Xəzər dənizi ilə bağlı - 10 SİRR

Xəzər dənizi ilə bağlı - 10 SİRRDünyanın ən böyük gölü bir çox münasibətlər üçün unikaldır və sirlərlə doludur.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, 12 avqustun beynəlxalq "Xəzər günü" ərəfəsində "Eto Kafkaz" portalı bu sirlərin bəzilərindən danışıb.

Dəniz və ya göl?

Xəzər göldür, çünki dünya okeanı ilə heç bir əlaqəsi olmayan qapalı su hövzəsidir. Ancaq onu dəniz adlandırmaq da yanlış deyil. Ölçüsünə (təxminən 390 min kvadrat kilometr), dərinliyinə (1025 metr), duzluluğuna və geologi strukturuna görə bu, dənizdir. Bundan başqa, Xəzər keçmişdə Kumo-Manıç çökəkliyi vasitəsilə Azov dənizi ilə birləşirmiş.

Milyon il əvvəl isə bu yerlərdə Tetis okeanı olub. Xəzər, Qara, Azov və Aral dənizləri, eləcə də, Balaton və Macarıstan gölləri Tetis okeanının qalıqlarıdır.

Xəzərlər kimlərdir?

Xəzər dənizini müxtəlif cür adlandırırlar: Hirkan, Xvalın, Xəzər, Abeskun, Saray, Sixay, Dərbənd, Tabasaran, Mazandaran, Türkmən, Həştərxan, Xoranasan dənizi...

Xəzərin indiki adı yenidir və Strabonun "Coğrafiya" kitabından bizə məlumdur. Əfsanəyə görə, bu adı eramızdan əvvəl burada yaşayan xəzərlərin əsirləri olan konevodlar qoyub.

Narnin krallığının Xəzərlər adlandırıldığı ilə bağlı isə yalnız Klayv Steypls Lyuis məlumatlıdır.

Dəniz niyə "nəfəs alır"?

Tarixçilər bildirirlər ki, Xəzər dənizinin səviyyəsi hər zaman dəyişkən olub – gah qalxıb, gah enib. Xəzərin səviyyəsinin nəzərəçarpacaq dərəcədə, yəni iki metrdən çox qalxması sonuncu dəfə 1978-1995-ci illərdə olub, ancaq yenə Xəzər dünya okeanı səviyyəsindən aşağıda olub. Son dörd ildə dənizin səviyyəsi 30 santimetrədək azalıb, indi isə biz 20 santimetr çərçivəsində qalxma və enmə müşahidə edirik.

Tarixi xronikalara əsasən, keçmişdə dənizin səviyyəsi daha çox qalxır, miqrasiya və ticarət yollarını, eləcə də, yaşamış məntəqələrini su altında saxlayırmış. İstisna deyil ki, Xəzərin dərinliyində qədim şəhərlərin qalıqları da var.

Bu qeyri-stabilliyin izahının bir neçə səbəbi var. Alimlərin əksəriyyəti əmindir ki, suyun səviyyəsi iqlim dəyişikliyindən və Xəzəri qidalandıran nəhəng Volqa çayından asılıdır.

İtil – Xəzər Atlantidası?

Xəzər xaqanlığının əfsanəvi paytaxtı olan İtil şəhəri, bəzi məlumatlara görə, Volqa çayının deltasında, digər məlumatlara görə, Dağıstanın şimalındakı adada yerləşirdi. Onun axtarışları ilə xeyli arxeoloq məşğul olsa da, İtillə bağlı heç bir iz aşkar edilməyib.

Onun divarlarının Xəzərin dərinliklərində olması mümkündür. Məlumatlara görə, Xəzər xaqanlığının varlığına X-XII əsrlərdə - Xəzərin səviyyəsinin qalxdığı dövrdə son qoyulub.

İspaniyanın tarixi arxivlərində xaqan Yusifin dostu ispan keşişinə yazdığı məktub saxlanılır:

"Mən çox qocalmışam, ancaq bizim yerli üzümün dadını hələ də xatırlayıram. Ancaq o gözəl məhsulu verən yer batıb. Üzümçülər qalmayıb, onların yerində qamışlar meydana gəlib və bizim adamız batır".

