Arıqlamaq istəyən kişilərin diqqətinə!

Arıqlamaq istəyən kişilərin diqqətinə!Çəkiyə nəzarət etmək, daha fit bir görünüş əldə etmək və bununla yanaşı sağlamlığı qorumaq yalnız qadınlar üçün deyil, kişilər üçün də önəmlidir. Kişilər də sağlam həyata davam etmək üçün qidalanmada bəzi detallara əməl etməlidirlər.

Çəkili kişilərin qarşılaşa biləcəyi problemlər

Sonxeber.az saglamolun.az-a istinadən bildirir ki, kişilər qadınlara nisbətən çəkiyə nəzarət etməkdə daha şanslıdırlar. Çünki qadınların bədənindəki yağ toxuması daha çoxdur və maddələr mübadiləsi daha yavaşdır. Kişilər qadınlardan daha çox yemək yeyər, ancaq ani çəki artımı yaşamazlar. Maddələr mübadiləsi sürətlidir, daha güclü əzələ səviyyəsinə sahibdirlər və bədənləri yediklərini daha tez yandırmağa kömək edir.

Kişi və qadınların fiziki görünüşləri "alma" və "armud" olaraq dəyərləndirilir. Qadınların kiloları əsasən omba hissəsində toplandığından qadınlar "armud", kişilərdə isə bel hissədə toplandığından "alma" tipinə aid edilirlər. Kişilərdə daha çox rastlanan "alma tip köklük", yəni yağın bel əhatəsində toplanması şəkər, qaraciyər yağlanması, yüksək təzyiq, ürək xəstəlikləri, böyrək xəstəlikləri baxımından riskli bir vəziyyətdir. Kişilərin bel ölçülərində 102 sm-i keçmələri istənməz. Hətta yeni araşdırmalar bunun 94 sm olmasını məsləhət görür. "Armud tip köklük"də daha çox görülən qaraciyər yağlanması, bağırsaq xəstəliyi, prostat, sütun, ağciyər xərçəngi və ürək xəstəlikləri kişilərin diqqət etməsi gərəkən sağlıq problemlərinin başında gəlir.

Köklük isə bütün bu problemlərə təkan verir.

Sağlam arıqlamaq istəyən kişilərə qidalanma tövsiyələri

Ürək sağlamlığını qorumaq üçün həftədə ən az 2-3 dəfə balıq yeyilməlidir.

Xolesterolla bağlı problem varsa, qırmızı ət həftədə ən çox 2 dəfə yeyilməlidir . Həftədə 2 dəfə toyuq və hinduşka əti yeyilə bilər.

Yağ qəbulunu azaltmaq üçün süd və süd məhsullarını az yağlı yeməyə çalışın. Pendir miqdarına diqqət edin.

Gündə ən az bir yeməkdə tərəvəz olması vacibdir. Zeytun yağlı, qızarmış, salat şəkilində yeyilə bilər.

Gündə 2-3 pors meyvə yemək həm sağlamlığa, həm də çəkiyə nəzarət baxımdan faydalıdır.

Ürək sağlamlığını dəstəkləyən yağlı toxumlar miqdarını ötməmək şərtilə gündə yeyilməlidir - 3 qoz, 10 fındıq, 10 badam.

Həftədə 3-4 gün 45-50 dəqiqə müntəzəm idman edin.

Qaraciyər yağlanması, bağırsaq xəstəliyi və çəki problemi olanlar içki qəbuluna diqqət yetirməlidir. Həftədə 1-2 gün 2 qədəh şərab, 2 pivə, 1 vodka, ya da 1 qədəh araq içilə bilər.

Aşağıdakı vitamin və minerallardan çox qəbul edin

Likopen pomidor, qarpız, qreyfurt kimi qidalarda çoxdur. Prostat və ağciyər xərçəngi riskini aşağı salır.

B6, B12 və fol turşusu qandakı homsistein səviyyəsini aşağı salaraq ürək-damar xəstəlikləri riskini azaldır.

Selenium, C və E vitaminləri cinsı sağlığa kömək edir və məhsuldarlığı artırır.

Sink və fol turşusu da eyniylə məhsuldarlığı artırmaq üçün faydalıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1056   Tarix: 22 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?

Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli

17 sentyabr 2021
.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI

Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima

12 sentyabr 2021