Nanənin faydaları

Nanənin faydalarıNanə çoxillik bitki olub adı yunan və roma əfsanələrindən götürülüb. Onun adı latınca"Mentha" adından götürülmüşdür. Nanənin elmə 42 növü və hibridi məlumdur. Onun ən çox aşağıdakı növləri ilə rastlaşırıq:
* Acı nanə - iki yabanı nanə növünün hibridləşməsindən alınıb. Bal vermək qabiliyyətinə malikdir. Bu səbəbdən də müasir arıçılar tərəfindən yaxşı qiymətləndirilir.
* Uzunyarpaq nanə - Avropa, Asiya və Afrika qitələrində bitir. Nanənin bu növü öz dadına görə bütün dünya mətbəxində istifadə olunur.
* Su nanəsi - nəmlikdə və su kənarlarında yetişir. Bu nanənin vətəni Avropadır, amma Asiya və Afrika ölkələrində də ola çox rast gəlinir.
* Ətirli nanə - bütün Aralıq dənizi bölgələrində, Malaziyada, Avropada bitir. Ondan kulinariyada və tibbdə geniş istifadə olunur.
* Düzənlik nanəsi - Avropada,Asiyada, Qafqazda, Hindistanda və Nepalda daha çox bitir.
* Alma nanəsi - Malaziya ölkələrindən Misirə, Qafaqazın ətəklərinə və Cənubi Avropaya qədər yayılıb. Nananin bu növündən ən çox qida sənayesində istifadə edilir.
* Yapon nanəsi - nanənin nadir taplan növü sayılır və Yapon adalarında bitir.
* Bataqlıq nanəsi - Şimali Afrika, Şərqi Asiya, Avropa və Qafqaz dağlarında bitir.
Sonxeber.az immunitet.az-a istinadən bildirir ki, nanə sürünən və mil kökə sahib olduğuna görə o asanlıqla artıb çoxala bilir. Nanəyə qulluq edildikdə o 50 sm hündürlüyə qədər qalxır. Nanəni fenotip əlamətlərinə görə qara və ağ növlərə ayırırlar. Birinci növə aid olan nanənin yarpaqları məxmər kimi yumşaq, qırmızı-bənövşəyi olur. Ağ nanənin rəngi isə yaşıl olur. Çiçəklənmə dövründə ağ nanə növünə aid olanlar daha tez çiçəkləyir. Onun tərkibində olan efir yağlarının ətri daha tünd olur. Amma, ağ nanələrin məhsuldarlığı qara nanələrin məhsuldarlığından az olur.
Tarixdə nanənin insan həyatına daxil olması
Nanədən tarix boyu insanlar itifadə edib. XIV əsrdə nanədən dişlərin ağardılması, müalicə və şirniyyatların bişirilməsi məqsədilə istifadə edilib. Nanənin müalicəvi xüsusiyyətləri barədə qədim loğmanların tibbi ktablarında da rast gəlinir.
Yetişdirilməsi
Nanə vegetativ yolla çoxaldılır. Onu kökündən, yarpağından və toxumlarından artırmaq mümkündür.Onun yetişməsi üçün vacib olan əsas şərt torpağın nəm olmasıdır. Nanəni don vurduqda o məhv olur, amma, onun kökü torpaqda qalaraq havalar isinən kimi inkişaf etməyə başlayır. Tez-tez yağan yağışlar və ardınca günəşin çixması nanəyə göbələk xəstəliklərinin düşməsinə səbəb olur. Bu da onun yarpaqlarının tərkibində olan efir yağlarının miqdarına mənfi təsir edir.
Kiçik həyətlərdə nanəni əkdikdə onun müəyyən edilmiş yerdə və yerin ətrafdan tədric olunması şərti ilə əkmək lazımdır. Buna səbəb isə nanə köklərinin sürünərək kiçik həyətyanı sahəyə yayılmasıdır.
