Üzdəki ləkələri aparır, gözaltı qaraları yox edir – MASKALAR

Üzdəki ləkələri aparır, gözaltı qaraları yox edir – MASKALARQatıq təbiətin ən yaxşı təbii dərmanlarından biridir. Həmçinin qatıq istifadə edərək bir çox gözəllik probleminizi aradan qaldıra bilərsiniz.

Sonxeber.az Ailem.az-a istinadən qatıqla hazırlanan faydalı maskalar təqdim edir.

Qaşıntını azaltmaq üçün

Lazım olanlar:

2 xörək qaşığı qatıq
1 çay qaşığı təbii gil
Yarım çay qaşığı aloe vera geli
1 çay qaşığı qızılgül suyu

Hazırlanması:

Bütün vəsaitləri bir kasada qarışdırın. Qarışımı qaşıntı olan yerə vurub, 20 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyun. Qaşıntının dərhal azaldığını görəcəksiniz.

Ləkə və yara izlərindən qurtulmaq üçün

Limon təbii bir ağartma maddəsi olaraq təsir göstərdiyi üçün həssas dəriyə sahib olanlar bu müalicəni istifadə etməzdən qabaq allergiya testi etdirməlidir.

Lazım olanlar:

2 xörək qaşığı qatıq
Yarım limonun suyu

Hazırlanması:

Bir qabda qatığı və limonu qarışdırın. Qarışımı ləkəli yerlərə vurun. 15-20 dəqiqə saxlayın. Daha sonra üzünüzü öncə ilıq su ilə yuyun və məsamələri bağlamaq üçün soyuq su ilə yuyun. Dərinizi yumşaq bir dəsmalla yavaşca qurudun.

Kəpək müalicəsində

Bal, qatıq və limon suyu qarışımı kəpəkdən qısa zaman içərisində qurtulmağınızı təmin edə bilər.

Bir qaba 4 xörək qaşığı qatıq qoyun. Buna 4 xörək qaşığı bal əlavə edin. 1 xörək qaşığı limon suyu da töküb, yaxşıca qarışdırın. Bu qarışımı saç dərinizə bir fırça ilə vurun. 30 dəqiqə saxladıqdan sonra saçlarınızı soyuq su ilə yaxşıca durulayın.

Gözaltı göyərmələri üçün

Bir kasaya bir az qatıq qoyun. Pambığı top halına gətirərək qarışıma batırın. Göz altlarınıza qatığı sürtün və saxlayın. 10 dəqiqə sonra üzünüzü yuyun. Tünd ləkələrdən qurtulmaq üçün bunu 1 həftə boyu hər səhər təkrarlayın. 1 həftə sonra gözünüzdəki tünd halqalardan qurtulduğunuzun fərqinə varacaqsınız.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2609   Tarix: 26 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şokoladı şəkər xəstələri də yeyə bilər

Hər yaşda insanın istifadə etdiyi şokolad mütəxəssislər tərəfindən çox da tövsiyə edilmir, lakin təmiz kakaodan hazırlanan tünd şokoladın sağlamlığa faydaları diqqət çəkir. Tərkibində şəkər və ya əlavələr olmayan tünd şokoladın antioksidant xüsusiyyəti kimi bir çox faydası var. "Qafqazinfo"

13 dekabr
.

Ürəyi qoruyur deyə ovuc-ovuc yediyimiz çərəz ağciyəri məhv edirmiş

Ürək sağlamlığı üçün faydalı hesab edilən, gündəlik rasionda tez-tez yer alan quru meyvələrin bəzi hallarda sağlamlıq üçün risk yaratdığı məlum olub. Xüsusilə çox miqdarda istehlak olunduqda qozun ağciyərlərə ciddi şəkildə zərər verdiyi ortaya çıxıb. xəbər verir ki, qozun tərkibindəki omega-3 yağ turşular

30 noyabr
.

Xərçəngin dərmanı GÖRÜN HANSI HEYVANDA İMİŞ

Yaponiya alimləri qurbağaların bağırsağında xərçəng hüceyrələrini məhv edə bilən bakteriyalar aşkar ediblər. xəbər verir ki, tədqiqat "Japan Advanced Institute of Science and Technology" (JAIST) alimləri tərəfindən aparılıb və nəticələr "Gut Microbes" jurnalında dərc olunub. Araşdırm

20 dekabr
.

Uşaqlar arasında yayılan xəstəliyin qripdən fərqi və əlamətləri - Həkim izah edir

"Baku Med" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki buraxılışında son zamanlar azyaşlılar arasında yayılmağa başlayan və mənşəyi hələlik məlum olmayan yeni xəstəlik müzakirə edilib. Proqramın qonağı, infeksionist Fidan Bayramzadə xəstəliyin əsas əlamətləri, qripdən fərqi

6 dekabr
.

Miqren ağrılarını yüngülləşdirə biləcək üsullar AÇIQLANDI

Miqren dünya üzrə milyonlarla insanın həyat keyfiyyətinə təsir edən, kəskin və dözülməz baş ağrıları ilə müşayiət olunan nevroloji problem sayılır. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bəzi sadə üsullar miqren tutmalarını zəiflətməyə və ağrı müddətini qısaltmağa kömək edə bilər. Həkimləri

7 dekabr
.

Gərginsinizsə bu vitamininiz çatışmır

Vitamin D, B12, B6, maqnezium, sink və omeqa-3 yağ turşuları çatışmazlığını erkən mərhələdə müəyyən etmək çətindir. xəbər verir ki, bunu rusiyalı endokrinoloq, tibb elmləri namizədi Nataliya Tananakina deyib. "Bu qida maddələrinin azlığı adətən gözə çarpan simptomlarla özünü göstərmir". Eksperti

7 dekabr
.

Həkim qəbizliyə səbəb olan gündəlik vərdişləri açıqlayıb

Rusiyalı qastroenteroloq Anna Menşikova qəbizliyə səbəb olan gündəlik vərdişlərdən danışıb. -ya istinadən xəbər verir ki, həkim qəbizliyin əsas səbəblərindən biri kimi balanssız qidalanmanğı göstərib. O bildirib: "Normal bağırsaq funksiyası üçün əsas komponent olan lif çatışmazlığı bağırsaq problemlər

30 noyabr
.

İmmunitetə ​​davamlı virus narahatlıq yaratdı - Mütəxəssislərdən yeni pandemiya xəbərdarlığı

İnsan orqanizminin infeksiyalara qarşı ən təsirli müdafiə mexanizmlərindən biri hesab olunan qızdırma, adətən xəstəliklərlə mübarizədə həlledici rol oynayır. Qızdırma bədən temperaturunu yüksəldərək virusların çoxalmasını yavaşladır və immun sisteminə infeksiyanı aradan qaldırmaq üçün əlavə vaxt qazandırır

11 dekabr
.

Səhər yeməyini ötürsək nə baş verər?

Bir çox insan səhər yeməyinin boş buraxılmasının gün ərzində daha bol bir naharla asanlıqla kompensasiya oluna biləcəyini düşünür. Lakin insan orqanizmi öz qədim və sərt qanunları ilə işləyir və səhər yeməyinin buraxılması bədən üçün ciddi xəbərdarlıq siqnalıdır. -a istinadən xəbər verir ki, uzun müddə

18 dekabr