"Fast-fud"lar hazırlanarkən keyfiyyətsiz məhsullardan istifadə edilir

"Fast-fud"lar hazırlanarkən keyfiyyətsiz məhsullardan istifadə edilirSon illər hazır qidalara daha çox üstünlük verirlər. Fast-fud kimi tanınan qidalar qısa müddətdə hazırlanan və servis olunan ərzaqlara deyilir. Tərcümə lüğətlərində "fast"-tez, "fud" – qida mənası verir.

Sonxeber.az "Azərtac"a istinadla xəbər verir ki, statistikaya görə, fast-fud yeməklərindən uzaq durmağa çalışanlar da ən azı həftədə iki dəfə onu qəbul edirlər. Gün ərzində insanların keçirdiyi hərəkətli yaşayış tərzi yeməyə ayrılan vaxtın azalmasına səbəb olur. Seçim zamanı asan və tez hazırlanan qidalara üstünlük verilməsi məhz bununla əlaqədardır.

Fast-fud adlanan qidalara hamburger, dönər, lahmacun, qızardılmış kartof, toyuq, pizza, tort, qazlı içkilər və s. daxildir. Amerikada satışına başlanılan və oradan sürətlə bütün dünyaya yayılan fast-fud ölkəmizdə gənclər və uşaqlar tərəfindən xüsusi rəğbətlə qarşılanır. Səhərdən axşama qədər işləyən valideynlər vaxt qıtlığından tez-tez fast-fud yeməklərə müraciət edirlər. Bu isə həm uşaqlar, həm də valideynlər üçün arzuolunmaz nəticələrə aparıb çıxarır. Fast-fud məhsullarındakı yağlar heyvan mənşəlidir. Həmin qidaların əksəriyyətində doymuş yağ, həmçinin onun tərkibində insan orqanizmi və maddələr mübadiləsi üçün çox zərərli olan kanserogen maddələr, çoxlu miqdarda duzlar var. Fast-fudlar hazırlanarkən adətən keyfiyyətsiz məhsullardan istifadə edilməsi bir sıra ciddi xəstəliklərə, o cümlədən mədə-bağırsaq xərçənginin yaranmasına səbəb ola bilir.

Müəyyən olunub ki, həmin qidalar kökəlmə və artıq çəki qazanılması ilə nəticələnir. Bundan başqa xolesterinin törətdiyi digər sağlamlıq problemi qan dövranının pozulmasıdır. Bunlar da son nəticədə trombozlara, xroniki işemiyalara və s. xəstəliklərə aparıb çıxarır. Fast-fudlardan mütəmadi istifadə edilməsi məsləhət deyil. Əslində, dünya əhalisinin problemlərindən biri qidalanma məsələsidir. Yer kürəsində qida ehtiyatı dünya əhalisinə yetərli deyil. Genetik modifikasiya olunmuş ərzaqlar, fast-fudlar da həmin zərurətdən meydana çıxıb. Lakin onların neqativ cəhətləri də var. Yalnız zərurət yarananda və başqa çıxış yolu olmayanda həmin qidalardan istifadə etmək olar. Uşaqları sırf həmin qidalara alışdırmaq və onunla böyütmək isə qətiyyən düzgün deyil.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 807   Tarix: 23 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy

8 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021