Nanəni çiçək açmamış toplamaq lazımdır. Bu zaman onun yarpaqlarının tərkibində olan efir yağlarının miqdarı daha çox olur. Yarpaqları qurudarkən isti havada gün düşməyən yerdə qurutmaq, axşamlar isə yığmaq lazımdır. Çünki, nanə nəmi özünə çəkə bimək qabiliyyətinə malikdir.
Qurumuş nanəni parça torbanın içərisində quru yerdə saxlamaq lazımdır. Nanə yarpaqlarını uzun müddət dondurucuda da saxlamaq mümkündür. Bu zaman isə o dondurucuda qida saxlamaq üçün olan paketlərə yığılıb saxlanılmalıdır.
Nanədən yağ, ekstrat, dəmləmə, covhər, qida əlavəsi, dərman vasitəsi kimi istifadə eləmək mümkündür. 100 qram nanənin tərkibində olanlar:
- Su - 78,65 qr
- Zülallar - 3,75 qr
- Yağlar - 0,94 qr
- Karbohidrat - 14,89 qr
- Qida lifləri - 8 qr
- Kalori - 45 kakal.
Nanənin tərkibində kalsum, kalium, fosfor, maqnium, natrium, dəmir, C, B2, PP, A, B9, B6, B1 vitaminləri var. Dərman vasitəsi kimi nanənin ən çox yarpaqlarından istifadə edilir. Onun təzə yarpaqlarının tərkibində olan efir yağlarının miqdarı qurudulmuş yarpaqlarında olan yağlardan qat-qat çoxdur. Nanə yarpaqlarından çay, dəmləmə və s. içkilər hazırlanır. Nanə yarpağı və çiçəyinin tərkibində olan efir yağlarının miqdarı onun növündən, yığılmasından və qurudlmasından asılı olaraq dəyişir. Nanə təbii dadlandırıcıdır. Ondan bir çox içkilərin, likörlərin, konditer məhsullarının hazırlanmasında istifadə edilir. Nanə cövhəri və nanə yarpaqları həzm sisteminin işini yaxşılaşdırır, spazmaları aradan qaldıdır və ödqovucu xüsusiyyətə malikdir. Nanə yağından inhalyasiya məqsədilə istifadə etmək olur. Acı nanənin tərkibi uçucu yağlarla(mentol, limonen, deleten, menton və s.), triterlenov birəşmələr( müxtəlif turşular), mineral duzlar, tanin və enzim maddələrlə zəngindir. Bu maddələrin bəziləri nanənin çiçəyində, bəziləri yarpağında, bəziləri isə gövdəsində olur. Yuxarıda sadalanan maddələrdən ən azı onun gövdəsində toplanır.
Tibbdə nanədən aşağıdakı dərman vasitələrinin hazırlanmasında istifadə edilir.
* Acı nanə yarpağı - paket şəklində yanlız nanə yarpaqlarından ibarət olur.
* Nanə cövhəri - həzm sisteminin, mədə-bağırsaq xəstəliklərinin müalicəsində, spazmlarda, öd kisəsinin xəstəlikləri zamanı istifadə edilir.
* Nanə yağı - dezinfeksiyaedici və dadlandırıcı kimi istifadə edilir.
* Boromentol mazı -antiseptik və spazmolitik mazdır, respirator virus xəstəliklərində və dəri qıcıqlanmaları zamanı istifadə edilir.
* Menovazin - tərkibində mentol, etil spirti, novokain və anestezin var. Dermatozlar, mialgiyalar və nevralgiyalarda geniş istifadə edilir.
* Validol - mentolun mentol efirli izovalerian turşusunda qarışımından hazırlanır. Stenokardiyada, isterik və nevrastenik xəstəliklərdə, vestibulyar pozğunluqlar zamanı tətbiq edilir.
* Pektusin - tərkibində mentol, evkalipt yağı , şəkər və talk var.Yuxarı tənəfüs yollarının iltihabi proesləri zamanı dilin altına qoyulur.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2643   Tarix: 03 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin

11 sentyabr 2021