Günə nə qədər çörək yeməliyik?

Günə nə qədər çörək yeməliyik?Gündə nə qədər çörək yemək lazımdır? Pəhriz saxlayarkən çörək yemək düzgündürmü?

Beyin, sinir sistemi və qırmızı qan hüceyrələri enerji ehtiyaclarını karbohidratlardan qarşılayır. Bəzi karbohidratlar qidalarda təbii olaraq var, bəziləri isə sonradan əlavə edilir. Karbohidratların böyük qismi bitki mənşəli qidalardan alınır. Bu karbohidratlar bədənimizdə element olan qlükozaya çevrilir və qan şəkərinin əsas qaynağını meydana gətirər. Buna görə də Dünya Sağlamlıq Təşkilatı gündəlik enerjimizin 55-60 faizinin karbohidratlarla qarşılanmasının lazım olduğunu vurğulayır. Bu məqamda çörəyin vacibliyi ön plana çıxır.

Süfrələrin əsas qidası – çörək

Süfrələrin əsas qidası çörək olmadan heç bir qida proqramı qəbul edilə bilməz. Elmi araşdırmaların nəticələrinə görə, türk xalqlarının təxminən 70 faizinin qidalarının əsasını taxıllı bitkilər təşkil edir, bunun da 70 faizini çörək təşkil edir. Hətta düşbərəni də çörəklə yeyənlər var.

Pəhrizdən çörəyi çıxarmaq yerinə...

Dünya Sağlamlıq Təşkilatının sağlamlıq hesabatında köklük bədəndə artıq miqdarda yağ yığılması nəticəsində ortaya çıxan və müalicə edilməsi mütləq olan bir sağlamlıq problemi olaraq təyin edilir. O halda, həqiqi ağırlıq itkisi bədəndəki yağ kütləsinin azalması ilə mümkündür. Sümük və əzələ kütləsindəki itkilər isə sağlamlıq baxımından risklidir. Balanslı pəhrizlərdə yağ, çox aşağı nisbətdə karbohidrat tərkibli pəhrizlərdə su, aclıq vəziyyətində əzələ itkisi müşahidə edilir. Taxıllardan məhrum bir pəhriz ilə ağırlıq itkisinin sürətlə getməsi əvvəlcə su, sonra isə əzələ kütləsindəki azalma ilə əlaqəlidir. Buna görə də pəhrizdən çörəyi çıxarmaq əvəzinə qara çörək seçmək, plov, makaron, kartof kimi nişastalı qidalar yeyilən zaman yanında çörək yeməmək lazımdır. Duzsuz adı ilə satılan buğda, tam buğdalı, çovdar, kəpək çörəyindən başqa digər gündəlik duz qəbulunun 30 faizinin alındığı çörəklər süfrədə olan zaman yeməklərə və başqa qidalara duz tökmək məsləhət görülmür.

Gündəlik çörək ehtiyacı

İnsanlar yaş, cinsiyyət, boy uzunluğu, bədən ağırlığı, fiziki fəaliyyət səviyyəsi, qidalanma vərdişləri, iş vəziyyəti və yaşayış tərzinə görə fərqlidir. Buna əsasən, yetkin bir insanın gündəlik çörək ehtiyacı 15-300 qramdır. Çörəyin 1 dilimi 25 qram olduğuna görə, gündə 4-12 dilimə qədər çörək yeyilməsi idealdır. Tam taxıllı çörəklərin lif nisbəti yüksək olduğu üçün q lisemik indeksi aşağıdır. Beləliklə, kiloya nəzarəti təmin etmək, bədənin yağ nisbətini aşağı salmaq, qan şəkərini balanslaşdırmaq, tox tutmaq, iştaha güc gəlmək, bağırsaqların işləməsini qaydaya salmaq kimi faydaları var. Bundan başqa, dərinin elastikliyini qorumağa kömək olur, depressiyanın qarşısını alır.//Aile.lent.az


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 3121   Tarix: 13 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çox öskürmək ziyandır

Son günlər yayılan qrip xəstəliyi şiddətli öskürəyin yayılmasına səbəb olub. Axşam.az xəbər verir ki, mütəxəssislər küncüdün öskürəyə müsbət təsir etdiyini açıqlayıb. O, immun hüceyrələrini artırır. E, C və B qrupu vitaminləri ilə çox zəngin olan küncüt güclü zülal qaynağıdır. Onun tərkibində çoxlu lif

3 dekabr
.