Bununla bağlı dağıstanlı tarixçi Murad Maqomedov öz kitabında yazıb.

Xəzər dənizini bir neçə dəfə keçən səyahətçi Yevgeni Qvozdev deyirdi ki, Kalmıkin sahillərində yaxtasında üzərkən 3-4 metr dərinliyində insan əməyi ilə hazırlanmış daşlar görüb.

Bu barədə Dağıstanın Coğrafiya Cəmiyyətinin rəhbəri Eldar Eldarov məlumat verib. Qvozdev 10 il əvvəl növbəti səyahəti zamanı ölüb.

Səbaili kim tikdirib?

İtil yarımmistik şəhərdirsə, sualtı Səbail real faktdır. Səbail qalası XIII əsrdə Bakı yaxınlığındakı Bail buxtasında yerləşən adada, sahildən 350 metr aralıda tikilib. Dənizin səviyyəsinin qalxması ilə qala tamamilə suyun altında qalıb. Arxeoloqlar dənizin dərinliyindən üzərində heyvan, bitki və insan təsviri olan, eləcə də, ərəb dilində ifadələrin yer aldığı "Bayıl daşlarını" çıxarıblar.

Onların birinin üzərində bu fikirlər yazılıb: "Allahın köməkçisi, ədalətli və müdrik padşah Əl əd-Dunay va-d-Dinin dövründə, hicri təqvimi ilə 632-ci ildə" (1234/35-ci illərdə). İstər-istəməz Ələddin və cin tərəfindən tikilmiş saray haqqında nağıl yada düşür.

İndi "Bayıl daşları" Bakının "Şirvanşaylar sarayı" muzeyində saxlanılır.

Xəzərdə aysberq var?

Cənub dənizində aysberq yoxdur, ancaq bir dəfə "Titanik" faciəsi kimi hadisə baş verib. 1953-cü ildə kəskin istiləşmə nəticəsində şimalda qırılan buz qalığı qarşısına çıxan neft buruqlarını və estakadaları dağıdaraq cənuba doğru hərəkət etməyə başladı.

Körpünün qarşısında dayanan katerlərdən biri çevrildi və göyərtədəki bütün komanda həlak oldu. Buzu əritmək üçün insanlar aysberqə bomba atır, onun üzərinə kömür tozu səpirdilər, ancaq bu kömək olmadı. Dağıstan və Azərbaycanın sahil zolağında yerləşən neft mədənləri tamamilə dağıldı.

Su niyə soyuyur?

Yayın ortasında Xəzərdə suyun temperaturu 26-28 dərəcəyə qədər yüksəlir, ancaq elə vaxt olur ki, iyul və ya avqust aylarında suyun temperaturu 10 dərəcəyə qədər enir. Mahaçqalalılar bu zaman "dənizin rəngə çaldığını" deyirlər, çünki suda çox sayda üzən yosunlar meydana gəlir.

Alimlər isə bu halı "apvellinq" termini ilə adlandırırlar, bu zaman suyun dərin qatı üzə qalxır. Xəzərin Dağıstan sahillərində külək olan zaman belə hallar baş verib. Külək dəyişdikdən bir neçə gün sonra su yenə isinir.

Xəzərin duzluluğu nə qədərdir?

Xəzər 130 böyük və kiçik çayların hesabına dolur. Bunlar Volqa (70 faiz axıdılması), Terek, Sulak, Samur, Kür, Səfidrud, Ural, Emba və başqalarıdır. Onlar şirin su gətirir. Ancaq Xəzər duzlu okeanın qalığıdır. Onun ətrafında duzlu torpaqlar var.

Türkmənistanda Qara-Boğaz-Qol hövzəsi var ki, burada mirabilitin duzunu çıxarırlar, bu bölgədə su da çox duzlu olduğu üçün yerli camaat dənizi "ağ qızıl dənizi" adlandırırlar. Şimal-Qərb istiqamətində isə dəniz suyu Volqa çayının hesabına az duzludur.

Dənizin dərinliyində nə var?

