Şəkər xəstələri nə yeməlidirlər?

Şəkər xəstələri nə yeməlidirlər?Mütəmadi olaraq, yediyinə, içdiyinə fikir verməli olan şəkər xəstələrinə qadağan edilən qidalar kifayət qədər çoxdur. Çoxsaylı qadağalarla yaşamalı olan belə insanlar üçün xeyirli olanlar da var. Türkiyəli diyetoloq Mügə Güzey şəkər xəstələri üçün faydalı olan həmin qidalardan danışıb.

Dyetoloqun məsləhətlərini təqdim edirik:

Şəkər xəstələri üçün ən faydalı meyvə

Diyetoloq şəkər xəstələri üçün ən faydalı meyvənin armud olduğunu bildirir:

"İnsulindən istifadə etməli olan şəkər xəstələri meyvələrdən armuda üstünlük verməlidirlər. Armud şirin meyvə sayılsa da, şəkər xəstələri üçün faydalıdır. Lif baxımından zəngin olan həmin meyvə qandakı şəkərin miqdarını nəinki yüksəldir, əksinə onunla birlikdə istifadə edilən süd və qatığın tərkibindəki zülallar qandakı şəkərin miqdarını tənzimləyir. Diabet xəstələri qəlyanaltı zamanı 1 ədəd armud yeməli, 1 stəkan süd içməli və ya bir az qatıq yeməlidirlər".

Çərəzlər

Diyetoloqun sözlərinə görə, şəkər xəstələri üçün ən faydalı çərəzlər qoz və badamdır:

"Qozun ehtiva etdiyi Omeqa-3 turşusu şəkər xəstələrini ürək-damar problemlərindən qoruyur. Həm qoz, həm də badam liflə zəngindir. Ancaq bu çərəzlərin kalorisi çoxdur. Odur ki, gündə 10 ədəd badam və 2 ədəd qoz yemək kifayətdir".

Şəkər xəstələrinin dostu darçın

Mügə Güzey deyir ki, darçın qandakı şəkəri tənzimləyir. Ona görə də, gündə yarım çay qaşığı darçın istifadə etmək lazımdır. Diyetoloq darçının təsirini artırmağın üsullarından da danışıb:

"Ən faydalı darçın növü Çin darçınıdır. Darçını süd və ya qatıqla qarışdırıb istifadə etmək lazımdır. Çayları qabıq darçınla dadlandıra bilərsiniz. Darçın şirniyyat istəyini öldürür. Bunun üçün almanı dilimləyin və üzərinə darçın səpin. Sobada 10 dəqiqə bişirin. Bunu gündə bir dəfə yemək olar.

Qatıq möcüzəsi

Diyetoloq şəkər xəstələrinə qatıq yeməyi məsləhət görür:

"Qatıq zülal və karbohidrat ehtiva edir. Tərəvəz yeməklərinin yanında və ya qəlyanaltı zamanı meyvələrin yanında yemək olar".

Sarıkök

Mügə Güzeyin sözlərinə görə, şəkər xəstələri üçün ən faydalı ədviyyat sarıkökdür:

"Bu ədviyyatın tərkibindəki "curcumin" maddəsi insulini sabitləşdirir. Qanda şəkərin səviyyəsini nizamlayır. Ürək-damar xəstəliklərinin qarşısını alır. Sarıkökü bitki çaylarına əlavə edərək meyvələrə, tərəvəz xörəklərinə qataraq istifadə etmək olar. Sarıkökün təsirini artırmaq istəyirsinizsə, onu istiot və zeytun yağı ilə qarışdırıb yeyin".

publika.az


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 20847   Tarix: 29 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həkimlər niyə qadınlara günəbaxan tumu yeməyi məsləhət görür?

Günəbaxan tumları zülal, faydalı yağlar, lif və vitaminlərlə zəngindir və orqanizmə müsbət təsir göstərir. Onlar sadəcə rahat qəlyanaltı və ya salatlara əlavə deyil, əslində dəyəri çox zaman yetərincə qiymətləndirilməyən tam qidalı məhsuldur. Günəbaxan tumlarını həqiqətən dəyərli edən nədir?. xəbər veri

14 dekabr
.

