Bayramqabağı bahalaşma anonsu

Bir neçə gün öncə Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2018-ci ilin yanvar ayında ərzaq məhsullarının qiymətləri 6,9 faiz bahalaşıb. Məlumatda bildirilib ki, cari ilin yanvar ayında 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətlərində 0,5 faiz bahalaşma müşahidə olunub. Marketlərdə isə daha çox əhalinin zəruri təlabtı növü olan kərə yağı, yumurtanın, soğanın, kartofun, günəbaxan qarğıdalı yağlarının qiymətlərində bahalaşma müşahidə edilir. Artıq bir aya yaxındır dolların məzənnəsinin sabit qalması ərzaq məhsullarının dəyərində eynilik yox, əksinə qiymətlərdə artım yarandığını deməyə əsas verir.

Bayramqabağı bahalaşma anonsuBəs market və bazarlarda hökm sürən bahalaşma nə vaxta qədər davam edəcək? Yaxın vaxtlarda əhalinin əsas tələbat növü olan bəzi ərzaqların qiymətində ucuzlaşmanın olacağını şahidi olacağıqmı?

Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənovun fikirlərini öyrənməyə çalışdıq.

Ekspert Sonxeber.az-a açıqlamasında bildirib ki, manatın dollarla müayisədə məzənnəsinin sabit qalması Azərbaycana digər istiqamətlərdən idxal olunan məhsulların maya dəyərində artıma gətirib çıxarır. Həmçinin bəzi məhsulların xüsusən kərə yağı dünya bazarında müəyyən qədər bahalaşıb. Belə olan halda bu istehlakçı qiymətlərində öz əksini tapır:
Bayramqabağı bahalaşma anonsu"Bütövlükdə 2017-ci ildə bazarların devalvasiyanın nəticələrini daha çox qiyməıtləndirdiklərinin şahidi olduq. Eyni zamanda Azərbaycanda istehsal olunan bəzi məhsulların maya dəyəri artıb. 2017-ci ildə məhsulların istehsal qiymətlərinin indeksi təxminən 35 % faizdən çox olub. Bu da məhsulun birbaşa olaraq bazarlarda son istehlak qiymətlərinin baha olmasına gətirib çıxarır. İl ərzində inflyasiya 13% faizdən çox olub. Bu artım 17% olmaqla daha çox ərzaq məhsullarının qiymətində müşahidə olunub. Ərzaqlar zəruri tələbat məhsul növünə daxil olduğu üçün normal dövrlərdə də qida məmulatlarının istehsalçıları və onu təchizatını təşkil edən subyektlər qiymət artımını daha rahat həyata keçirirlər. Çünki, insanlar əlində olan vəsaitləri bu istiqamətdə xərcləməyə üstünlük verirlər. Qiymət artımlarının olmasına baxmayaraq alıcılıq tempini qorumaq mümkün olur. Düşünürəm ki, bu ildə bu temp təxminən 10% ətrafında olmaqla davam edəcək".

Ekspert mövsümi xarakterli qiymət dəyişikliyinə də münasibət bildirib:

"Mart ayının əvvəlindən ard-arda bayramların olması məhsullara olan tələbi artırır. Nəticə etibarı ilə də yaranmış şəraitdən istifadə üçün müəyyən təşəbbüsləri təşviq edir. Sahibkarlar qiymətləri artırmaqla mövcud şəraitdə daha çox gəlir əldə etməyə cəhd göstərirlər. Bəzi hallarda məhsullara təlabatn artması nəticəsində qıtlıq yaranır. Bununla da zəruri olan ərzaq məhsullarının qiymətində bahalaşma qeydə alınır. Bu baxımdan mart ayında bayram üçün tələb olunan əsas məhsulların qiymətində bahalaşma olacaq, lakin bayramdan sonra bazarlarda durğunluq müşahidə ediləcək. Bununla da müəyyən növ məhsulların qiymətində enmə baş verəcək. Bayram dövrlərində ənənəvi tələbat olan məhsulların xüsusən kənd təsərrüfatında son dövrü olan ərzaqların qiymətində artım olacaq. Tədarük, istehsal prosesi davam edən, mövsümlə əlaqəli olmayan məhsulların qiymətində qısa müddətli bahalaşma nümayiş etdirəcək. Bayramdan sonra isə onların qiymətində ucuzlaşma olacaq. Kənd təsərrüfatı məhsulları, xüsusilə bitkiçilik, əkinçilik məhsulları yeni mövsüm başladıqdan sonra mərhələli şəkildə ucuzlaşacaq".

Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə Sonxeber.az-a açıqlamasında deyib ki, hazırda fabrik yumurtasının satış qiyməti 13 qəpikdir. Bir neçə aydır qiymət bu rəqəm ətrafında tənzimlənir. Lakin, marketlərdə yumurtanın 15 qəpiyə təklif edilməsi onların daxili məsləsidir. Toyuqları qidalandırmaq üçün Azərbaycana xaricdən idxal edilən yem dollar qiymətinə gətirilir. Marketlərin yumurtanı faizlə satması normaldır. Bu baxımdan qiymətdə ucuzlaşma gözlənilmir. Yumurtanın qiymətinin qalxması halını müşahidə etməmişik. Əgər kimsə yumurtaya real qiymətdən yuxarı qiymət qoyubsa, buna müdaxilə edə bilmərik. Kənd yumurtasının qiyməti isə 16-17 qəpiyə satılır.

Bayramqabağı bahalaşma anonsuAydın Vəliyevin dediklərindən fərqli olaraq isə hazırda marketlərdə fabrik yumurtası 15, kənd yumurtası isə 25 qəpiyə satılır.

Aysel Kərimova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4941   Tarix: 12 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel