Aqil Ələsgər: "Yanlış anlaşılmaydı, bitdi"

Aqil Ələsgər: "Yanlış anlaşılmaydı, bitdi"İyulun 30-u axşam saatlarından etibarən ətrafla əlaqəsi kəsildiyi üçün barəsində heç bir xəbər əldə edilməyən "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər artıq evindədir.

Sonxeber.az yenicag.az-a istinadla xəbər verir ki, təqribən sutka yarım ərzində haqqında hər hansı məlumat olmayan Aqil Ələsgər üzləşdiyi durumla əlaqədar narahatlıq keçirənlərə minnətdarlığını bildirib. Baş redaktor narahatlıq üçün əsas olmadığını deyib:

"Yanlış anlaşılmadan dolayı belə bir vəziyyət yarandı və qısa müddətdə çözüldü. Diqqətinizə çatdırmaq istərdim ki, heç bir problem yoxdur.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov başda olmaqla, mənə görə narahat olan, dəstəyini əsirgəməyən bütün dostlarımıza, həmkarlarımza təşəkkür edirəm.

Bir daha qeyd edirəm ki, mənimlə bağlı hər hansı problem yoxdur. Biz hər zaman Azərbaycan dövlətinin, cənab Prezident İlham Əliyevin əsgəriyik. Dövlətimiz bizi harada görmək istəyərsə, orada şərəflə dövlətimizə xidmət edəcəyik.

Hazırda evimdəyəm, sabahdan etibarən yenidən işimin başında olacam və fəaliyyətimi davam etdirəcəm".

Qeyd edək ki, jurnalist 2 gün öncə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1756   Tarix: 01 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi

Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu

18 oktyabr
.

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev

14 oktyabr
.

Qız nişanlısı ilə olan fotolara görə toyu ləğv etdi

Ukraynalı qadın nişanlısının onunla birlikdə çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşmaqdan imtina etməsi səbəbindən toyunu ləğv edib. xarici mediaya istinadən xəbər verir ki, Valentina adlı qadının sosial şəbəkələrdə fəal olan nişanlısı onunla birlikdə çəkdirdiyi fotoları paylaşmaq istəməyib. Qadını

18 oktyabr
.

İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça

17 oktyabr
.

Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü

Şamaxı rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. xəbər verir ki, hadisə rayonun Çuxuryurd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı evin həyətində su ilə dolu beton çənin içərisinə düşərək həyatını itirib

19 oktyabr
.

Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub

10 oktyabr
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl

4 oktyabr
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub

17 oktyabr
.

Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib

Qaxın Zəyəm kəndində məktəbdə yıxılan şagird xəsarət alıb. APA-ya istinadən xəbər verir ki, kənd sakini 2012-ci il təvəllüdlü İ.Mustafazadə təhsil aldığı Zəyəm kənd tam orta məktəbində yıxılaraq xəsarət alıb. 9-cü sinif şagirdi olan İ. Mustafazadə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Ona ilki

20 oktyabr