Qaz sayğaclarının plombları çürüdüyü üçün abonentlər cərimələnir - VİDEO
Qaz sayğacının plombu çürüdüyü üçün abonent cərimələnib.
Sonxeber.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, hadisə Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi ev 29-da yaşayan Qasım Abbasovun başına gəlib. Üç gün öncə "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri Qasım Abbasova məxsus qaz sayğacının plombunu dəyişiblər. Səbəb kimi isə plombun çürüdüyünü göstəriblər.
Ötən gün isə Qasım Abbasova plombun qırılması ilə bağlı cərimə protokolu göndərilib.
Həmin küçədə yaşayan bir neçə abonentin də qaz sayğacının plombları çürüdüyü üçün dəyişdirilib. Onlara da müxtəlif məbləğdə cərimə protokolları göndərilib.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbəlayev "Xəzər Xəbər"ə bildirdi ki, sayğacın plombu qırılarsa və ya digər çatışmazlıq yaranarsa, ilk növbədə abonent özü 185 saylı çağrı mərkəzinə zəng edib məlumat verməlidir. Bu zaman onun müraciəti qeydiyyata alınaraq sayğaca baxış keçirilir və araşdırma aparılaraq müvafiq tədbirlər görülür. Plombdakı çatışmazlığı "Azəriqaz"ın əməkdaşları aşkar etdikdə isə abonentə cərimə tətbiq olunur. Bu səbəbdən də bu cür hallarda ilk olaraq vətəndaşın özünün məlumat verməsi məsləhət görülür.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1008 Tarix: 10 iyun 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda ciyərləri zədələyən virus yayılır? - Rəsmi açıqlama
Son günlər əhali arasında yeni virusa yoluxma hallarının artması müşahidə olunur. Xəstəlik yüksək hərarət və ağciyərlərə təsiri ilə xarakterizə edilir, əlamətləri isə "COVID-19" virusunu xatırladır. Bu durum əhali arasında müəyyən narahatlıq yaradıb. Məsələ ilə bağlı -a açıqlama verən Səhiyy
17 dekabr3 qohumunun ölümünə səbəb olan sürücüyə - Bu cəza verildi
Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudova hökm oxunub. Bildirilib ki, hadisə ötə
16 dekabrSabah yağış yağacaq?
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şər
16 dekabr13 nömrəli avtobus niyə gecikir? - RƏSMİ AÇIQLAMA
Saytımıza 13 nömrəli avtobus marşrutu ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Sərnişinlər avtobusun təxminən yarım saat gecikdiyini bildirirlər. Hətta bu gün saat 10:00-10:30 aralığında gecikmə o qədər uzun çəkib ki, 7B marşrutunun sürücüsü 13 nömrəli avtobusun əvəzinə hərəkət edərək sərnişinləri götürü
17 dekabrBakcell texno-blogerlər üçün "Media Tech" təlimini həyata keçirdi
İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş "MediaTech" layihəsi çərçivəsində təlim proqramı baş tutub. "Smart Nation" ilə birgə həyata keçirilən "MediaTech: Blog the Future" tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunl
16 dekabrMasazırın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Masazır qəsəbəsiniin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq. "Azərişıq"dan -a verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında 10 kV-luq bölmədə təmi
16 dekabr