Azərbaycanlı aktyor: "İstərdim ki, 10 qız mənim arxamca düşsün, dərdimdən ölsün" - FOTO
Aktyor və ssenarist Ənvər Abbasovun milli.Az-a müsahibəsi.
- Ənvər Abbasov kimdir?
- Ənvər Abbasov 1985-ci ildə Ağdamda anadan olub. Bir oğlum, bir qızım var.
- Hansı təhsil ocağını bitirmisiniz?
- Mən kollec bitirmişəm, universitet təhsili almamışam. Ümumiyyətlə, bu sahəyə aid olan heç bir təhsil ocağını bitirməmişəm.
- Özünüzü hansı peşəyə aid edirsiniz?
- Mən ssenaristəm.
- Bircə rejissorluq qalıb. Nə vaxt rejissorluq edəcəksiniz?
- Mən rejissorluq etmək istəsəm, rejissorlar çörəksiz qala bilər.
- "Qardaşlar" serialında sizin səsinizin də olduğunu gördük. Sizdən məncə, yaxşı xanəndə də ola bilər.
- Əslində mən Zabit Nəbizadənin tələbəsiyəm. 5 il musiqi təhsili almışam. Bir dəfə futboldan gələndə buzlu su içdim, səsim batdı. Daha sonra oxumaq istəmədim. Çünki oxuyan çoxdur, ssenarist azdır.
- Bu gün ölkəmizdə kifayət qədər yaxşı ssenarist var?
- Bəli, az da olsa var.
- Çəkdiyiniz seriallarda hansı obrazda gözünüz qalıb?
- Bəli, belə bir rol var. Hamı deyir ki, niyə oynamırsan? İstərdim ki, 10 qız mənim arxamca düşsün, dərdimdən ölsün. Bilirəm ki, bu obraz elə arzu olaraq da qalacaq. "Qız atası" serialında Azər Axşamın katibəsi ilə bir rolu var. O da arzu kimi qalıb.
- Film ssenarilərinə peşəkar gözü ilə baxanda çox səhv tutursunuz?
- Bəli, ssenarisi səhv olan filmlər də var. Amma yüksək səviyyədə ssenarisi gözəl olanları da.
- Məsələn?
- "Naxox" filminin ssenarisi çox gözəl, gülməli idi. Bu film nə Elməddinə görə, nə də ki, Fərdaya görə baxıldı. Ssenarisinə görə baxıldı, onu da özümüz yazmışdıq deyə (gülür).
- Bu sənət aləmində münasibətinizin pis olduğu bir insan varmı?
- Bəli, var. Amma mən nə onun adını çəkmək istəyirəm, nə də ki, onun haqqında danışmaq. Xahiş edirəm, məni qalmaqala sürükləməyin (gülür).
- Antipatiya, simpatiya bəslədiyin kimlərdir?
- Elməddinə qarşı böyük antipatiyam var, bu insandan heç xoşum gəlmir. Tələskəndir, çox tez qərar verir. Simpatiyam isə Namiq Qaraçuxurluyadır.
- Kameralar sönəndən sonra necə biri olursunuz?
- Kameralar sönəndə ciddi bir insan oluram. Bəlkə də çoxu elə bilir ki, serialda göründüyü kimiyəm. Amma həqiqətən həyatda çox ciddi biriyəm. Bəzən mənimlə zarafat edirlər, ciddi sifət alıram. Bu zaman elə bilirlər ki, özümü yuxarıdan aparıram.
- Ənvər əslində...
- Əslində ssenari yazmaq istəmirəm, çox yorucu bir işdir bu. Çox vaxtımı alır. Rahat bir iş axtarıram.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Ən abırsız və həyasız insanlar Azərbaycanda yaşayır"
Müğənni Nadir Qafarzadə sosial şəbəkə istifadəçiləri ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib. xəbər verir ki, ifaçı instaqram hesabında paylaşdığı videoda bəzi insanların sosial mediada etik normaları aşdığını bildirib. Hazırda Moskvada olduğunu deyən sənətçi burada insanların davranışlarını
21 mayRəvanın üçüncü dəfə ailə qurduğu xanım kimdi?
Xəbər verdiyimiz kimi, bu gün müğənni Rəvan Qarayevin toyudur. Axşam.az-ın məlumatına görə, sənətçi Səbinə adlı xanımla ailə qurur. Səbinə Nurəliyeva həkim kimi çalışır. O bir dəfə ailəli olub. Bir neçə gün əvvəl cütlük kiçik məclis edib. Onların nikahı olub. Qeyd edək ki, Rəvan iki dəfə evlənib və hə
29 mayŞakiradan maraqlı ETİRAF
Şakira keçmiş futbolçu Jerar Pike ilə səs-küylü ayrılığından dörd il sonra ilk dəfə şəxsi həyatı barədə səmimi şəkildə danışıb. xəbər verir ki, müğənninin sözlərinə görə, hazırda həyatında yeni münasibətlər üçün nə vaxtı, nə də emosional sahəsi qalıb. Bu yaxınlarda 49 yaşı tamam olan kolumbiyalı superuldu
27 may"Uzak Şehir"in ulduzları arasında gizli münasibət ortaya çıxdı
Kanal D-nin reytinq rekordları qıran "Uzak Şehir" serialı bu dəfə aktyorlarının şəxsi həyatı ilə gündəmə gəlib. -a istinadən xəbər verir ki, serialda Şahin Albora obrazını canlandıran Alper Çankaya ilə Pakize rolunun ifaçısı Yaren Güldiken arasında münasibət yaşandığı ortaya çıxıb. Türkiy
30 mayKeçmiş sevgililər eyni serialda oynayacaq
ATV-də yayımlanacaq "Mercan Köşk" serialının baş rolları bəlli olub. Məşhur aktyor Kubilay Aka ilə aktrisa Hafsanur Sancaktutan yeni layihədə tərəf müqabili olacaqlar. xarici mediaya istinadla xəbər verir ki, FARO və Sinehane imzası daşıyan serialın kişi baş rolunun Kubilay Aka olacağı dah
22 mayAnasının ağır vəziyyətdə FOTOsunu paylaşdı
Rəqqasə Fatimə Fətəliyeva anası Səkinə xanımla bağlı paylaşım edib. xəbər verir ki, rəqqasə demensiyadan əziyyət çəkən anasının xəstəxanadan görüntüsünü sosial media hesabında yayımlayıb. "Allah səni tezliklə ayağa qaldırsın, ana. Sən güclüsən" deyə, Fatimə paylaşımında yazıb. Qeyd edək ki
27 maySibel Canın səhnədəki enerjisini görənlər heyran qalıb - VİDEO
Türk musiqisinin tanınmış simalarından olan Sibel Can son konsertindəki enerjisi və səhnə performansı ilə yenidən diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, 55 yaşlı sənətçi konsert boyunca nümayiş etdirdiyi rəqslər və şən davranışları ilə izləyicilərin rəğbətini qazanıb. Sevilə
26 may77 yaşlı Xalq artisti oğluna toy edir
Xalq artisti İlham Namiq Kamalın oğlunun toyu olacaq. Axşam.az-ın məlumatına görə, bu barədə Əməkdar artist Əkbər Əlizadə "Qonaqcanlı" verilişində deyib. Aktyor bildirib ki, 77 yaşlı sənətçinin övladının toyu iyunun 1-də olacaq. Qeyd edək ki, İlham Namiq Kamalın iki qız və iki oğul övladı va
24 mayKeçmiş sevgilisi Ferhat Göçerdən 30 pişiyinə görə ayrılıb
Türkiyəli model və aparıcı Ömür Gedik keçmiş sevgilisi Ferhat Göçer ilə ayrılıq səbəbindən danışıb. Bu barədə xarici mediaya istinadla xəbər verir. Ömür Gedik açıqlamasında bildirib ki, münasibətlərinin bitməsinə səbəb pişiklərlə bağlı yaranan fikir ayrılığı olub. Onun sözlərinə görə, evdə yaşlı və çöl
21 may