Maral Tahirqızı prezident seçkilərindən danışdı

Maral Tahirqızı prezident seçkilərindən danışdıTanınmış müğənni Maral Tahirqızı aprel ayının 11-ə təyin olunan növbədənkənar prezident seçkilərindən danışıb.

Bu barədə BiG.Az-a danışan Maral Tahirqızı prezident İlham Əliyevin namizədliyini dəstəkləcəyini bildirib:

"Mən prezidentimizi dəstəkləyirəm, gözəl bir insandı. Amma istəyərəm ki, çoxlu iş yerləri açılsın, hər kəs işlə təmin edilsin, işsiz adam qalmasın. Düşünürəm ki, iş yerləri olsa böyük məmnuniyyətlə mən də, hamı da prezidenti dəstəkləyər.

Mən həmişə seçkilərə getmişəm, səs vermişəm. Bu dəfə də gedəcəm. Doğrusu digər namizədləri tanımıram, bu günlərdə millət vəkili Zahid Orucun namizədliyini verdiyini öyrəndim. Amma mən ona səs verməyəcəm. Mən prezidentimiz İlham Əliyevə səs verəcəyəm".

Maraqlı   Baxılıb: 2175   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR