300 saylı məktəbin direktoru İradə Xəlilova "nataraz ailə" adlandırdığı şagirdi polisə verdi
Təhsil xalqın gələcəyidir. Bu bir həqiqətdir. Ancaq o da acı bir həqiqətdir ki, xalqın gələcəyini məhv etmək üçün hər cür oyunlardan çıxan oyunbazlarda az deyil. Əvvəlcə onu qeyd etməliyik ki, Mikayıl Cabbarovun Təhsil Nazirindən Vergilər Nazirliyinə transfer olması və hələ də indiyə qədər həmin posta təyinat aparılmaması "başsız" qalan təhsilimizin başına "corab hörən" məktəb direktorlarının əl-qolunu da genişləndirib. Hər cürə qanunsuz əməllərlə məşğul olan məktəb direktorlarından biri də Binəqədi rayon, Biləcəri qəsəbəsində yerləşən Vüqar Əvəzov adına 300 saylı tam orta məktəbin direktoru İradə Xəlilovadır.
Sonxeber.az bildirir ki, realmedia.az-ın redaksiyasına Sevda Qurbanova tərəfindən şikayət məktubu daxil olub. O, şikayət məktubunda məktəbin direktoru İradə Xəlilovanın misli görünməyən, ağıla sığmaz əməllərindən gileylənir. O, yazır ki, övladı Qurbanov Rəvan Seymur oğlu 9 "C" sinifinin şagirdidir. Lakin məktəb direktoru İradə Xəlilova heç bir səbəb olmadan onu Binəqədi rayon 6 –ci polis bölməsinə verib. İradə Xəlilova öz şikayətini belə əsaslandırıb ki, şagirdin davamiyyəti aşağıdır, o tez-tez dərsdən yayınır. Burda da qəribə bir mənzərənin şahidi oluruq. İlk dəfədir ki, görürük şagird dərsdən yayındığı və ümumiyyətlə məktəbə getmədiyinə görə polis şöbəsinə şikayət edirlər. Adətən görmüşük ki, daxili nizam intizamı pozduğuna görə, məktəbdaxili cəzalandırılır. Məsələn, dərsdə iştirak etmədiyi üçün,ona qayıb qoyulur və sinfdə saxlanılır. Daha bu hallara görə şagirdin polisə verilərək məhşəl əyağına çəkilməsini görməmişik. Amma İradə Xəlilova öz təcrübəsində bunu da bizə göstərdi.
Digər tərəfdən görmüşük ki, şagird dərsdə özünü yaxşı aparmasa, belə deyək "nadinclik" edərsə valideyin iclası keçirlərək bu haqda onun valideyninə irad bildirilməlidir. Marqlıdır ki, Rəvan Qurbanov dərsə gəlmədiyi halda sinif rəhbəri və direktor tərəfindən bu haqda onun valideyninə xəbər verilibmi? Və yaxud şagir məktəbə gəlmədiyi halda bircə dəfə də olsun direktor və müəllim maraqlanıbmi ki, şagirdi niyə və nə səbəbə məktəbə gəlmir?..
Məktəb direktoru hələ bu azmış kimi, şagirdin üzünə qarşı "siz nataraz ailəsiniz" deməklə ailəsindəki ziddiyyətləri qabarıq şəkildə başına qaxınc edərək onu sinif yoldaşlarının yanında alçaltması heç bir halda müəllimə(yə),ələlxüsusda məktəb direktoruna yaraşmır. Məktəbdə bir ailədir. Heç də əbəs yerə deyilməyib ki, uşağın ikinci valideyini onun müəllimidir. Əyri və düz yolu şagirdə məhz elə müəllimi öyrədir. Görünür, İradə Xəlilova 9-cü sinif şagirdinə "nataraz ailə" deməklə bu sözün onun psixologiyasına necə mənfi təsir etdə biləcəyini düşünməyib. İradə Xəlilova sevinməlidir ki, nə yaxşı ki, şagird intihar etməyib.
P.S, Məsələ ilə bağlı adıçəkilən məktəblə telefon əlaqəsi saxladıq. Zəngimizə cavab verən şəxs adını açıqlamasa da, bizə bildirdi ki, Rəvan Qurbanov adında şagird bu məktəbdə təhsil almır. Ancaq telefonun trupqasını qulağında bir qədər kənara tutaraq yanındaki kiməsə xırda pıçıltıyla "Rəvanın anası jurnalistlərə şikayət edib" deməsinə də duyduq. Əmin olduq ki, bu məktəbdən bizi də aldadırlar.
Mövzuya qayıdacağıq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO
Vəzifəli şəxs qəzada HƏLAK OLDU
Bu toyuqları almayın - AÇIQLAMA
Ac qalmadan 23 kilo verdi: "Sadəcə hər yeməyin yanında bunu yeyirdim" - FOTO
Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR