Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? (VİDEO)
Yeni qaydaların qəbulundan sonra taksi xidməti göstərən sahibkarların qaz balonu ilə işləyən avtomobillərə üstünlük verdikləri deyilir.
Səbəb kimi isə mavi yanacağın daha sərfəli olması göstərilir.
Bəs belə nəqliyyat vasitələri taksi sürücülərinin özləri üçün də əlverişlidirmi?
Çünki, fikirlərini öyrəndiyimiz sürücülər deyirlər ki, avtomobili qaz sisteminə çevirmək həm maliyyə baxımdan doğru deyil, həm də bu, bir qədər təhlükəlidir.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Musatafayev bildirir ki, qazla işləyən avtomobillər digərlərindən sərfəli hesab olunsa da, təhlükəsizlik sarıdan bəzi riskləri var. Xüsusilə qəza zamanı belə nəqliyyat vasitələrində partlayış ehtimalı yüksək olur.
Ekspertin fikrincə, elektrikli avtomobillərə daha çox üstünlük verilməlidir.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, taksi fəaliyyəti üçün buraxılış kartı almaqdan ötrü avtomobillər ən azı "avro-5" ekoloji standartına uyğun olmalıdır. Standartlara cavab verən bütün nəqliyyat vasitələri taksi kimi istifadə oluna bilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 873 Tarix: 03 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabr