Gürcüstan, Ukraynadan sonra MDB-dən çıxacaq növbəti ölkə: Azərbaycan ola bilərmi?

Gürcüstan, Ukraynadan sonra MDB-dən çıxacaq növbəti ölkə: Azərbaycan ola bilərmi?Rusiya və Ukrayna arasında yaranmış Krım münaqişəsindən, eyni zamanda Moskvanın bu ölkədəki separatizmi dəstəkləməsindən sonra Kiyev MDB-də fəaliyyətini faktiki olaraq dayandırıb.

Bunu Sonxeber.az-a politoloq Elçin Mirzəbəyli Ukraynanın nümayəndələrini MDB-də bütün nizamnamə orqanlarından geri çağırması barədə qərarını və Azərbaycanın bu təşkilatda fəaliyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu baxımdan indiki şəraitdə Ukraynanın atdığı addımlar sadəcə prosedual qaydalardan irəli gəlir: "Ukrayna ncədən xəbərdarlıq edib və hazırda proses həyata keçirilir, yeni bir hadisə baş verməyib".

Azərbaycanın Gürcüstan, Ukrayna kimi MDB-dən çıxa biləcəyi ehtimalına toxunan politoloq bildirib ki, MDB-də təmsil olunmaq Azərbaycan qarşısında hansısa müstəsna öhdəliklər qoymur və ölkənin suveren hüquqlarını məhdudlaşdırmır: "Bu baxımdan Azərbaycanın MDB-ni tərk etməsi üçün əhəmiyyətli amil görmürəm. İstənilən qurumu tərk etmək asan məsələdir. Lakin ilk növbədə nəzərə almaq lazımdır ki, təşkilatdan çıxmaq Azərbaycana nə verəcək".

E. Mirzəbəyli diqqətə çatdırıb ki, MDB çərçivəsində bir sıra istiqamətlərdə faydalı əməkdaşlıqlar mövcuddur: "Təşkilat ən azından koordinasiya məsələlərində, humanitar sahədə əməkdaşlığa müəyyən töhfələr verir. MDB-nin gələcəkdə Avropa İttifaqı modeli kimi quruma çevriləcəyini gözləyənlərin ümidləri çin olmadı və bunun baş verməsi də mümkün deyil. Ukraynanın verdiyi qərar etiraz xaralkterli bir addımdır və ölkənin milli maraqlarından irəli gəlir".

Onun sözlərinə görə, hazırda Rusiyanın MDB-yə alternativ layihələri var: " Bunlara Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Gömrük İttifaqını misal göstərmək olar. Azərbaycan bu təşkilatların heç birində təmsil olunmayıb, çünki prioritetlər fərqlidir. Ancaq MDB-də təmsil olunmaq ölkəmiz üçün hansısa problem yaratmır və siyasi təsir altında birləşmə anlamına gəlmir".

Gürcüstan, Ukraynadan sonra MDB-dən çıxmağa növbəti namizəd ölkəyə gəlincə, politoloq bunu proqnozlaşdırmağın çətin olduğunu vurğulayıb: "Əgər Rusiyanı MDB məkanında ən böyük dövlət qəbul etsək, bütün MDB məkanında inteqrasiya modellərinin Moskva tərəfindən həyata keçirildiyini nəzərə alsaq, indiki şəaitdə MDB Rusiya üçün o qədər də prinsipial əhəmiyyət kəsb etmir. Rusiya digər inteqrasiya modellərinə üstünlük verir. Daha əvvəl də qeyd etdiyim kimi bunlar Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Bu və ya digər dövlətin MDB-dən çıxması Rusiyanın maraqlarına hansısa formada təsir göstərmir. MDB sadəcə əməkdaşlıq modelidir. Regionda oxşar əməkdaşlıq modelləri kifayət qədər çoxdur. MDB-ni hansısa dövlətin tərk edib-etməməsindən asılı olmayaraq, bu, qurumun fəaliyyətində dəyişikliyə gətirib çıxarmayacaq. Təşkilatən fəaliyyəti konkret sahələr üzrə əməkdaşlığı nəzərdə tutur. MDB-də fundamental ciddi strukturlaşma prosesi baş verməyib. Bundan sonra da bu qurumu hansısa dövlətin tərk edəcəyi barədə proqnoz vermək istəməzdim. Tərk etsə də, etməsə də MDB-də heç nə dəyişməyəcək, çünki bu, siyasi, hərbi təşkilat deyil və hansısa dövlətin üzərində məsuliyyət qoymur".

Məftun Salmanov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1201   Tarix: 22 may 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ramaldanova ağır itki

Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir. "Qafqazinfo" xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanov

15 dekabr
.

"20 min insanın azadlığa çıxması ailələrə böyük sevinc gətirəcək" - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktını

17 dekabr
.

"Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı" - Bəhruz Quliyev

Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı. İlham Əliyev - bu irsin qalib varisi və yeni dövrün fateh Sərkərdəsi. Azərbaycan tarixinin ən çətin və məsuliyyətli dövrlərində meydana çıxmış böyük şəxsiyyətlər var. Onlar yalnız yaşadıqları dövrün deyil, bütöv bir millətin taleyini dəyişən liderlə

12 dekabr
.

Prezident yeddi ölkə ilə imzalanmış sazişləri TƏSDİQLƏDİ

Prezident İlham Əliyev Qvineya-Bisau, Surinam, Bəhreyn Krallığı, Anqola Respublikası, Cibuti Respublikası, Maldiv Respublikası və Dominikan Respublikası hökumətləri ilə Azərbaycan Hökuməti arasında imzalanmış sazişləri təsdiqləyib. -a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunlar

15 dekabr
.

Prezident qurultay iştirakçılarına müraciət etdi

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VII qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev qurultay iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişa

16 dekabr
.

"Azərbaycanın əfv və amnistiya təcrübəsi zəngin tarixi ənənəyə malikdir" - DEPUTAT

"Azərbaycan Respublikasının müasir siyasi inkişaf mərhələsi hüquqi dövlət quruculuğu və tam suverenliyin bərpası ilə səciyyələnir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması bu mərhələnin ideoloji və hüquqi mahiyyətini dolğun şəkildə ifadə edir. Bu kontekstdə Preziden

18 dekabr
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

18 dekabr
.

Vardanyanın məhkəmə istintaqı yekunlaşdı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses

16 dekabr
.

"Zamanla siyasi çəkisini itirmiş simaların yenidən iddia ilə çıxış etməsi praktiki nəticə doğurmur" - DEPUTAT

"Azərbaycan siyasi mühitində müxtəlif dövrlərdə fərqli təsir mərkəzlərinin formalaşması və onların ictimai fikrə yön verməsi haqqında müzakirələr heç vaxt dayanmayıb", - bunu -a açıqlama verən deputat Şahin Seyidzadə deyib:. "Bu müzakirələr həm hakimiyyət dairələrinə, həm də müxalif bloklar

15 dekabr