Keçmişdə belə xəstələri edam edirdilər - İndi bir çoxunuz bu xəstəliyi daşıyırsınız!

Keçmişdə belə xəstələri edam edirdilər - İndi bir çoxunuz bu xəstəliyi daşıyırsınız!Hazırda insanların əhəmiyyətli hissəsi bu xəstəlikdən əziyyət çəkir. Amma kəskin və parlaq şəkildə ifadə olunan simptomları olmadığına görə çoxları xəstə olduğunu ya başa düşmür, ya da bu faktı qulaqardına vurur.

Sonxeber.az saglamolun.com-a istinadən xəbər verir ki, bu xəstəlik tarix boyunca müxtəlif adlar altında bəlli olub. Orta əsrlərdə xristian kilsəsinin rəhbərliyi altında hpkm sürən "Müqəddəs İnkvizisiya" dövründə bu xəstəliyin daşıyıcıları "şər qüvvələrə" ("İblis"ə) təslim olmuş hesab edilirdilər. Bu xəstəliyin kəskin formasına tutlanları "kafir" adı altında edam edirdilər.

Daha sonra "Renessans" dövründə Avropada bu xəstəliyi "melanxoliya" adlandırırdılar.

19-cu əsrdə ipoxondriya kimi tanınan bu xəstəlik ipoxondriya adlanırdı.

20-ci əsrdə xəstəlik həkimlər arasında "stressə kəskin reaksiya" kimi təyin olunmağa başladı.

Müasir dövrdə həkimlər bu xəstəliyi daha yaxşı fərqləndirə və diaqnoz qoya bilirlər: Depressiya.

Bir çoxları bu xəstəliyi adi məyusluqla səhv salırlar. Həmçinin "yaz depressiyası" və ya "payız depressiyası" kimi ifadələr də elmi cəhətdən soğru deyil. Depressiya ötəri xarakter daşımayan, uzun sürən xəstəlik növüdür. Bunu həmçinin stresslə də səhv salmayın. Müxtəlif situasiyalara insanın verdiyi neqativ reaksiya depressiya deyil, sadəcə, stressdir. Baxmayaraq ki, intensiv stress mühiti də enində-sonunda depressiyaya gətirib çıxarır.

Xəstəlik müxtəlif səbəblərdən yarana bilər. Bəzi hallarda bu xəstəliyin bünövrəsi uşaq vaxtlarında qoyulur. Uşaqları "polis əmi" və yaxud "xortdan"la qorxudan valideynlər bunu nə dərəcədə təhlükəli olduğunu anlamırlar. Axı uşaqlar o hədələri ciddi qəbul edirlər və qorxu hissi uşağın psixikasına təsir edir. Uşaqlarda stressin ilkin göstərici olaraq enurezi (gecələr sidiyi saxlaya bilməməsini) göstərmək olar. Sonradan bu təsirlər depressiyaya yol açır.
Sonrakı səbəblərin bəzilərini aşağıdakı kimi sıralamaq olar:

Xroniki yorğunluq.
Ağır faciə yaşamaq.
Sevgi münasibətlərində psixoloji zədə almaq.
Alkoqollu içkilərdən məsuliyyətsiz tərzdə istifadə etmək.
Mərkəzi sinir sisteminə təsir edən preparatlardan, xüsusən də sakitləşdirici dərmanlardan intensiz qaydada istifadə etmək.
Siqaret çəkmək.
Yaşlı adamlarda hətta qrip də depressiyaya səbəb ola bilər.
Bunlar, səbəblərin heç də hamısı deyil, ən çox yayılmış növləridir. Əgər yuxarıdakı səbəblərdən hər hansı biri həyatınızda varsa, mütləq yaxa qurtarmağa çalışın.

Xəstəliyin başlıca əlamətləri aşağıdakılardır:

Mütəmadi məyusluq
Daimi yorğunluq hissi
Təlaş hissi
Laqeydlik (arzuların və maraqların sönməsi)
Cinsi münasibətlərə marağın azalması
Əsəbilik və işıq şüalarına qarşı həssaslıq
Öz şəxsi gigiyenasına və gündəlik tələblərə qarşı laqeyd münasibət
Daimi olaraq istirahətə ehtiyac hiss etmək
Əsəbilik, səbəbsiz narahatlıq, ruhi gərginlik
Xəstəliyin müalicəsinə gəlincə, yüngül formaları sadəcə, həyat tərzini dəyişməklə ötüb keçə bilər. Amma ağır firmaları dərman preparatları və psixoterapiya vasitəsilə müalicə edilir. Pzbaşına qaydada antidepressantlardan istifadə etmək təhlükəlidir. İstənilən halda həkimə müraciət etmək ən doğru qərardır.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2478   Tarix: 22 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

9 sentyabr 2021
.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021
.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021