Azərbaycanda 100 il bundan əvvəl öldürülmüş insan cəsədi aşkarlandı - FOTO

Azərbaycanda 100 il bundan əvvəl öldürülmüş insan cəsədi aşkarlandı - FOTOXaçmazda türk hərbçilərin basdırıldığı ehtimal edilən məzarlıqda 100 il bundan əvvəl öldürülmüş insan skleti aşkarlanıb.

Sonxeber.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, Xaçmaz rayonu Pirquluoba kəndi ərazisində institutun aparıcı lmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevin rəhbərlik etdiyi ekspedisiyası tərəfindən aparılan tədqiqatın ilkin nəticələri əldə edilb.

Q.A\ğayevin sözlərinə görə, 2017-ci ildə Xaçmazın Pirquluoba və Qoçaqlı kəndinin sakinləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna və Xaçmaz icra hakimiyyətinə rəsmi müraciət edərək Pirquluoba kəndinin inzibati ərazisinə daxil olan və yerli əhali tərəfindən "Şəhidlik" adlandırılan massivdə arxeoloji araşdırma aparılmasını xahiş ediblər. Yerli əhalinin nəsildən-nəsilə ötürülən xatirələrinə əsasən, deyilən ərazidə 1918-ci ildə Azərbaycan xalqını işğalçı erməni-bolşevik rejimindən xilas etmiş Qafqaz-İslam Ordusunun hərbçiləri dəfn ediliblər:

"Məsələ ictimailəşəndən sonra Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da bu il fevral ayının 23-də Xaçmazın Pirquluoba kəndinə gələrək yerli əhali ilə görüşmüş, türk hərbçilərin basdırıldığı ehtimal edilən məzarlığa baş çəkmişdi".

Q.Ağayevin bildirdiyinə görə, bu ilin iyul ayından etibarən Pirquluoba kəndinin yaxınlığındakı 4 hektar 82 kv.m sahəni əhatə edən massivin 50 sotluq sahəsində arxeoloji tədqiqatlar aparılıb. Tədqiqatlar nəticəsində islam qanunlarına uyğun olaraq üzü Qibleyə doğru istiqamətlənmiş skeletin aşkar olunduğu 2 saylı qəbirdən götürülmüş insan qalıqları Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təqdim edilib. Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin açıqladığı ilkin rəyə görə, insan qalıqları 100 il bundan əvvəl öldürülmüş (skelet qalıqlarında ölümə səbəb ola biləcək mexaniki zədə izləri aşkar edilib) 15-25 yaş arasında insana məxsus olub.

Q.Ağayev bildirib ki, indi burada dəfn edilən insanların hansı şəraitdə ölməsinə tarixi və arxiv araşdırmalarından sonra son rəy veriləcək.

Xatırladaq ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevin rəhbərlik etdiyi arxeoloji ekspedisiya 2007-ci il iyulun 13-dən 2008-ci il 8 sentyabra qədər Quba soyqırımı məzarlığı ərazisində tədqiqatlar aparmışdır.

Həmçinin, bu il aprelin 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında Azərbaycan mədəni irs abidələrinin, Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Milli irs" mükafatına layiq görülüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1891   Tarix: 26 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021