Daha qripə tutulmayacaqsınız: universal "nanovaksin" yaradıldı

Daha qripə tutulmayacaqsınız: universal "nanovaksin" yaradıldıABŞ-ın molekulyar biologiya mütəxəssisləri qripin nadir və geniş yayılmış ştamlarından qoruyan nanovaksin yaradıb və onun təsirini siçanlar üzərində yoxlayıblar.

Sonxeber.az "azərtac"a istinadla xəbər verir ki, alimlərin tədqiqatı barədə məlumat PNAS jurnalında yer alıb.

"Bizim yeni vaksin həm infeksiyaya hüceyrə reaksiyasını təmin edən T-hüceyrələrinə, həm də antitel hasil edən B-hüceyrələrinə təsir göstərir. Bundan başqa, onun işinin səmərəliliyi üzərində mikroiynələr dəsti olan məlhəm hesabına daha da yaxşılaşdırılıb. Bütün bunlar qripə qarşı ucuz universal vaksinin yaradılmasına yol açır", - deyə Corciya ştatı universitetindən (Atlanta şəhəri, ABŞ) Bao-Çjun Van deyib.

Bu ilin əvvəlində Van və onun həmkarları insanları və heyvanları A qripinin, demək olar, bütün ştamlarından qoruyan universal nanovaksinin ilk prototipini yaradıblar. Qeyd edək ki, bəşər tarixində bu xəstəliyin ən ciddi epidemiyaları A virusu ilə bağlıdır.

Bu prototipin uğurlu sınağı alimləri belə bir fikir üzərində düşünməyə sövq edib: bunu qripin bütün növlərinə qarşı mübarizə aparmağa yönəltmək və onun təsirini gücləndirmək mümkündürmü? Bu ideyanı rəhbər tutan alimlər nanohissəciklərin strukturunda dəyişiklik edərək yağ komponentlərini virusun digər zülal komponentlərinə dəyişiblər.

Siçanlar üstündə aparılan təcrübə göstərib ki, vaksinin yeni versiyası gəmiriciləri virusların həm epidemik versiyasına, həm də daha nadir növlərinə aid qrip ştamlarının ölümcül dozalarından qoruyub.

Növbəti eksperimentlər və bu nanohissəciklərə virusun digər elementlərinin əlavə edilməsi, Vanın sözlərinə görə, insanı təkcə nadir və A növ viruslardan deyil, qripin bütün növlərindən qorumaq iqtidarında olan təsirli universal vaksin yaratmağa imkan verəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1055   Tarix: 31 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

9 sentyabr 2021
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021