"Binə" və "Sədərək"də əsassız ödənişlər ləğv olunsun, icarə haqqı azaldılsın"

"Binə" və "Sədərək"də əsassız ödənişlər ləğv olunsun, icarə haqqı azaldılsın"Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.
Gələn məlumatlarda yeni nazirin sahibkarlara "yaşıl işıq" yandıracağı əminliklə vurğulanır. Həm də ona görə ki, bu barədə prezident İlham Əliyev dəfələrlə "sahibkarlara normal fəaliyyət göstərmələri üçün şərait yaradılmalı, bürokratik əngəllər aradan qaldırılmalıdır" göstərişlərini verib.

Sonxeber.az bildirir ki, modern.az-a daxil olan məlumata görə, hətta bu tədbirlər çərçivəsində illərdir "Binə" və "Sədərək" ticarət mərkəzlərində yaşanan kassa aparatları probleminə də nöqtə qoyulacaq.

Qeyd edək ki, Vergilər Nazirliyi "Binə" və "Sədərək" ticarət yarmarkalarındakı ticarət sahələrinin kassa aparatları ilə təmin edilməsi üçün həmin mərkəzlərin rəhbərləri ilə hələ 2012-ci ildən iş aparır. Həmin ildə sahibkarlar və Vergilər Nazirliyi rəsmilərinin iştirakı ilə müşavirə keçirilib və onlara uçotun başa çatdırılması üçün daha bir il müddət verilib. Yəni 2013-cü ilin sonunadək "Binə" və "Sədərək"dəki sahibkarlar qeydiyyata alınmalı, mağazalarda kassa aparatları quraşdırılmalı, əmək müqavilələri bağlanmalı və 2013-cü ildən etibarən vergi qanunvericiliyinə əməl edilməli, vergilər dövlət büdcəsinə ödənilməli idi.

Lakin problem bugünədək həllini tapmayıb. Məsələ burasındadır ki, "Binə" və "Sədərək" yarmarkalarında ticarətlə məşğul olan sahibkarlar vergi ödəyirdilər, amma dövlətə deyil, bu obyektlərin sahiblərinə. Ticarət obyektlərində yerləri sahibkarlara icarəyə verən "Binə" və "Sədərək"in rəhbərləri isə onlardan topladıqları böyük pulların müqabilində dövlətə daha az vəsait ödəyirdilər.

Qanunvericiliyə görə isə sahibkar icarə haqqı ilə yanaşı, kassa aparatına çek vurmalı və gəlirlərindən vergini özü dövlətə ödəməlidir.

2015-ci iin 21 fevral və 21 dekabr devalvasiyalarından sonra ölkədə baş verən sürətli bahalaşma "Binə" və "Sədərk" ticarət mərkəzlərinin fəaliyyətinə də ciddi ziyan vurdu. Xaricdən valyuta ilə alınan malların qiyməti avtomatik olaraq bahalaşdı. Alıcılıq qabiliyyətinin aşağı düşməsi, üstəgəl dövlət və qanunla müəyyən olunmayan əsassız vergilər sahibkarları çıxılmaz vəziyyətdə qoydu.

Məlumatlara görə, "Binə" və "Sədərk" ticarət mərkəzlərindəki obyektlərdə indiyədək 8000 ədəd kassa aparatı quraşdırılıb. Vergilər Nazirliyinin "Binə" və "Sədərək"lə əlaqədar başlatdığı bu iş sözügedən obyektlərin rəhbərlərinin qeyri-qanuni əməllərinə zərbə, orada ticarətlə məşğul olan orta və xırda sahibkarlara isə dəstək olacaq. Belə ki, icarəyə verilmiş mağazaları işlədənlərin bundan sonra gəlirlərdən vergiləri artıq "Binə" və "Sədərək"in rəhbərlərinə deyil, birbaşa dövlətə ödəyəcəyi bildirilir. Bu ödənişlərin həm də əvvəlkindən daha az olacağı qeyd edilir.

