Bakıda məşhur restoranda turistə 6 manatlıq salatı 41 manata satdılar – FOTO

Bakıda məşhur restoranda turistə 6 manatlıq salatı 41 manata satdılar – FOTOİstirahət mövsümünün start götürdüyü bir vaxtda ölkəmizə turist axını davam etməkdədir.

Xüsusi ilə Yaxın Şərq ölkələrindən gələn turistlər Bakı və digər istirahət mərkəzlərinin olduğu bölgələrimizə üz tuturlar.

Ümumiyyətlə, turist artımının hər bir ölkənin həm turizm sahəsini, həm də iqtisadiyyatını dirçəltdiyi hər birimizə məlumdur. Bunun üçün istirahət mərkəzləri, otellər, kafe və restoranlar öz xidmət səviyyələrini inkişaf etdirməkdə maraqlı olmalıdır. Lakin, təəssüf ki, bunun əksini gələn vətəndaş şikayətlərindən də görürük.

Tez-tez mediada kafe və restoranlarda turistlərə qarşı "hesab şoku" yaşadılması ilə bağlı xəbərlər yer alır. Turistlər aldığı yeməyin öz qiymətindən ən azı 2 dəfə çox hesab ödəməli olur. Hətta restoran və kafelərin turistlərə qarşı bu ədalətsiz qiymət siyasətinə yerli vətəndaşlar da etiraz etməyə başlayıb.

Sonxeber.az minval.info-ya "PAKDAD" restoranlar şəbəkəsi ilə bağlı olan vətəndaş şikayətini sizlərə təqdim edir. Bakı sakini olan Günay adlı xanım özünün şahidi olduğu hadisədən hiddətlənib, bununla bağlı şikayətini bildirib.

Belə ki, asiyalı vətəndaş buradan bir yemək və salat götürüb və bunun müqabilində 41 AZN ödəməli olub. Daha sonra həmin turist kassirdən yanındakı yerli sakinin götürdüyü yeməyin qiymətini soruşub, kassir turistə "siz götürdüyünüzün qiyməti ödəyin, daha sonra həmin yeməyin qiymətini deyərik"- deyib nəhayət onda pulu alıb. Bunun şahidi olan azərbaycanlı müştəri vəziyyətə müdaxilə edərək, turistin götürdüyü yeməyin qiymətini öyrənib. Məlum olub ki, həmin asiyalı turistin götürdüyü yemək 7 AZN, salat isə 6 manat imiş. Yerli sakin kassirdən çek tələb edəndə isə kassir ona "siz əyləşin biz özümüzü problemi həll etməyə çalışarıq"- deyib. Qeyd edək ki, hadisə restoranın "28 Mall" ticarəkt mərkəzində yerləşən filialında baş verib.

İddialara görə, bu hadisə "PAKDAD" restoranlar şəbəkəsində ilk hadisə deyil. Məsələ ilə bağlı restoranın səlahiyyətli nümayəndəsi ilə əlaqə saxladıq. Suallarımızı "PAKDAD"-ın şöbə müdiri Mahmudov Aqil cavablandırb.

Aqil bəy "PAKDAD"-a qarşı bunu təxribat olaraq qiymətləndirib. "Biz neçə ildir fəaliyyət göstəririk. Sübut etsinlər, sonra danışsınlar. Bizdə belə bir hal yaşana bilməz"- deyərək, hadisəni inkar edib.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini də öyrəndik. Eyyub bəy Azərbaycanda bu halların tez-tez yaşandığını və bu sahədə süründürməçiliyin olduğunu da vurğuladı.

"Üzü dənizə tərəf oturmusansa, qiymət dəyişir, çay istəyirsənsə, istədiyindən artığını gətirib səni xərcə salacaqlar" – deyən Eyyub bəy təkcə turistlərə qarşı deyil, hətta yerli sakinlərə qarşı da şişirdilmiş qiymətlərin tətbiq olunduğunu bildirdi:

"Bununla bağlı dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi dövlət qurumuna şikayətlər etmişik. Onlar da bütün şikayətçiləri məhkəməyə yönləndirir. Əlbəttə ki, bu da işin uzanmasına səbəb olur".

Lakin, Eyyub bəy İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaranması barədə qərar qəbul olunduğunu və bu işlərin nizamlanacağına ümid etdiyini bildirdi.

"Ümid ən sonda ölür"- deyib bizdə nə vaxtsa sahibkarların vicdanlarının səsinə qulaq asıb, daha sakit şəraitdə öz işlərini görəcəklərinə ümid edirik.
Bakıda məşhur restoranda turistə 6 manatlıq salatı 41 manata satdılar – FOTOBakıda məşhur restoranda turistə 6 manatlıq salatı 41 manata satdılar – FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1181   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gəncədə əməliyyat keçirildi: 364 min manatlıq mənimsəmə üzə çıxdı

"Gəncə Şəhər Birləşmiş Xəstəxanası" publik hüquqi şəxsin vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Ba

3 may
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

3 may
.

Tərtərdə itkin düşən yeniyetmə qız narkotik istifadəçisi olub? - RƏSMİ CAVAB

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Məhərrəmli ilə bağlı iddialara aydınlıq gətirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib. O qeyd edib ki, aprel ayının 29-da Tərtər rayonunda 2009-cu il təvəllüdlü qızı

3 may
.

Bakı ilə bağlı HAVA XƏBƏRDARLIĞI - Mayın 5-i axşamdan 7-si səhərədək...

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, 5-i axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ölk

3 may
.

Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? (VİDEO)

Yeni qaydaların qəbulundan sonra taksi xidməti göstərən sahibkarların qaz balonu ilə işləyən avtomobillərə üstünlük verdikləri deyilir. Səbəb kimi isə mavi yanacağın daha sərfəli olması göstərilir. Bəs belə nəqliyyat vasitələri taksi sürücülərinin özləri üçün də əlverişlidirmi?. Çünki, fikirlərini öyrəndiyimi

3 may
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

3 may
.

Bakı həbsxanasında ÖLÜM

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Mirəli Bəşirov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

3 may
.

"Survivor"da qalmaqal: "Evliliyini qorumaq üçün..." - VİDEO

"Survivor All star 2024" yarışmasında daha bir qalmaqal yaşanıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, iştirakçılardan biri Nagehan digər iştirakçı Yunus Emre haqqında sərt sözlər söyləyib. O bildirib ki, Yunus Emre yarışa gələndə onu başqa bir iştirakçı Aleynadan qorumasını istəyib:. "Yunu

3 may
.

Elmar Məmmədyarov deputat olacaq? (AÇIQLAMA)

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun parlament seçkilərinin daha tez keçirilə biləcəyi ilə bağlı dünənki açıqlaması ölkə gündəmin əsas mövzusuna çevrilib. Milli Məclisin bir sıra deputatları da builki parlament seçkilərinin vaxtından əvvəl – avqust-sentyabr ayında keçiriləcəyini -a müsahibələrind

3 may