Son xəbərlər

.

Dünyada ən qədim insan izlərindən biri tapılıb

Alimlər Mərakeşdə yer üzündəki ən qədim insan izlərindən birini aşkar ediblər. Bu kəşf haqqında elmi məqalə Scientific Reports jurnalında dərc olunub. Fransanın Cənubi Brittani Universitetindən Munsef Sedratinin başçılıq etdiyi beynəlxalq antropoloqlar qrupu Afrika ölkəsinin şimal-qərb sahillərində 8

4 fevral 2024
.

"Sumqayıt" "Neftçi"ni məğlub edərək ikinci pilləyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib. Günün ilk matçında "Sumqayıt" "Neftçi"ni qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:1. Topa ilk toxunuşu 1966-cı ildə b

4 fevral 2024
.

PSJ Mbappenin əvəzinə gənc ulduz alacaq

Fransanın "Paris Sen-Jermen" klubu komandanı tərk edəcək əsas forvardı Kilian Mbeppeyə əvəzləyici tapıb. Parislilər "Milan"ın hücumçusu Rafael Leaunu almaq istəyirlər. Lakin mümkün keçidin təfərrüatları hələ dəqiqləşdirilməyib. Xatırladaq ki, Mbappenin azad agent kimi "Real Madrid"l

4 fevral 2024
.

Öldürmür, amma süründürür: İnsanlar viruslarla mübarizədə zəifləyiblər? - ARAŞDIRMA

Son vaxtlar ölkə ərazisində kəskin virus infeksiyaları yayılıb. Böyüklü, kiçikli xeyli insan xəstədir. Azyaşlıların əksəriyyəti qızılcaya yoluxur, böyüklər isə qızdırma ilə "vuruşur". Üstəlik, hamı xəstəliyin gec sağalmasından, çox əziyyət verməsindən şikayətlənir. Ürək bulanması, baş ağrısı

4 fevral 2024
.

Gürcüstanda ən çox yayılmış cinayət açıqlanıb

2023-cü ildə Gürcüstanda 54,2 min cinayət qeydə alınıb ki, bu da bir il əvvəlkindən 0,5% azdır. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, ötən ilki cinayətlərin 64,9%-i açılıb. 2022-ci ildə isə bu rəqəm 63,09% olub. Bildirilib ki, hazırda Gürcüstanda ən çox yayılmış cinayətlə

4 fevral 2024
.

Çilidə şiddətli meşə yanğınları: Ölənlərin sayı 50-ni ötüb - VİDEO

Çilinin mərkəzində irimiqyaslı meşə yanğınları tüğyan edir. Son məlumatlara görə, təbii fəlakət qurbanlarının sayı 51-ə yüksəlib. Proqnozlara görə, bu son rəqəm deyil və təəssüf ki, tələfatın daha da artacağı gözlənilir. Hazırda Çili səlahiyyətliləri meşə yanğınlarının yaşayış infrastrukturuna çatacağında

4 fevral 2024
.

İraq ABŞ-nin zərbələrindən sonra - VİDEO

ABŞ-nin İraqa endirdiyi raket zərbələrindən sonra ölkə ərazisindən yeni görüntülər yayımlanıb. Qeyd edək ki, fevralın 3-ü ABŞ Suriya və İraqdakı iranyönlü qrupların mövqelərinə hava zərbələri endirib. Görüntüləri təqdim edirik:

4 fevral 2024
.

Kişilərdə anormal sinə böyüməsi: Ginekomastiyanın müalicə üsulu nədir? - ARAŞDIRMA + VİDEO

Son dövrlərdə kişilər arasında ginekomastiya xəstəliyi yayılmaqdadır. Əsasən uşaqlar və yeniyetmələrdə müşahidə olunan bu xəstəlik döş toxumasının anormal şəkildə böyüməsidir. Bu hallar hansı səbəblərdən yarana bilər?. Plastik cərrah Elvin Əliyev ginekomastiya xəstəliyinin əsasən genetik faktorlarl

4 fevral 2024
.

"Barselona" və Braziliya millisinin sabiq futbolçusu məhkəmə qarşısına çıxacaq

İspaniyanın "Barselona" klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş məhkəmə qarşısına çıxacaq. Proses Bakı vaxtı ilə fevralın 5-də saat 13:00-da başlanacaq. Prokurorlar keçmiş cinah müdafiəçisi üçün 9 il həbs cəzası istəyirlər. Bundan əlavə, Alveşin zərərçəkənə 150 min avr

4 fevral 2024
.

Nigeriyada toy karvanına hücum: Üç nəfər öldürüldü, 55 nəfər girov götürüldü

Nigeriyada naməlum silahlı şəxslər toy kortejinə hücum edərək üç nəfəri öldürüb, daha 55 nəfəri girov götürüblər. Hadisə şahidlərinin sözlərinə görə, faciə ölkənin şimalındakı Katsina ştatının Damari kəndi yaxınlığındakı yolda baş verib. Toy mərasiminin qonaqları arasında yaralananlar da var. Qeyd edə

4 fevral 2024
.

Hazard: "Ronaldunun məndən yaxşı olduğunu düşünmürəm"

"Real Madrid"in sabiq hücumçusu Eden Hazard futbol istedadına görə kimin ondan daha güclü olması sualını cavablandırıb. "Futbol istedadına görə hansı futbolçu məndən üstündür? Fərdi olaraq Messi bəlkə də yeganədir. Mən onu "Barselona"da izləməkdən həzz alırdım. O, tarixin ə

4 fevral 2024
.

Süni uşaq qidaları bahalaşıb: Sakinlər qiymət artımından narazıdırlar - VİDEO

Süni uşaq qidaları bahalaşıb. Sakinlərin sözlərinə görə, uşaq qidalarında 5-11 manat aralığında bahalaşıb. Əczaçılar isə hesab edirlər ki, qiymət artımı yalnız bahalı süni uşaq qidalarında gözə çarpır. Məsələn, 0-6 aylıq uşaqlar üçün nəzərdə tutulan 800 qramlıq uşaq qidasının qiyməti 98 manatdan 12

4 fevral 2024
.

Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

4 fevral 2024
.

Şəmkirdə evdən çürümüş meyit tapılıb

Şəmkirdə evdən çürümüş meyit tapılıb. "Report"un məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Meyiti tapılan şəxs 75 yaşlı kənd sakini, M.Əhmədovdur. Faktla bağlı araşdırma aparılır

4 fevral 2024
.

Xalq artisti: "Qızım məhkəmədə məndən imtina edib"

Xalq artisti Tarıyel Qasımov "Evdəkilərə salam" verilişində qonaq olub. xəbər verir ki, aktyor ilk həyat yoldaşından boşanmasından danışıb:. "Xanımımın (ilk həyat yoldaşını nəzərdə tutur - red.) o sözlərini kişi kimi qəbul edə bilmədim. Rayonda böyümüşəm və orada qadınlar kişiyə qarş

4 fevral 2024
.

Bayden ilk rəsmi praymerizdə böyük fərqlə qalib gəldi

ABŞ-nin hazırkı prezidenti Co Bayden Cənubi Karolina ştatında Demokratlar Partiyasından prezidentliyə namizədlər üçün keçirilən ilkin seçkidə mütləq üstünlüklə qalib gəlib. Məlumata görə, seçicilərin 96 faizindən çoxu dövlət başçısına səs verib. Digər Demokrat namizədlər - yazıçı Marien Villiamson v

4 fevral 2024
.

Hacıqabulda avtomobil yanıb - VİDEO

Hacıqabulda avtomobil yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-ni

4 fevral 2024
.

Azərbaycanın üç cüdoçusu "Böyük Dəbilqə"nin sonuncu günündə mübarizəyə başlayacaq

Bu gün Azərbaycanın daha üç cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq. xəbər verir ki, sonuncu yarış günündə Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşangi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar. 90 kq. Vüqar Talıbov - Mariano Koto Bersye

4 fevral 2024
.

Bu gün texnologiyanın inkişafında inqilab edən azərbaycanlı alimin doğum günüdür

Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin doğum günüdür. 1921-ci il fevralın 4-də Bakıda anadan olan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 nömrəli orta məktəbdə alıb. 1932-c

4 fevral 2024
.

Sumqayıtda avtomobil yanıb - VİDEO

Sumqayıtda minik avtomobili yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafiz

4 fevral 2024
.

Sənədsiz ev probleminin köklü surətdə həlli üçün işçi qrupu yaradılıb

"Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir". Əmlak Məsələləri Dövlət Xidməti rəisi Mətin Eynullayev -a açıqlamasında bildirib ki, özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün işçi qrupu yaradılıb. O, mühafizə zolaqları ilə bağlı bütün məlumatları

4 fevral 2024
.

Neftçalada keçmiş polis əməkdaşının intiharının səbəbi məlum olub

Bəzi sosial şəbəkə səhifələrində 2016-2023-cü illərdə Neftçala Rayon Polis Şöbəsində polis nəfəri kimi xidmət edən Şahin Elçin oğlu Əyyubovun intihar faktı ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, o xidmət etdiyi müddət ərzind

4 fevral 2024
.

Bakıda güclü külək əsəcək, bəzi rayonlarda qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 5-i gündüzdən 6-sı səhərədək cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 6-sı gündüz isə qısa müddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bir neçə gün dava

4 fevral 2024
.

Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar dairə seçki komissiyaları tərəfindən seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi işləri yekunlaşdırılıb. Seçki bülletenləri Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada dairə seçki komissiyalarına paylandıqda

4 fevral 2024
.

Şirvanda narkotik alverçisi həbs edilib

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfində

4 fevral 2024
.

Sumqayıtda sex yanıb

Sumqayıt şəhərində ümumi sahəsi 200 kvadratmetr olan plastik boru istehsalı sexinin dam örtüyünün taxta atmaları 10 kvadratmetr sahədə və içərisində taxta tullantıları 10 kvadratmetr sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğı

4 fevral 2024
.

Gəncədə liftdə köməksiz qalan şəxs xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən onmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, dərhal əraziyə FHN-in Gəncə Regiona

4 fevral 2024
.

Tovuzda qızdırıcının partlaması nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb

Bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alan Tovuz sakini müalicə aldığı xəstəxanada dünyasını dəyişib. "Report"un məlumatına görə, 1996-cı il təvəllüdlü A.Abbasova göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, mərhum yaşadığı evdə suqızdırıcısını

4 fevral 2024
.

Namibiya prezidenti vəfat edib

Namibiya Respublikasının prezidenti Haqe Qotfrid Qeynqob fevralın 4-də 82 yaşında vəfat edib. Ölüm zamanı o, həyat yoldaşı və uşaqlarının əhatəsində xəstəxanada olub. Yanvar ayında prezident ofisi Qeynqobaya xərçəng diaqnozu qoyulduğunu açıqlamışdı. Hazırda isə dövlət başçısı vəzifəsini Namibiyanın vitse-prezident

4 fevral 2024
.

Seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatıb

Seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti başa çatıb. xəbər verir ki, prosesə yanvarın 14-dən başlanılıb və fevralın 4-dək olan müddəti əhatə edib. Qanunvericiliyə əsasən, seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfində

4 fevral 2024