""Binə" və "Sədərk"də ticarət dövriyyəsi müəyyənləşdirilməlidir"

Tanınmış iqtisadçı Vüqar Bayramov Modern.az-a deyib ki, "Binə" və "Sədərək" ticarət mərkəzlərində dövriyyənin müəyyənləşdirilməsi və vergiyə cəlb edilməsi üçün kassa aparatlarının yerləşdirilməsi vacibdir:

"Eyni zamanda, ticarət mərkəzlərindəki bəzi mağazalarda quraşdırılan kassa aparatlarının işləkliyi təmin olunmalıdır. Kassa aparatlarının işə salınması ilə yanaşı, "Binə" və "Sədərək"də xərclərin azaldılmasına ehtiyac var. Hazırda bu ticarət mərkəzində fəaliyyət göstərən sahibkarların xərcləri həddindən yüksəkdir. Daxili, həm də əsassız ödənişlərinin çox olduğu bir vaxtda, onların həm də vergiyə cəlb edilməsi xərcləri daha da artıracaq".

"Sahibkarların daxili xərcləri azaldılmalıdır"

Ekspert deyib ki, ticarət mərkəzlərindəki problemə kompleks yanaşılmalıdır:

"Hər bir sahibkar əldə etdiyi gəlir və dövriyyədən qanunvericiliyə uyğun olaraq, vergi ödəməlidir. İri ticarət mərkəzlərinin özündə də şəffaflığın təminatı olduqca vacibdir ki, həmin sahibkarların xərcləri artmasın. "Binə" və "Sədərək" ticarət mərkəzlərindəki mağazalarda sahibkarların xərclərinin azaldılması istiqamətində də danışıqlar aparılmalıdır. Onların normal fəaliyyətinin təminatı üçün əlavə və əsassız ödənişlər ləğv olunmalı, icarə haqqı azaldılmalıdır. Çünki sahibkarların həm daxili və əsassız ödənişlər ödəməsi, həm də vergiyə cəlbi onları çökdürə bilər. Nəzərə almaq lazımdır ki, xüsusilə 2015-ci ildə manatın məzənnəsinin kəskin ucuzlaşması sahibkarların işini çətinləşdirib".

Çıxış yolu...

V.Bayramovun sözlərinə görə, ümumilikdə sahibkarların vergiyə cəlb olunması, avtomatik olaraq, onları daxili ödənişlərdən azad etmir:

"Daxili ödənişləri azalacağı təqdirdə, sahibkarlar leqal şəkildə vergi ödənişlərinin icrasında daha çox maraqlı olacaqlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1152   Tarix: 16 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

3 may
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

3 may
.

Elmar Məmmədyarov deputat olacaq? (AÇIQLAMA)

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun parlament seçkilərinin daha tez keçirilə biləcəyi ilə bağlı dünənki açıqlaması ölkə gündəmin əsas mövzusuna çevrilib. Milli Məclisin bir sıra deputatları da builki parlament seçkilərinin vaxtından əvvəl – avqust-sentyabr ayında keçiriləcəyini -a müsahibələrind

3 may
.

Bu halda torpaqlara "kupça" verilməyəcək - RƏSMİ

2024-cü ilin yanvar-mart ayları ərzində daşınmaz əmlak üzərində 88.013 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat daxil olub. Bildirilir ki, bu göstəricinin 13.540-ı (15,3%) ilkin, 74.473-ü isə (84,7%) isə təkrar qeydiyyatı

3 may
.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

3 may
.

Gömrük idarəsində ƏMƏLİYYAT: Cinayət işi açıldı - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib. -in komitəyə istinadən verdiyi məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq strukturları tərəfindən Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməs

3 may
.

Gəncədə əməliyyat keçirildi: 364 min manatlıq mənimsəmə üzə çıxdı

"Gəncə Şəhər Birləşmiş Xəstəxanası" publik hüquqi şəxsin vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Ba

3 may
.

Amin əsir düşdüyü yerdə... - Video

Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub. "Qafqazinfo" xəbər verir ki, ikinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:. "Yerimi dəyişəndə güllə yarası aldım

3 may
.

"Nağıoğlu" MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

"Nağıoğlu" şirkət Ağcəbədi rayonunda yerləşən 2 hektar sahəsi olan "Şahmalı" qum-çınqıl yatağından qanunsuz istifadə edir. Bu barədə Qaynarinfo-ya Tovuz rayonunda yaşayan sahibkar Arif Alıyev bildirib. Onun sözlərinə görə, ötən il aprelin 5-də İqtisadiyyat Nazirliyi yanında Əmla

3 may