"Alo" kəlməsi haqqındakı əfsanəni unudun: Bellin sevgilisinin baş hərfləri deyilmiş

"Alo" kəlməsi haqqındakı əfsanəni unudun: Bellin sevgilisinin baş hərfləri deyilmişUzun illərdir internetdə yayılan bir hekayəyə görə hər gün işlətdiyimiz "ALO" kəlməsi guya onu icad edən Aleksandr Qrem Bellin sevgilisi Allessandra Lolita Osvoldonun adının baş hərfləridir.

Türkiyəli tədqiqatçılar bu hekayənin həqiqətə uyğun olmadığını ortaya çıxarıblar.

Hekayədə qeyd olunur ki, Bell telefonu icad etdiyində sınaq üçün ilk zəngi sevgilisinin evinə edir və gənc qadın da hər dəfə dəstəyi qaldıranda, "Allessandra Lolita Osvoldo?", - deyə cavab verir. Beləliklə, zaman keçdikcə bu ad "ALO"ya çevrilir.

Lakin Allessandra Lolita Osvoldo ilə bağlı mənbələrdə heç bir qeydə rast gəlinmir. Digər bir tərəfdən Bellin şotland olduğunu və həyatının böyük bir hissəsini Şotlandiya, İngiltərə və Amerikada keçirdiyini nəzərə alsaq, ən azından ingilis mənbələrində "Allessandra Lolita Osvoldo" ilə bağlı bir neçə kəlməlik də olsa məlumat olmalı idi.

Qrem Bellin geniş yayılan bu fotosunu onun həyat yoldaşı Mabel Qardiner Habbard Bell çəkib.

Bell qısa müddət Bostonda yerləşən "Horace Mann School for the Deaf"da (Horace Mann eşitmə məhdudiyyətlilər üçün məktəb) çalışıb. Elə həyat yoldaşı ilə də burada tanış olublar. Mabel Qardiner Habbard Bell də eşitmə məhdudiyyətli idi. Məhz Qrem Bellin telefonu yaratmaqda məqsədinin əslində həyat yoldaşına eşitmə qabiliyyətini geri qazandırmaq olduğu yazılı mənbələrdə var. Həmçinin cütlük elə telefonun patentinin alınmasından 1 il sonra ailə həyatı qurublar. Yəni, o illərdə Qrem Bellin sınağı məhz sevgilisinin evinə zəng vurmaqla aparması uydurmadan başqa bir şey deyil.

"Hello"dan "Alo"ya

Tədqiqatçıların fikrincə "Alo" kəlməsi fransızların "hello"nun başqa versiyası kimi işlətdikləri "allo" sözündən gəlir.

Telefonun ilk icad edildiyi illərdə də hansı salamlama kəlməsindən istifadə edilməsi mövzusu aktual idi. Belə ki, Qrem Bell ingiliscə olan "Ahoy!" kəlməsinin işlədilməsinin tərəfdarı olsa da, Tomas Edison orta əsrlər dialektində yer alan və günümüzdə də geniş istifadə edilən "Hail!"in təhrif edilmiş forması olan "Hello!"nun istifadəsini uyğun hesab edirdi.

qaynarinfo


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2776   Tarix: 03 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"

8 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021