Öldürmür, amma süründürür: İnsanlar viruslarla mübarizədə zəifləyiblər? - ARAŞDIRMA

Öldürmür, amma süründürür: İnsanlar viruslarla mübarizədə zəifləyiblər? - ARAŞDIRMASon vaxtlar ölkə ərazisində kəskin virus infeksiyaları yayılıb. Böyüklü, kiçikli xeyli insan xəstədir. Azyaşlıların əksəriyyəti qızılcaya yoluxur, böyüklər isə qızdırma ilə "vuruşur". Üstəlik, hamı xəstəliyin gec sağalmasından, çox əziyyət verməsindən şikayətlənir. Ürək bulanması, baş ağrısı, yüksək temperatur, sümük ağrıları bütün xəstələrdə müşahidə olunur. Sosial şəbəkələrdə "virus öldürmür, amma süründürür", "qızdırma 39 dərəcədən aşağı düşmür", "öskürməkdən boğazım qopub düşəcək", "sümüklərim sızıldayır" kimi xəstə şikayətlərinə rast gəlirik.

Bəs yayılan virus nədir? İnsanlar necə yoluxurlar? Bu virusa yoluxmamağın yolu nədir?

"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

COVID-19-un yeni variantı ilə üz-üzəyik?

Mövzu ilə bağlı TƏBİB-dən verilən məlumata görə, hər il olduğu kimi payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar tənəffüs yolu infeksiyalarında artım müşahidə edilir:

"Son günlərdə əhali arasında boğaz qıcıqlanması, boğaz ağrısı, yüksək olmayan temperatur, oynaqlarda ağrı, burun tutulması simptomları ilə müşayiət olunan tənəffüs yolu infeksiyalarından şikayətlər artıb. Hətta bəzi xəstələrdə iybilmə, dadbilmə duyğusunun itirilməsi də müşahidə olunur. Xəstələr bunun COVID-19 virusunun yeni variantlarından biri olduğunu düşünərək təşviş keçirirlər".

TƏBİB əhaliyə dəfələrlə çağırışlar edib

Qurumdan bildirilib ki, yayılan xəstəliyi COVID-19 virusunun yeni variantları ilə əlaqələndirməyə heç bir əsas yoxdur:

"Tənəffüs yolu infeksiyalarının (qrip, kəskin respirator xəstəliklər və s.) bəzilərində iybilmə və dadbilmə duyğusunun itirilməsi şikayətləri müşahidə edilə bilər. Mövsümlə əlaqədar sadaladığımız şikayətlərlə Həkimə müraciət sayında artım olması hər zamankı kimi gözləniləndir. TƏBİB respirator infeksiyaların artacağı ilə bağlı dəfələrlə əhaliyə çağırışlar edib. Əhalinin respirator gigiyena qaydalarına əməl etmələri tövsiyə olunub, qrip vaksinlərinin tətbiqi həyata keçirilib və proses davam etdirilir. Bütün bu xəstəliklər hava-damcı yolu ilə yoluxur və hər birinin qorunma yolu eynidir".

Uşaqlar, hamilə qadınlar, ahıl şəxslər

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov da bildirib ki, qış fəsli ilə əlaqədar hazırda mövsümi qrip, müxtəlif respirator virus infeksiyaları, o cümlədən koronavirus infeksiyasına yoluxma hallarına təsadüf edilir:

"Soyuq aylarda yoluxma hallarının artımı insanların daha çox toplaşdığı qapalı məkanlarda sıx təmaslar zamanı infeksiyaların hava-damcı üsulu ilə yayılması üçün əlverişli şəraitin yaranması ilə əlaqədardır. Bundan başqa, otaqların daha az havalandırılması, xəstəliyin yüngül formalarına rast gəlinməsi səbəbindən xəstələrin evdə oturmayaraq aktiv həyatını davam etdirməsi, tibbi maskadan istifadə edilməməsi, məsafənin gözlənilməməsi, əl gigiyenasına əməl olunmaması bu cür xəstəliklərin nisbətən sürətli yayılmasına öz "töhfəsini" verir. Həmçinin, payız-qış fəslində insanlarda immunitetin dövrü zəifləməsi, soyuq havanın yuxarı tənəffüs yollarının selikli qişasına təsiri nəticəsində mikroblara qarşı müdafiə faktorlarının zəifləməsi, qida rasionunda vitamin çatmazlığı, havanın temperaturunun tez-tez dəyişməsi ilə əlaqədar geyimin düzgün seçilməməsi və s. faktorlar da ümumilikdə orqanizmi zəiflədir və yoluxmaya həssaslığı artırır. Bu müxtəlif infeksiyalar içərisində nisbətən daha çox fəsadlı keçən məhz qripdir. Xəstəliyin qızğın dövründə yüksək hərarət, ümumi zəiflik, iştahasızlıq, ürəkbulanma, baş ağrıları, uzun müddətli quru və yaş öskürək kimi əlamətlər digər respirator infeksiyalarla müqayisədə daha ifadəlidir. Xüsusən də immundefisit halları xəstəliyin uzanmasına, sağalmanın daha gec baş verməsinə səbəb olur. Beş yaşa qədər olan uşaqlar, hamilə qadınlar, ahıl şəxslər, ağır xroniki xəstəliyi olan insanlar daha həssasdır".