20 günlük stress ömrü 10 saat qısaldır - Psixoloq

Stress hormonal sistemi aktivləşdirir və müxtəlif orqanlarda uzunmüddətli pozuntular yaradır. Uzun sürən daxili gərginlik psixosomatik xəstəliklərin yaranmasına şərait yaradır. Bu xəstəliklərə yüksək təzyiq. Mədə və onikibarmaq bağırsağın yara xəstəliyi. Astma. Artrit. Dermatoloji problemlər. Hətta ikinc

30 noyabr
.

Portağalın gizli gücü ortaya çıxdı: Tərkibində elə şeylər var ki...

Əksər insanlar üçün portağal suyu sadəcə adi içkidir. Lakin aparılan tədqiqatlar göstərir ki, bu içki susuzluğu aradan qaldırmaqdan daha çox faydaya malikdir. Bununla bağlı araşdırmanı "Medical Xpress" nəşri dərc edib. Araşdırma, portağal suyunun müntəzəm istehlakının immun hüceyrələrimizdək

6 dekabr
.

Təzyiqiniz normada olmur?

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. Axşam.az təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:. Quru əncir. Kalsium, fosforla zəngindir, ürək-damar sistemi üçün effektivdir. Kişmiş

29 noyabr
.

8 saatdan az yatmaq ömrü qısaldır - Alimlər

Oreqon Sağlamlıq və Elmlər Universitetinin alimləri müəyyən ediblər ki, yuxusuz qalmaq ömrü xeyli qısaldır. xəbər verir ki, tədqiqatın nəticələri "SLEEP Advances" jurnalında dərc olunub. Alimlər ABŞ-dəkı böyük milli məlumat bazasını təhlil edərək CDC tərəfindən 2019-2025-ci illərdə toplanmı

10 dekabr
.

Çipsdən niyə imtina etmək lazımdır? - Kardioloqlar açıqladı

Kardioloqların fikrincə, gün ərzində sağlam qəlyanaltılar istifadə etmək artıq çəkinin və ürək xəstəliklərinin qarşısını almağa kömək edir. Lakin nəyin yeyilməsi xüsusilə önəmlidir. Qaynarinfo xəbər verir ki, "Parade" nəşri üçün danışan kardioloqlar xəstələrinə uzaq durmağı tövsiyə etdiklər

8 dekabr
.

Bu ərzaqlar mənfi kalorilidir

Bəzi ərzaqlar sıfır və mənfi kaloriliyə malikdir. Söhbət o qidalardan gedir ki, onların həzm prosesinə tərkibində olduğu miqdarda və ya daha artıq kalori sərf olunur. "Qafqazinfo" xəbər verir ki, bu siyahıya göyərti, xiyar, yosunlar, kələm, qabaq, qulançar daxildir. Məsələn, xiyarın bir parçasınd

2 dekabr
.

Qocalmanı sürətləndirən üç gündəlik vərdiş

Qocalmanı hissolunmaz şəkildə sürətləndirən üç gündəlik vərdiş açıqlanıb. bildirir ki, bu barədə "LEVITA" beynəlxalq balet və dartınma studiyaları şəbəkəsinin həmtəsisçisi və məşqçi Kseniya Qufranova " nəşrinə müsahibəsində danışıb. Qufranovanın sözlərinə görə, qocalmanın əsas amili otura

30 noyabr
.

Zərərli bilinirdi, ömrü uzadırmış - Alimlər təsdiqlədi

Alimlər müəyyən ediblər ki, kakao və tünd şokoladda olan teobromin maddəsi bioloji qocalmanın daha yavaş getməsinə kömək edir. xəbər verir ki, araşdırma "King's College London" alimləri tərəfindən aparılıb və "Aging" jurnalında dərc olunub. Tədqiqat 2 böyük Avropa layihəsini

13 dekabr