300 il əvvəl Baltik dənizindən Avropaya pəncərə açan I Pyotr Şərqə tərəf yönəlib və Asiya üçün Xəzər istiqamətindən qapı açmaq qərarına gəlib. Bunun üçün Volqada 274 gəmidən ibarət donanma hazırlanıb. Bu gəmilərin əskəriyyəti 1722-ci ildə Pyotrun İrana yürüşü zamanı fırtınalar zamanı məhv olub.

Dərbənd buxtasında bu gəmilərin qalıqları hələ də var. Dəniz gəmilərin qalıqlarını Tülen adasına da atıb, ancaq onları araşdırmaq mümkün olmayıb. Təsəvvür etmək çətindir ki, Xəzərdə baş verən gəmi qəzalarında nə qədər insan ölüb və xəzinələr batıb.

Xəzərdə hansı canlılar yaşayır?

Suların qəhrəmanı Runan şah – İranda dənizdə yaşayan insanabənzər varlığı belə adlandırırlar – balıqların müşayiəti ilə peyda olur. 2005-ci ildə bu varlıq "Bakı" adlı balıq gəmisindən görünüb və hətta gəmi kapitanı bu hadisənin təfərrüatı ilə bağlı İran qəzetinə müsahibə verib.

İnsan-amfibiya haqqında başqa sübutlar, təəssüf ki, yoxdur. Ancaq onsuz da Xəzərin faunası heyrətləndirir. Bir müddət öncə Xəzərdə uzunluğu 2 metr, ağırlığı 2 ton olan nərə və ağ balığa rast gəlinib.

Təəssüf ki, dinozavrların müasirləri olan bu heyrətləndirici balıqlar brakonyerlərə, su elektrik stansiyaları və akvatoriyanın çirklənməsinə görə məhv olma təhlükəsi ilə üz-üzədir. Nadir Xəzər suitisinin də xilas edilməsinə ehtiyac var.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3663   Tarix: 11 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)

Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki

19 dekabr
.

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum". AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəx

19 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

Köhnə binalarda yaşayanların nəzərinə: "Ev pulu" artırılır?

Hazırda əmlak bazarında çoxmərtəbəli binaların idarə olunması iki yolla aparılır. Birincisi binanı tikən MTK, ikincisi isə Mənzil İstismar Sahələri tərəfindən. MİS-lər əsasən ötən əsrdə istismara verilmiş binalara xidmət edir. Baxmayaraq ki, Mənzil Məcəlləsində MİS-lərin fəaliyyəti ilə bağlı heç bi

19 dekabr
.

"Qeysəriyyə əməliyyatlarının sayı 10 faizədək azalıb" - Vüqar Qurbanov

"TƏBİB-in tabeleyindəki tibb müəssisələrində normal doğuşların sayı 27 min 679 olub ki, bu da 2024-cü il ilə müqayisədə 11 faiz artım göstərir". xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr
.

Sübh namazına gedən sakin mollanın cavabına olan təəccübünü gizlədə bilmədi - VİDEO

Kənddə sübh namazı üçün məscidə gedən bir vətəndaşın yaşadıqları sosial mediada gündəm olub. Məscidə çatdıqda mollanın orada olmadığını görən sakin vəziyyəti aydınlaşdırmaq üçün mollanın lojmanına gedib. türk mediasına istinadən xəbər verir ki, mollanın icazəli olduğunu deməsinə baxmayaraq, buna inanmadığın

19 dekabr
.

Fərid Mansurov maşını əks istiqamətdə saxladı - Video

Olimpiya çempionu, Azərbaycan İdman Akademiyasının rektorunun müşaviri Fərid Mansurov avtomobilini Ağ Şəhərdə yol kənarındakı parkinqdə əks istiqamətdə saxlayıb. "Qafqazinfo" xəbər verir ki, tanınmış idmançıya məxsus olan 10-FM-010 dövlət qeydiyyat nişanlı avtomobilin parkinqdə saxlanma vəziyyət

19 dekabr
.

Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər mediada uşaqların üzlərinin açıq şəkildə yayımlandığı hallara tez-tez rast gəlmək olur. Bu, sadəcə görüntü paylaşımı deyil - uşaqların təhlükəsizliyinə birbaşa təsir edir və psixoloji, sosial problemlərə səbəb ola bilər. Media qurumları uşaqların hüquqlarını və təhlükəsizliyini ön planda saxlamalı

19 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr