Kim yatan zaman "İxlas" surəsini 3 dəfə oxusa...
Məhrum Ayətullah Əli Səadət Pərvər öz axırıncı dərsində şagirdlərinə belə buyurmuşdur: "Ölməyimi mənə göstəriblər. Çox aydın idi. İndinin özündə həmin zamanı xatırlayıram. Gördüm ki, peyğəmbərlər (ə) və İlahi övliyalar cənazə mərasimimdə iştirak edirlər. Bu, ona görədir ki, bəndə 40 il səhər çağında 100 dəfə "Tövhid" surəsini oxuyur və onu 124 min peyğəmbərin (ə) ruhuna hədiyyə edirdim".
"Tövhid" surəsini oxumağın fəzilətləri barəsində çox sayda hədislərimiz vardır. O cümlədən:
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim yatan zaman "Tövhid" ("İxlas") surəsini 3 dəfə oxuyarsa, Allah 50 min mələyi onun üçün vəzifələndirər ki, həmin gecə onu qorusunlar".
Əmirəl-möminin (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "O kəs ki, yatan zaman yüz dəfə "Tövhid" surəsini oxuyar, Allah 50 illik günahlarını bağışlayar". (Həvzəh)
Əmirəl-möminin (ə) buyurur: "O kəs ki, sübh namazından sonra "Tövhid" surəsini 11 dəfə oxuyarsa, həmin gün günah etməz. Baxmayaraq ki, xar olmuş şeytan nə qədər çalışar, insanı günaha tərəf çəkə bilməz və bu yolla xar olar".
İmam Sadiq (ə) atalarından nəql edir: "Peyğəmbər (s) Səd ibni Məazın cənazəsində namaz qılır və buyurur: "Həqiqətən, 90 min mələk onun üçün namaz qıldı ki, Cəbrayil (ə) də onların arasında idi. Cəbrayildən (ə) soruşdum ki, o, nəyə görə sizin namazınıza layiq olmuşdur? Cəbrayil (ə) dedi: "Çünki o, dayanan, əyləşən, minikdə olan və piyada olan zaman, gedən və gələn halda "Tövhid" surəsini oxuyardı""".
İmam Sadiq (ə) buyurur: "Hər kim xəstəliyə və ya giriftarlığa düçar olarsa və "Tövhid" surəsini oxumazsa və həmin xəstəlikdən ölərsə, atəş əhlindəndir". (deyerler.org)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu tarixdən ibtidai siniflər üçün yaz tətili başlayacaq
Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi
Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
Kişi çatışmazlığı yaşanan ölkə qadınlarından türklərə ÇAĞIRIŞ
Hollan çox nadir "Mercedes" aldı - dünyada cəmi 150-si var
"Münasibətdə sevgi olsa belə, əsas ehtiyaclar ödənmirsə, insan özünü tənha hiss etməyə başlayır" - AÇIQLAMA
Göbələk axtarmaq üçün getdiyi meşədə qarşılaşdığı heyvana baxın - VİDEO
30 min abonentin qazı KƏSİLƏCƏK
AzTV-nin aparıcısına vəzifə verildi
May ayında 14 gün İŞ OLMAYACAQ
Cabir İmanovun məzar daşı niyə hələ də qoyulmayıb? - VİDEO
3 möcüzə üçün bunu yeyin
Ardıcıl 3 gün YAĞIŞ YAĞACAQ - Bu tarixdən...
Abşeronda bir məktəbdə TƏDRİS DAYANDIRILDI