Sadə qaydalara əməl etmək tələb olunur

T.Eyvazovun sözlərinə görə, infeksiyaların yayılma sürətini azaltmaq üçün sadə qaydalara əməl etmək tələb olunur. Xəstə insan kollektivə daxil olmamalı, evdə oturaraq özünü təcrid etməlidir:
"Xüsusən, risk qrupuna daxil olan şəxslər əhalinin sıx toplaşdığı məkanlardan uzaq durmalı, ictimai nəqliyyatda tibbi maskadan istifadə etməli, əl, respirator gigiyena qaydalarına əməl etməlidirlər. Valideynlər xəstələnmiş uşaqları bağçaya, məktəbə buraxmamalıdırlar. Həssas qrupa daxil olan insanlar isə ərazi üzrə tibb müəssisələrinə müraciət edərək qripə qarşı vaksinasiya olunmalıdırlar. Qida rasionunu meyə-tərəvəzlərlə zənginləşdirmək də tövsiyə olunur".

COVID-19 virusu var

İnfeksionist-hepatoloq Mərdan Əliyev qeyd edib ki, ölkə ərazisində hazırda bir neçə növ virus özünü göstərir.

İnfeksionistin sözlərinə görə, insanlara əziyyət verən infeksiya qripdir:

"Qızılca, rinovirus, rotavirus, qrip, hətta koronavirus da ölkə ərazisində mövsümlə əlaqədar olaraq geniş yayılıb. Koronavirus yüngül keçdiyi üçün bununla bağlı xəstəxanalara kütləvi şəkildə müraciət olunmur, test də edilmir. Bu gün insanların şikayətləndiyi və ağır keçən virus qrip infeksiyasıdır. Xəstəlikdən sonra da uzun müddət öskürək davam edir. Rinovirus, rotavirus daha yüngül keçir, adətən ciddi narahatlıq yaratmır".

Qrip ağır fəsadları olan xəstəlikdir

Həkim vurğulayıb ki, qrip hər zaman ağır xəstəlik hesab olunub, sadəcə, insanlar bütün növ halsızlıqları, soyuqdəymələri qrip adlandırdığı üçün əsl qripi hiss etməyib:

"Qış aylarında, xüsusilə də dekabr ayından mart ayına qədər bizim ölkədə qrip olur və biz ona asanlıqla yoluxa bilirik. Qripə dırnaqarası xəstəlik kimi yanaşmamalıyıq. Qrip kifayət qədər ağır fəsadları olan, özümüzü gözləməsək, pnevmoniyaya qədər aparan xəstəlikdir".

Viruslar hər il öz gücünə güc qatır?

İnsanlar son üç ildə müşahidə olunan xəstəliklərin əvvəlkilərlə müqayisədə ağır keçdiyini vurğulayırlar. Məsələn, "qızılca əvvəlki qızılca deyil", yaxud "qrip heç vaxt bu qədər sərt olmayıb" kimi fikirlərə tez-tez rast gəlirik. Həqiqətən viruslar hər il öz gücünə güc qatır, yoxsa insanlar mübarizədə zəifləyiblər?

M.Əliyev qeyd edib ki, bu zəifləmə koronovirusun bizə vurduğu zərbələrdəndir:

"Koronavirus pandemiyasından sonra bütün yoluxanların immun sistemində zəifləmə baş verdi. Maskalardan istifadə, açıq havada az vaxt keçirmək, günəşdə yetəri qədər olmamaq, dənizkənarında kifayət qədər vaxt keçirilməməsi immunitetimizin zəifləməsinə səbəb oldu. Buna görə də əvvəlki illərlə müqayisədə viruslarda ağır keçməyə meyillik özünü göstərir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2322   Tarix: 04 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr