Azərbaycan universitetlərində ən bahalı ixtisaslar – SİYAHI
Azərbaycanda abituriyentlərin ali təhsil müəssisələrinə qəbulu başa çatıb. Artıq hər kəs oxuyacağı universiteti seçib. Bəs, ölkədə ödənişi ən yüksək olan ixtisaslar hansılardır?
Sonxeber.az Oxu.az-a istinadən ölkədəki ödənişləri yüksək olan ixtisasları təqdim edir:
Bakı Dövlət Universitetinin hüquq ixtisası 4500 AZN, beynəlxalq münasibətlər ixtisası 2900 AZN, dünya iqtisadiyyatı ixtisası 2500 AZN, iqtisadiyyat ixtisası2100 AZN, tarix ixtisası 2100 AZN, filologiya ixtisasında 2100 AZNə təhsil almaq mümkündür.
Azərbaycan Diplomatik Akademiyası (ADA)
ADA-da hüquq fakültəsi 6500 AZN, beynəlxalq əlaqələr ixtisası 6000, biznesin idarə edilməsi ixtisası 6000, İnformasiya texnologiyaları ixtisası 6000 AZN təşkil edir.
Azərbaycan Dillər Universiteti
ADU-da Azərbaycan dili müəllimliyi ixtisası 2500 AZN, tərcümə ixtisası 2500 AZN, regionşünaslıq ixtisası 2500 AZN, beynəlxalq münasibətlər ixtisası2500 AZN, ingilis dili müəllimliyi ixtisası 2500 AZN, ingilis dili filologiyası ixtisası2500 AZN, ingilis dili tərcümə ixtisası 2500 AZN təşkil edir.
Burada ən aşağı təhsil haqqı isə alman və fransızdilli ixtisaslardadır – 1000 AZN.
Azərbaycan Tibb Universiteti
ATU-da müalicə işi fakültəsi 4500 AZN, əczaçılıq ixtisası 4000 AZN, stomotologiya ixtisası 4000 AZN, tibbi profilaktika ixtisası 4000 AZN-dir.
Xəzər Universiteti
Burada müəllimlik ixtisası 4500 AZN, iqtisadiyyat ixtisası 4000 AZN, tərcümə ixtisası 5000 AZN, mühəndislik ixtisası 4500 AZN, turizm ixtisası 5000 AZN təşkil edir.
Dövlət İdarəçilik Akademiyası
Akademiyada kompüter elmləri ixtisası 2500 AZN, politologiya ixtisası 3000 AZN, beynəlxalq münasibətlər ixtisası 3000 AZN, hüquqşünaslıq ixtisası 3000 AZN, dövlət və bələdiyyə idarəetməsi ixtisası 3000 AZN, menecment ixtisası 2500 AZN, iqtisadiyyat ixtisası 2500 AZN-ə təhsil almaq imkanı ıldı edə bilərsiniz.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
ADNSU-da təhsil almaq üçün neft və qaz ixtisası 2100 AZN, kompüter elmləri ixtisası ixtisası 1800 AZN, kompüter mühəndisliyi ixtisası 1800 AZN, sənayenin təşkili və idarə olunması ixtisası 2100 AZN-dir.
Universitetlərin təhsil haqlarına nəzər salsaq, məlum olur ki, son beş il ərzində ixtisasların ödənişləri artıb.
Belə ki, təhsil haqqı 200-1500 manat miqdarında yüksəlib. Məsələn, Azərbaycan Tibb Universitetində beş il əvvəl ixtisaslarda ödəniş 2000 AZN, ötən il 3000 AZN, bu isə 4500 AZN-dir. Bakı Dövlət Universitetində isə hüquq 2500 AZN idi. İndi isə bu rəqəm 4500 AZN təşkil edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"2026-cı il Azərbaycanda böhranın başlanğıcı olacaq"- iqtisadçı NATİQ CƏFƏRLİ
Vüqar Əhməd saxlanılıb? - Özü danışdı+Yenilənib
İcra başçısı baş mütəxəssisi işdən çıxardı
Sonsuz yalan danışırlar: Xroniki yalançıların 11 vərdişi
Vardanyanın məhkəmə istintaqı yekunlaşdı
Dünyanın ən ağır binası hər il altı millimetr dərinə gedir
Yeni ildə bu rəngləri geyinməyin: onlar xoşbəxtliyi, pulu və sevgini uzaqlaşdırır
Dünyada ən sürətli heyvan hansıdır?
Bəylər Eyyubovun general qardaşı oğlu işdən çıxarıldı
Rüşvət verib "sertifikatlar" alan plastik cərrahlar - Üzərində "ölüm işi" olan da var
"Yerdəki 100 manatı götürmək istəyəndə yıxıldı" - Video
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 10 məsələ var
Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası imiş (YENİLƏNİB)
Bir neçə gün əvvəl əməliyyat olunmuşdu, bu gün vəfat etdi - Foto