Həkimlər niyə qadınlara günəbaxan tumu yeməyi məsləhət görür?

Günəbaxan tumları zülal, faydalı yağlar, lif və vitaminlərlə zəngindir və orqanizmə müsbət təsir göstərir. Onlar sadəcə rahat qəlyanaltı və ya salatlara əlavə deyil, əslində dəyəri çox zaman yetərincə qiymətləndirilməyən tam qidalı məhsuldur. Günəbaxan tumlarını həqiqətən dəyərli edən nədir?. xəbər veri

14 dekabr
.

20 günlük stress ömrü 10 saat qısaldır - Psixoloq

Stress hormonal sistemi aktivləşdirir və müxtəlif orqanlarda uzunmüddətli pozuntular yaradır. Uzun sürən daxili gərginlik psixosomatik xəstəliklərin yaranmasına şərait yaradır. Bu xəstəliklərə yüksək təzyiq. Mədə və onikibarmaq bağırsağın yara xəstəliyi. Astma. Artrit. Dermatoloji problemlər. Hətta ikinc

30 noyabr
.

Solğun sifət nadir xəstəliyin əlaməti ola bilər – XƏBƏRDARLIQ

Sizin üçün adi olmayan üz solğunluğu təkcə yorğunluq əlaməti olmaya bilər. Həkimlər xəbərdarlıq edirlər ki, bu, nadir qan xərçəngi növü kəskin mieloid leykozun mümkün simptomlarından biri ola bilər. bu xəstəliklə bağlı məlumatları təqdim edir:. Əgər üzünüzün "həddindən artıq solğun" göründüyün

7 dekabr
.

Çörəkdən tam imtina etməyin zərərləri

Artıq çəkidən xilas olmaq istəyən hər kəs çörək və şirniyyatdan imtina etməyə çalışır. Buna səbəb çörəyin orqanizm üçün ziyanlı qida olması barədə yayılan məlumatlardır. Əslində, ondan imtina edilməsinin zərərləri daha çoxdur. "Qafqazinfo" xəbər verir ki, əla növ buğda və tam buğda ununda

4 dekabr
.

Bu şokoladı şəkər xəstələri də yeyə bilər

Hər yaşda insanın istifadə etdiyi şokolad mütəxəssislər tərəfindən çox da tövsiyə edilmir, lakin təmiz kakaodan hazırlanan tünd şokoladın sağlamlığa faydaları diqqət çəkir. Tərkibində şəkər və ya əlavələr olmayan tünd şokoladın antioksidant xüsusiyyəti kimi bir çox faydası var. "Qafqazinfo"

13 dekabr
.

Görmə qabiliyyətini yaxşılaşdıran 12 qida (SİYAHI)

Gözlər üçün faydalı qida maddələri - sink, omeqa-3 yağ turşuları, A və C vitaminləri - yaşla bağlı xəstəliklərin riskini azaltmağa kömək edir. Lazımi maddələrin hamısını qidalardan almaq mümkündür. Qaynarinfo xəbər verir ki, "Very Well Health" görməni yaxşılaşdırmaq üçün nə yemək lazım olduğun

12 dekabr
.

Sinə xərçəngindən tam qurtulmaq mümkün deyil - Onkoloq

Onkoloq süd vəzi xərçənginin təkrarlanma riskinə diqqət çəkib. xəbər verir ki, onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib ki, süd vəzisinin çıxarılmasından sonra belə xərçəngin təkrarlanma riski mövcuddur. "Əməliyyatdan sonra on il ərzində qadınların təxminən 10%-i xərçəngin təkrarlanması ilə qarşılaşır

7 dekabr
.

2 yaşa qədər uşaqlara qətiyyən belə dərmanları vermək olmaz - Xəbərdarlıq

Uşaqlara öskürək siroplarını səbəbsiz yerə vermək təhlükəli ola bilər. xəbər verir ki, bu barədə rusiyalı pediatr Darya İvanova xəbərdarlıq edib. Onun sözlərinə görə xüsusilə bəlğəmi duruldan dərmanlar körpələr üçün ciddi risk yaradır. Bu dərmanlar bəlğəmin həcmini artırır və uşaq onu çətinliklə xari

30 noyabr