Azərbaycanda kağız biznesi - 1 tonu 50-60 manat

Azərbaycanda kağız biznesi - 1 tonu 50-60 manatBir vaxtlar Azərbaycanda makulaturanı (kağız tullantıları, yenidən kağız istehsal etmək üçün işlənilən kağız vərəqlər) müvafiq müəssisələrə yığıb təhvil vermək ənənəsi olsa da, hazırda buna çox az rast gəlinir.

Bu ənənənin yenidən dirçəldilməsi isə həm ətraf mühitin qorunmasına müəyyən töhfə verər, həm də gəlir mənbəyi olar.

Hazırda ölkədə kağız tullantılarının yığımı ilə məşğul olan müəssisələrdən biri "Azərsun Holdinq" MMC-nin Kağız və karton istehsalı kombitanının Kağız tullantılarının tədarükü müəssisəsidir.

Sonxeber..az xəbər verir ki, kombinatın tədarükçüsü Şaban Şener Trend-ə bildirib ki, müəssisə gün ərzində 4 min ton kağız qəbul edir.

Onun sözlərinə görə, 1 ton kağız istehsalı üçün 17 şam ağacı kəsilir. Yəni, belə demək mümkünsə, kombinata bir ton kağız təhvil verən şəxs 17 ağacı qorumuş olur.

Ş.Şener bildirib ki, kağız tullantılarını təhvil verən şəxs ətraf mühiti qorumaqla yanaşı, bu işdən maddi xeyir də götürür:

"Ölkənin 26 rayonunda kombinatın müəssisələri var. Əgər köhnə kağız müəssisəyə təhvil verilirsə, hər tonuna görə 65 manat, səyyar şəkildə, yəni yerlərdə təhvil alınırsa, 50 manat ödənilir. Hazırda Quba rayonundan müraciətlər daha çoxdur".

Kombinat nümayəndəsi onu da əlavə edib ki, müəssisənin tələbatını qarşılamaq üçün xaricdən də kağız tullantıları gətirməli olurlar:

"Əhali arasında bu işə maraq azdır, onlar əksər hallarda kağızı tullayır, yaxud da yandırırlar. Təkrar kağız emalı fabriki tərəfindən "Təbiəti qoruyaq" layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində Bakı və rayonlardakı dövlət müəssisələrində yaşıl qutular yerləşdirilib. Lazımsız kağız və kitabları istənilən vaxt oraya təhvil vermək olar".

Qeyd edək ki, kağız tullantıların təkrar emalı üçün "ASAN xidmət" mərkəzlərinə də müraciət etmək mümkündür.

Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev Trend-ə açıqlamasında bildirib ki, kağız tullantıları 300 kq-dan çox olduğu təqdirdə, bir həftə ərzində səyyar şəkildə təhvil alınır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3344   Tarix: 21 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yaşar Nurinin qızı tənqidlərə cavab verdi - Video

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı bacısı vəfat edəndən bir neçə gün sonra efirə çıxmasına görə tənqid olunub. Axşam.az xəbər verir ki, Ülkər efirdə və sosial şəbəkədə onu tənqid edənlərə cavab verib. "Sözüm efirdə olan insanlaradır. Boş və çox danışırlar. Niyə həmişə mən hədə

17 dekabr
.

Ölkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi

Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki

16 dekabr
.

"Müasir ailə əbədi birlik ideyasından uzaqlaşaraq, son istifadə tarixi olan bir müqaviləyə çevrilməkdədir" - AÇIQLAMA

Müasir dövrdə ailə institutunun zəifləməsinin altında bir yox, bir neçə ciddi səbəb yatmaqdadır. Bəs bu səbəblər nələrdir? . Sosioloq Yusif Nəbiyev bu barədə -a danışıb:. "Bunları sıralayacaq olsaq, ilk növbədə qloballaşma fonunda fərdiyyətçi, materialist qərb dəyərlərinin yayılması və yerləşməsin

16 dekabr
.

"Amnistiya aktı ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir" - Deputat

Xəbər verdiyimiz kimi bu il Prezident İlham Əliyevin sərəncamı ilə 200-dən artıq məhkum edilmiş şəxs əfv edilib. İlin sonunadək amnistiya aktının da qəbul ediləcəyi də gözlənilir. Bele ki, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Bununla bağlı -a danışan deputa

17 dekabr
.

18 yaşadək işçilərlə bağlı yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib. "Qafqazinfo" xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmə

16 dekabr
.

Göyçə gölündən ən yeni görüntülər - Möhtəşəm qış mənzərəsi

AzTV Bala Göyçə və Böyük Göyçə göllərindən yeni görüntülər təqdim edib. Qaynarinfo xəbər verir ki, möhtəşəm qış mənzərəsini özündə əks etdirən bu kadrları təqdim edir:

17 dekabr
.

"Yerdəki 100 manatı götürmək istəyəndə yıxıldı" - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Universitetində 18 yaşlı tələbə yıxılaraq xəsarət alıb. "Qafqazinfo"nun məlumatına görə, şahidlər hadisənin detalları barədə "Baku TV"yə danışıblar. "Yerdə 100 manat var idi. Onu götürmək üçün döşəmənin üstünə hoppandı. Həmin yer qırıldı və aşağ

15 dekabr
.

Bakıda məşhur mağazadakı fincanlarda ağır metallar aşkarlandı - Birgə məlumat

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə Polşadan daxil olan məlumata əsasən, Çində fəaliyyət göstərən "Market Union Co. Ltd" şirkəti tərəfindən istehsal edilən şüşə fincanlard

15 dekabr
.

Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verildi

Kikboksçu Tülin Ələkbərova və tələbəsi Abbas Rəhimlinin barələrində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənləri

16 dekabr