Avtobuslar qışa hazırdırmı?
Bakıda sərnişindaşıma sahəsində monitorinqlərə başlanılıb.
Bunu açıqlamasında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə, monitorinqlərin aparılmasının əsas məqsədi payız-qış mövsümündə avtobusların sərnişindaşımada fasiləsiz işini təmin etməkdir.
Mindən çox avtobusda seçmə üsulla monitorinqlər keçirildiyini deyən Ş.Mehmanqızı qeyd edib ki, ümumilikdə nəqliyyat vasitələrinin qış mövsümünə hazırlığı qənaətbəxş hesab edilsə də, çatışmazlıqlar var: "Oktyabr ayında da belə monitorinq keçirilib. Həmin monitorinqlər zamanı bir neçə nəqliyyat vasitəsində çatışmazlıqlar aşkar olunub. Amma bu çatışmazlıqların qısa zamanda aradan qaldırılması üçün xüsusi tapşırıqlar verilib. Hazırda bu istiqamətdə işlər aparılır".
Monitorinqlərə xüsusi komissiyalar tərəfindən nəzarət edildiyini vurğulayan qurum rəsmisi bildirib ki, soyuq aylarda sərnişindaşıma sahəsində ciddi fəsadların baş verməməsi üçün sürücülər də təlimatlandırılır: "Təlimatlarda məqsəd mürəkkəb sürücülərə çətin şəraitində və soyuq havalarda yollar buz bağlayarkən daha diqqətli olmalarını aşılamaqdır. Sürücülər avtobusların idarə edilməsi zamanı təhlükəsizlik qaydalarına çox diqqətlə riayət etməlidirlər".
Qeyd edək ki, bütün bu tədbirlər "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili" MMC tərəfindən həyata keçirilir.
trend
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 534 Tarix: 12 noyabr 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda ciyərləri zədələyən virus yayılır? - Rəsmi açıqlama
Son günlər əhali arasında yeni virusa yoluxma hallarının artması müşahidə olunur. Xəstəlik yüksək hərarət və ağciyərlərə təsiri ilə xarakterizə edilir, əlamətləri isə "COVID-19" virusunu xatırladır. Bu durum əhali arasında müəyyən narahatlıq yaradıb. Məsələ ilə bağlı -a açıqlama verən Səhiyy
17 dekabr3 qohumunun ölümünə səbəb olan sürücüyə - Bu cəza verildi
Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudova hökm oxunub. Bildirilib ki, hadisə ötə
16 dekabrSabah yağış yağacaq?
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şər
16 dekabr13 nömrəli avtobus niyə gecikir? - RƏSMİ AÇIQLAMA
Saytımıza 13 nömrəli avtobus marşrutu ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Sərnişinlər avtobusun təxminən yarım saat gecikdiyini bildirirlər. Hətta bu gün saat 10:00-10:30 aralığında gecikmə o qədər uzun çəkib ki, 7B marşrutunun sürücüsü 13 nömrəli avtobusun əvəzinə hərəkət edərək sərnişinləri götürü
17 dekabrBakcell texno-blogerlər üçün "Media Tech" təlimini həyata keçirdi
İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş "MediaTech" layihəsi çərçivəsində təlim proqramı baş tutub. "Smart Nation" ilə birgə həyata keçirilən "MediaTech: Blog the Future" tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunl
16 dekabrMasazırın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Masazır qəsəbəsiniin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq. "Azərişıq"dan -a verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında 10 kV-luq bölmədə təmi
16 dekabr