Azərbaycan bazarına 5-ci mobil operator gəlir

Azərbaycan bazarına 5-ci mobil operator gəlirDaha bir şirkət yaxın müddətdə Azərbaycanın mobil bazarına daxil olmaq istəyir.

Sonxeber.az xeberler.az-a istinadla bildirir ki, uzun müddət Azərbaycan bazarında SAZZ əmtəə nişanı ilə 4G Mobile Wi-MAX texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən AzQtel MMC mobil rabitə xidmətləri də göstərməyə hazırlaşır.

Əldə etdiyimiz məlumata görə, AzQtel yerli bazarda TD - LTE texnologiyası əsasında infrastruktur qurmağı nəzərdə tutur. Bunun üçün nəzərdə tutulan tezlik resurslarını da şirkət artıq əldə edib.

AzQtel artıq dünyada bu texnologiyanın inkişafı məqsədilə yaradılan GTİ ( Global TD-LTE İnitiative) cəmiyyətinin də üzvlüyünə qəbul edilib. Hazırda dünyanın 120 mobil operatoru bu qlobal cəmiyyətin üzvüdür. 2005-ci ildə rəsmi qeydiyyatdan keçən AzQtel şirlkəti 2008-ci ildən etibarən Azərbaycanda ilk genişzolaqlı simsiz İnternet xidməti göstərməyə başlayıb. 2009-cu ildə Azqtel şirkəti telekommunikasiya avadanlıqlarını istehsal edən transmilli ZTE şirkəti ilə müqavilə bağlayaraq ümumdünya şəbəkəsinə genişzolaqlı simsiz girişi təmin edən cihazları ölkəyə gətirib.

2010-cu ildə AzQtel şirkəti tərəfindən yaradılmış SAZZ əmtəə nişanı Azərbaycanda 4G Mobile WiMAX texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən yeganə operatordur. 2012-ci ildən etibarən AzQTel şirkəti Azərbaycanın regionlarına yönəldilmiş genişlənmə proqramını həyata keçirməkdədir.

Məlumat verdiyimiz kimi, Delta Telecom şirkəti də mobil rabitə xidmətləri göstərməyə hazırlaşır. Yeni mobil operatorların bazara daxil olması ilə bağlı mobil bazarda yeni situasiya formalaşdıracaq. Bəzi ekspertlər hesab edirlər ki, yeni mobil operatorların gəlişi mobil rabitə bazarında rəqabəti artıracaq. Mobil operatorlar və bəzi ekspertlər isə ölkədə internet bazasının Delta Telecom-da cəmləşdiyi və bütün mobil operatorların da Delta-dan internet aldığı üçün haqsız rəqabət yaranacağından ehtiyat edirlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2033   Tarix: 15 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arazda batan 11-ci sinif şagirdinin axtarışlarından GÖRÜNTÜLƏR

Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Turan Mirağa oğlu Mirişlinin axtarışları Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən davam etdirilir. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, nazirliyin Xüsusi Riskl

9 iyun
.

"Afrika-Azərbaycan münasibətləri artıq strateji mərhələyə keçib" - Rəna Qəfərova ilə MÜSAHİBƏ

"Afrika-Azərbaycan münasibətləri artıq strateji mərhələyə keçib. Afrika ölkələri ilə Azərbaycan arasında siyasi münasibətlər ildən-ilə artmaqdadır. Amma iqtisadi münasibətləri biz çalışırıq ki, ölkələr arasında artıraq". Bu sözləri Africa-Azerbaijan Cooperation təşkilatının təsisçisi və icraç

8 iyun
.

Azadlıq prospektində qəribə hadisə - Piyada maşının üzərində uzandı-Video

Paytaxtın mərkəzində qəribə hadisə baş verib. "Qafqazinfo"nun məlumatına görə, Nəsimi rayonu ərazisində - Azadlıq prospektinin Məmməd Araz küçəsi ilə kəsişməsinin yaxınlığında piyada qadın hərəkətdə olan "BYD" markalı avtomobilin üzərinə uzanıb. Nəqliyyatın intensiv hərəkət etdiy

9 iyun
.

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edildi

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib. "Report"un məlumatına görə, müvafiq əmrlə bu vəzifəyə Şamil Əzizov gətirilib. Qeyd edək ki, bununla nazirin müşavirlərinin sayı üçə çatıb

8 iyun
.

Bundan sonra gəlinlik seçmək üçün mağazalara giriş ödənişli olacaq

Bartında toy hazırlığı görən cütlüklərlə gəlinlik salonları arasında uzun müddətdir müzakirə olunan "gəlinlik sınaq haqqı" məsələsində ilk rəsmi addım atılıb. Şəhərdə gəlinliklərin sınaqdan keçirilməsi üçün ödəniş tətbiqi qanuni əsaslara salınaraq rəsmi qiymət cədvəlinə daxil edilib. xaric

9 iyun
.

Alınan məhsul qüsurlu çıxarsa, istehlakçının hansı hüquqları var? - AÇIQLAMA

Gündəlik həyatda istehlakçıların ən çox qarşılaşdığı problemlərdən biri aldıqları məhsulun qüsurlu və ya yararsız çıxmasıdır. Bəzən vətəndaşlar belə hallarda öz hüquqlarını bilmədikləri üçün məhsulu geri qaytara və ya dəymiş zərərin əvəzini tələb edə bilmirlər. Bəs Azərbaycan qanunvericiliyinə görə qüsurl

9 iyun
.

"Paşinyanın qarşısında duran əsas məsələ Ermənistan hakimiyyətinin indiyədək yerinə yetirmədiyi öhdəliklərə əməl etməkdir" - DEPUTAT

"Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının parlament seçkilərindəki qələbəsi, Ermənistanda daxili siyasi proseslərin sabitləşməsi və Azərbaycan-Ermənistan sülhyaratma prosesinin yeni mərhələyə adlanmas yeni imkanlar yaradacaq". Bunu -a danışan Milli Məclisi

8 iyun
.

"Heç rəhbər təklikdə belə olsa, ona "yox" deyən adamı yanında saxlamır" - əməkdar jurnalist İlqar Əlfioğlu ilə MÜSAHİBƏ

"Heç bir televiziya rəhbəri təklikdə belə olsa, ona "yox" demək iqtidarında olan adamı yanında saxlamır. Deyir ki, mən o işçiyə pul göndərim, getsin evində otursun. Amma burda olmasın". Bu sözləri BİG.AZ-a müsahibəsində əməkdar jurnalist, televiziya ustadı İlqar Əlfioğlu bildirib

8 iyun
.

Aşura bu tarixə təsadüf edəcək

Bu il Aşura günü iyunun 25-nə təsadüf edir. xəbər verir ki, bunu Trend-ə açıqlamasında ilahiyyatçı alim, QMİ-nin məsul əməkdaşı Samid Quliyev bildirib. Onun sözlərinə görə, iyunun 16-sı Azərbaycan ərazisində Məhərrəm ayının ilk günüdür: "Bu tarix eyni zamanda hicri-qəməri təqvimi ilə 1448-ci ili

8 iyun