgeni Arzamastsev açıqlama verib. Onun sözlərinə görə, bayram süfrəsindəki "ən təhlükəli" məhsullar kolbasa, sosis və sardelkalardır

18 dekabr
.

Dünyaca məşhur ada qırmızı rəngə boyandı! Səbəb nədir? - VİDEO

İranın Hürmüzgan vilayətinə bağlı Hürmüz adasında qeyri-adi təbiət hadisəsi baş verib. xarici mediaya istinadən xəbər verir ki, dünyaca məşhur ada yağıntılardan sonra qırmızı rəngə bürünüb və bu mənzərə böyük marağa səbəb olub. Məlumata görə, adanın qırmızı rəng almasının əsas səbəbi torpağında dəmi

18 dekabr
.

Qadınlar öləndə niyə daha dərinə basdırılır? - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir küçə müsahibəsində 20 illik qəbirqazanının qəbirlərin dərinliyi ilə bağlı səsləndirdiyi fikirlər qısa zamanda gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Türkiyədə gənc bir şəxs tərəfindən ünvanlanan "Qadınların qəbirləri kişilərə nisbətən daha dərin qazılırmı?"

17 dekabr