Nabrandakı 13 istirahət mərkəzinə cərimə kəsildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının atılması, qalaqlanması, çirkab suların dənizə axıdılması hallarının qarşısının alınması məqsədilə birgə reyd keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti Sonxeber.az-a bildirib ki, reyd zamanı Xaçmaz rayonu Müqtədir-Nabran zonasında fəaliyyət göstərən istirahət mərkəzlərində, ictimai-iaşə obyektlərində formalaşan məişət tullantılarının və çirkab suların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı müəyyən edilib.
"Bulaq", "Üç qardaş", "Green ville", "Panorama", "Əlincə", "Raduqa", "Çıraq qala" və "Venesiya" istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanması, "Təbib", "Sunset", "Elay", "Jalə" istirahət mərkəzlərində və "Panorama" restoranında formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması faktları aşkar olunub.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 9400 manat məbləğində cərimə ediliblər. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli "məcburi göstəriş"lər verilib.
Reydlər davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Qalatasaray"dan gecə yarısı İkardi AÇIQLAMASI
"Pulu stolun üstünə qoydum, dedim ki, nə qədər qızıl varsa, götür"
Meyiti tapılan Müşfiq vaxtsız ölən əmisinin adını daşıyırmış - Fotolar
"Azərbaycan tarixində ən böyük amnistiya aktı gözlənilir" - AÇIQLAMA
Tanınmış qiraətçi Nadir Hüseynovun ölümü ilə bağlı yeni detallar məlum oldu (YENİLƏNİB)
Gündə bir fincan çay sümükləri qoruyur?
Gənc alimin ehtiyatsızlığına görə dünya ən qədim ağacını itirdi - 5 min yaşı var idi
Vardanyanın məhkəmə istintaqı yekunlaşdı
Bir neçə gün əvvəl əməliyyat olunmuşdu, bu gün vəfat etdi - Foto
Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
"Ailəsi məni istəməyə gəlmişdi, özü hoteldə yatırdı" - Video
"Amnistiya aktı ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir" - Deputat
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
Bakıdakı şadlıq sarayı istehlakçıları aldadırmış - Nöqsanlar aşkarlandı+Fotolar
13 nömrəli avtobus niyə gecikir? - RƏSMİ AÇIQLAMA