Cavanlaşdırıcı nanə maskaları

Cavanlaşdırıcı nanə maskalarıNanənin nəinki sağlamlığa, həm də saça və dəriyə müsbət təsiri hələ qədimdən məlumdur. Bəzi təbii vasitələrlə kompleks şəkildə istifadəsi nəticəsində dəri təzələnir, xırda qırışlar azalır. Nanə yorğunluğu və iltihabı aradan qaldırır. Bu otdan buz parçaları, detoks şirələri, təbii losyon, maska və. s hazırlamaq olar.

Qocalmaya qarşı nanədən hazırlanan maska reseptlərini təqdim edirik:

Gözdə yorğunluğun aradan qaldırılması üçün maskaya lazım olacaq:

5 nanə yarpağı;

3 çay qaşığı melissa yarpağı

İnqrediyentlərin üstünə qaynar su töküb yarım saat dəmlənməsini gözləyin. Sonra pambıq diskləri həmin suya batırıb gözlərinizin üstünə qoyun. 12 dəqiqə sonra nəticə sizi heyran edəcək.

2. Bütün növ saçlar üçün maska hazırlayarkən lazım olacaq:

Yarım dəstə nanə;

2 çay qaşığı melissa yarpağı;

2 çay qaşığı palıd qabığı;

2 stəkan aşağı faizli yağlı kefir;

Yarım stəkan qaynar su

Nanəni, melissanı və palıd qabığını qaynar suya tökün. Bütün gecə belə qalmalıdır. Həmin suya əvvəlcə sıyıq, daha sonra isə kefir əlavə edin. Maskanı saçların diblərinə yaxşıca sürtün. 25 dəqiqə gözləyib, şampunla yuyun.

3. Üzü təravətləndirən buz maskası üçün sənə lazım olacaq:

Nanə yarpağı;

1 çay qaşığı dəvədəbanı;

1 çay qaşığı cökə;

2 stəkan qaynar su;

Sadalananları qarışdırıb qaynar suya tökün. Üstünə qapaq qoyub dəmlənməsini gözləyin. Daha sonra suyu buz qəliblərinə töküb dondurun. Üzünüzü hər səhər həmin suyla yuyun.

4. Ağardıcı maska üşün sənə lazım olacaq:

Doğranmış xiyar;

Yarım stəkan nanə yarpağı;

Xiyarları blenderdən keçirin. Ləti qazana töküb su əlavə edin. Odun üstünə qoyub qaynadın. Qaynayanda doğranmış nanəni də içinə tökün. Hazır olduqdan sonra 20 dəqiqə soyumağını gözləyin. Sonda isə üzünüzü bu suyla yuyun.

5. Dərini yaxşılaşdıran maska üçün sənə lazım olacaq:

2 xörək qaşığı kosmetik ağ gil;

1 xörək qaşığı xırda doğranmış nanə yarpağı;

Dorğanmış nanə yarpaqlarını gillə qarışdırın. Su töküb məcun halına salın.

6. Nanə sapından təbii skrab sənə lazım olacaq:

Yarım stəkan yulaf lopaları;

15 qram qurudulmuş nanə yarpağı;

Bütün komponentləri blenderdən keçirin. Üzə çəkməzdən əvvəl isti suyla qarışdırmaq lazımdır.

7. Möhtəşəm cavanlaşdıran maska hazırlamaq niyyətindəsinizsə, bunlar lazım olacaq:

2-3 xörək qaşığı boranı ləti;

4 çay qaşığı bal;

5-6 yarpaq təzə nanə;

0,5 xörək qaşığı nişasta.

Nanəni ovuşdurub digər inqrediyentləri əlavə edin. Onları yaxşıca qarışdırıb üzünüzə çəkin. 10-12 dəqiqədən sonra maskanı yuyun.

8. Bəsləyici maska üçün lazım olacaq:

2 xörək qaşığı nanə yarpağı;

1 ədəd banan;

1 yumurta ağı;

1 çay qaşığı əzvay şirəsi;

Yumurta ağını çalıb nanə və digər inqrediyentlərlə qarışdırın. Maskanı 20 dəqiqə saxladıqdan sonra yuyun.

9. Yumşaq və zərif əllər üçün vanna lazım olacaq:

50 qram təzə nanə yarpağı;

2 çay qaşığı dəvədabanı yarpağı;

2 çay qaşığı adaçayı yarpağı;

1 stəkan kefir;

1 stəkan qaynar su;

Otları qaynar suya tökün. Yarım saat gözlədikdən sonra süzün. Suya qatıq əlavə edib qarışdırın. Maska soyuyandan sonra əllərinizi onun içində 10 dəqiqə saxlayın. Sonra əlləri ilıq su ilə yuyun, dəsmalla qurudun və qidalandırıcı krem çəkin.//publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2736   Tarix: 03 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...

Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl

11 sentyabr 2021
.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021