Deputatdan enerji içkiləri ilə bağlı çağırış

Deputatdan enerji içkiləri ilə bağlı çağırış"Enerji içkilərinin sağlamlığa olan zərərləri, istehlakının məhdudlaşdırılması və bu sahədə tənzimləmənin əhəmiyyəti vacib müzakirə mövzularından biridir. Xüsusilə də məktəb yaşlı uşaqların bu içkilərdən istifadə etməsi məsələni daha da aktuallaşdırır".

Bu barədə Modern.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov deyib.

Deputat bildirib ki, enerji içkisinin vahid anlayışı yoxdur. Lakin ümumi olaraq tərkibində əsas elementi kofein olan və digər enerji artıran maddələri cəmləşdirən içkilər başa düşülür.

"Bu içkilərin zərəri əsasən tərkibində olan kofeinlə əlaqələndirilir və ümumən sağlamlığa zərərli olması qəbul edilir. Bu səbəbdəndir ki, bir çox ölkələrdə bu məhsulların istehkalı qanun və ya qaydalarla tənzimlənir. Bu tənzimləmə eyni zamanda enerji içkilərinin reklamı və satışını da əhatə edir".

V.Hüseynov qeyd edib ki, 2004-cü ildə Avropa İttifaqında qəbul edilən tələblərə əsasən, 1 litrində 150 mq və daha artıq kofein olan enerji içkilərinin üzərində əlavə xəbərdarlıq yazısı yerləşdirilməlidir.

2014-cü ildən bu qayda daha da sərtləşdirilir və müəyyən edilir ki, 100 ml-də 1 mq və daha artıq kofein olan enerji içkilərinin üzərində "Yüksək kofein tərkiblidir. Uşaqlar, hamilə və uşaq əmizdirən qadınlara tövsiyə olunmur" yazılmalıdır. Ancaq məhdudiyyətlər bununla da bitmir. Yüksək həcmdə kofein istehlakından qaynaqlanan problemlər enerji içkilərinin müəyyən şərtlər daxilində Danimarkada, Türkiyədə, Norveçdə, Uruqvayda, İslandiyada qadağan olunmasına səbəb olub. İsveçdə də enerji içkilərinin satışında məhdudiyyətlər tətbiq edilir və ümumiyyətlə, həmin məhsulların 15 yaşına çatmamış uşaqlara satışı tamamilə qadağan edilir. 2012-ci ildən Macarıstanda tərkibində yüksək kofein olan enerji içkilərinə "ictimai səhiyyə vergisi" ("public health tax") tətbiq olunur".

Ümumdünya Səhiyyə Təşkilatının nəşrlərində enerji içkilərinin reklamı, yayılması və satışına qarşı aşağıdakı tədbirlərin görülməsi tövsiyə olunur:

1. Enerji içkilərinin tərkibində olan kofeinin icazə verilən son həddi müəyyənləşdirilsin;

2. Enerji içkilərinin tərkibində olan kofeinin uşaqların və yeniyetmələrin inkşafında zərərli təsirlərinin olması nəzərə alınaraq uşaqlara satışı məhdudlaşdırılsın;

3. Ailələr enerji içkilərinin zərərləri haqqında məlumatlandırılsın;

4. Enerji içkilərinin yaratdığı fəsadlar və zərərləri barədə geniş maarifləndirmə tədbirləri həyata keçirilsin.

Deputat hesab edir ki, bu tövsiyələrin hər bir istiqaməti üzrə tədbirlər görülməlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1557   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Agentlik sədri özünə yeni müşavirlər təyin etdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinatlar olub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı agentliyin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Əsəd Şirinov və Etibar Məmmədov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri təyin ediliblər

8 may
.

Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək

9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar mayın 9-da Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək. "Qafqazinfo" xəbər verir ki, həmin gün qatarların hərəkəti "Həzi Aslanov-28 May" sahəsində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. "2

8 may
.

Baba Rzayevin qohumlarına məxsus şirkət cərimələndi

Azərbaycanın aparıcı şirkətlərindən biri olan "Zirə Gülçülük" QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi ilə inzibati protokol tərtib edilib. xəbər verir ki, "Zirə Gülçülük" QSC barəsində tərtib olunan protokola Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovu

8 may
.

Qələbə Gününün havası

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağış günün ikinci yarısında tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

8 may
.

Xırdalanda "fond pulu" tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. xəbər verir ki, bu barədə idarədən məlumat verilib. Qeyd olunub ki, bağç

7 may
.

"Ulu öndər Heydər Əliyev Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoyub" - DEPUTAT

"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qorunub saxlanmasında və ölkəmizin inkişafı yolunda misilsiz xidmətlər göstərib". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızı

8 may
.

DİM sədri: Kütləvi imtahanları da elektron formata keçirəcəyik

Dövlət İmtahan Mərkəzinin (DİM) yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər. report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər

8 may
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə leysan, şimşək, dolu...

Azərbaycanın rayonlarında mayın 10-11-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı

8 may
.

İlhamə Abdullayevanın Əli Həsənovun şirkəti ilə 70 minlik şübhəli sövdələşməsi – ARAŞDIRMA

Abşeron-Xızı Regional Təhsil İdarəsi "Azərmətbuatyayım" Açıq Səhmdar Cəmiyyəti ilə 70 00 manatlıq satınalma müqaviləsi bağlayacaq. xəbər verir ki, müqavilə "Azərbaycan müəllimi" qəzetinə abunə yazılışı ilə əlaqədardır. Tenderin şərtlərindən aydın olur ki, İdarə il ərzində 70 00 nüsx

8 may