Limfa düyünlərinin böyüməsi təhlükəlidirmi- 15 SƏBƏB

Limfa düyünlərinin böyüməsi təhlükəlidirmi- 15 SƏBƏBLimfa düyünləri boyunda, qolaltında, boğazda, bədənin bir çox hissələrində olur. Orqanizmin təmizlənməsində böyük rol oynayan bu həssas düyünlər bəzən iltihabi prosesdən şişir, ölçüsü böyüyür və ağrı verə bilir.

Sonxeber.az Medicina.az-a istinadən xəbər verir ki, limfa düyünləri patoloji hüceyrələrin çoxalmasının qarşısını alır, orqanizmə düşən infeksion agentləri zərərsizləşdirir, hüceyrələrarası mayeni qovur, limfositlərin yaranmasını həyata keçirir. Limfadüyünü yumru və ya oval formada olur, normal vəziyyətdə 1 sm olur. Yüngülcə basıldıqda əl altında hərəkət edən piy vəzisi kimi hiss olunur, ağrısızdır.

Limfatik sistem toxuma və hüceyrələri təmizləmək üçündür. Maddələr mübadiləsi, immun sistem, müdafiə qabiliyyəti, lipid mübadiləsində əsas rol oynayır.

Limfa düyünləri niyə böyüyür?

Limfademopatiya - artıq orqanizmdə təhlükəli vəziyyət yarana biləcəyini göstərən siqnaldır. Yerləşdiyi nahiyədən asılı olaraq hansı sistem və orqanda problem olmasını bilmək olar. Əgər tənəffüs sistemində infeksiya, iltihab varsa - boyun, boğaz limfadüyünləri şişir.
Osteomiletdə diz limfa düyünləri böyüyür.

Orqanizmə infeksiya düşdükdə, iltihabi proses kəskinləşdikdə yaxınlıqda olan limfa düyünləri daha çox müdafiə hüceyrələri sintez edir ki, bu da düyünlərin böyüməsinə səbəb olur. İnfeksiya bədəndə var gücü ilə yayılmağa başlayanda limfadüyünlər onu özündə tutub saxlayır. Orqanizmdə infeksiyalaşma nə qədər yüksəkdirsə, limfa düyün bir o qədər yüklənir. Düyünün ölçüsü 5-6 sm-ə kimi böyüyür.

Əgər bu mərhələdə heç bir tədbir görülməsə, ikincili xəstəlik olaraq limfa düyünlərin iltihabı və irinləməsi- Limfadenit başlayır.

Səbəblər:
-Orqanizmə virus infeksiyalarının düşməsi
-Herpes
-Bakterial infeksiyalar
-Göbələk
-Şiş yaradan hüceyrələrin bölünməsi
-Iltihabi proseslərin olması
-Burun-tənəffüs sisteminin xəstəlikləri- laringitdən tutmuş otitə kimi
-Dİşlərdə karies
-Revmatizm
-Vərəm xəstəliyi
-QİÇS
-Allergik reaksiyalar
-Zəif immun sistemi
-Stress, avitaminoz
-Orqanizmin kəskin soyuması
-Xoş və ya bədxassəli şişlərin olması
-Alkoqolizm, narkomaniya
-Bəzi dərman preparatlarının və antibiotiklərin təsiri

Limfadüyünlərin böyüməsinin səbəbləri o qədər çoxdur ki, hər həkim belə baş çıxara bilmir. Amma əsas 3 qrupu ayırd edirlər: ya orqanizmdə güclü iltihab var, ya infeksiyalar çoxalıb ya da onkoloji proses başlayıb.

Əgər sizdə limfa düyünləri ətrafı qızarıbsa, əllə yoxladıqda böyümə, ağrı varsa, udma və baş çevirmə zamanı diskamfort yaranırsa, şişkinlik, tərləmə, titrəmə, çəki itirilməsi, qaraciyərin böyüməsi, gücsüzlük, öskürək, boğazda ağrı, ürəkbulanma, qızdırma varsa, o zaman limfa düyünlərin iltihabından şübhələnib həkimə getmək lazımdır.

Diaqnoz:

-Həkimin əllə müayinəsi
-Qan analizi
-USM
-RENTGEN
-Onkomarkerlərin təyini
-Lazım gəldikdə, düyündən biopsiya.

Müalicəsi:
Səbəbi araşdırdıqdan sonra antibiotik terapiya başlanılır. Əgər virus infeksiyasıdırsa, simtptomatik müalicə olunur. Əgər göbələk infeksiyasıdırsa, göbələk əleyhinə preparatlar.

Limfa düyünləri şişən zaman xəstə:
-Sutkaya 2litr su içməlidir, çünki limfa suyun sayəsində axın edir.
-Qızdırma salıcı və iltihab əleyhinə dərmanlar qəbul etməlidir.
-Boğaza kompreslər olunmalıdır.
-Ağır halda yataq şəraitində olmalıdır.

Qəti olmaz:
-Limfa düyünlərini sıxmaq, masaj etmək, isitmək, mazlar, kremlər çəkmək.

Cərrahi əməliyyat:
Əgər limfadüyünlər çox böyüyübsə, irinlidirsə və şiş hüceyrələri metastaz veribsə, əməliyyatla götürülür.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4406   Tarix: 16 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Artıq çəkidən qurtulmağın ən təhlükəsiz yolu açıqlandı

Üzgüçülük artıq çəkidən qurtulmaq üçün ən zərərsiz və təhlükəsiz üsul hesab olunur. xəbər verir ki, bu barədə rusiyalı tibbi ekspert Yekaterina Demyanovskaya " portalına verdiyi müsahibədə məlumat verib. Mütəxəssis qeyd edib ki, əlavə kaloriləri yandırmaq məqsədilə akvaaerobika (su aerobikası) məşqlərin

19 may
.

Dünyanın ən sıx məskunlaşmış adası: 1,5 futbol meydançasından kiçikdir

Kolumbiya sahilləri yaxınlığında, Karib dənizində yerləşən Santa Kruz-del-İslote adası dünyanın ən qeyri-adi yaşayış məntəqələrindən biri hesab olunur. Qaynarinfo RMF24.pl-ya istinadən xəbər verir ki, cəmi 1,2 hektar sahəyə malik olan - yəni bir yarım futbol meydançasından da kiçik - bu adada 1200-

19 may
.

Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO

Nişan mərasimində bəyə təqdim olunan hədiyyə sosial şəbəkələrdə maraq doğurub. xəbər verir ki, qız evi tərəfindən bəylə bağlı hazırlanan sürpriz tədbir iştirakçılarının diqqətini çəkib. Bəyə məşhur "PlayStation 5" oyun konsolu hədiyyə edilib. Hədiyyəni görən bəy sevincini gizlədə bilməyib

17 may
.

Everest zirvəsinə dırmanmaqda yeni dünya rekordu bəlli oldu

Məşhur nepallı alpinist Kami Rita Şerpa 32-ci dəfə Everest zirvəsinə qalxaraq həm öz şəxsi rekordunu, həm də dünya rekordunu təzələyib. xəbər verir ki, bu barədə "Himalayan Times" nəşri məlumat yayıb. Bildirilir ki, digər bir qadın alpinist Lhakpa Şerpa da dünyanın ən yüksək nöqtəsinə 11-c

18 may
.

Enerji qənaəti üçün soyuducuya qulluq qaydası

Mütəxəssislər qeyd edirlər ki, kondensatorun üzərindəki toz təmizləndikdən sonra soyuducunun içində temperaturun nəzərəçarpacaq dərəcədə aşağı düşdüyü hallar müşahidə olunub. xəbər verir ki, soyuducu evdə ən çox enerji sərf edən məişət cihazlarından biridir, çünki o, fasiləsiz işləyir. Lakin elektri

20 may
.

Artıq robotların da "şəxsiyyət vəsiqəsi" olacaq

Çin humanoid robotlar üçün nəzərdə tutulan rəqəmsal şəxsiyyət vəsiqəsi (ID) sisteminin sınaqlarına start verib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Interesting Engineering" nəşri məlumat yayıb. Bildirilib ki, Hubey əyalətində bir sıra modellərə "pasport" rolunu oynayaca

18 may
.

Diqqət çəkən görüntü: kənddə maraqlı mənzərə - VİDEO

Türkiyənin Niğde vilayətinin Kayırlı kəndində 3 mərtəbəli evin damında yerləşdirilən "Anadol" markalı yük maşını qeyri-adi görüntü yaradıb. türk mediasına istinadən xəbər verir ki, sosial mediada da maraqla qarşılanan bu mənzərə bölgəyə xüsusi diqqət cəlb edib. Karadenizi xatırladan görüntüləri

19 may
.

Koreyalıların uzunömürlülük sirri - Ən yaxşı 5 fermentləşdirilmiş məhsul

Bağırsaq mikroflorasının keyfiyyət tərkibi yalnız qidanın parçalanmasını tənzimləmir, həm də güclü immunitetin, stabil maddələr mübadiləsinin və ümumi psixoemosional tonusun formalaşması üçün əsas baza rolunu oynayır. Bakterial mühitin optimal balansını qorumağa isə müəyyən fermentləşdirilmiş məhsullard

21 may
.

Ulduz futbolçunun böyük sevinci! Televizorda adını eşidəndə sevincdən uçdu - VİDEO

"Fənərbağça"nın qapıçısı Edersonun Braziliya millisinin dünya çempionatı heyətinə seçildiyini öyrəndiyi anlar sosial şəbəkələrdə diqqət çəkib. xarici mediaya istinadən xəbər verir ki, Milli komandanın heyəti açıqlanarkən Edersonun adının səslənməsi ilə evdə böyük sevinc yaşanıb. Yaxınları həyəcanl

19 may