Artıq robotların da "şəxsiyyət vəsiqəsi" olacaq
Çin humanoid robotlar üçün nəzərdə tutulan rəqəmsal şəxsiyyət vəsiqəsi (ID) sisteminin sınaqlarına start verib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Interesting Engineering" nəşri məlumat yayıb.
Bildirilib ki, Hubey əyalətində bir sıra modellərə "pasport" rolunu oynayacaq rəsmi ID nömrələr təqdim edilib.
Bu layihənin inkişafı Uhan Humanoid Robototexnika İnnovasiya Mərkəzi tərəfindən həyata keçirilir.
Yeni sistemə əsasən, hər bir cihaza onun bütün parametrlərini özündə əks etdirən xüsusi rəqəmsal şifrə təyin olunacaq. Həmin elektron profildə aşağıdakı vacib məlumatlar yer alacaq:
- İstehsalçı şirkət, model və seriya nömrəsi;
- Cihazın konfiqurasiyası və avtonomluq dərəcəsi;
- Keçdiyi təmir işləri və texniki xidmət tarixçəsi;
- Akkumulyatorların (batareyanın) durumu və mexanizmlərin köhnəlmə dərəcəsi;
- Real vaxt rejimində cihazın hərəkət dəqiqliyi və hazırkı texniki vəziyyəti.
Təşəbbüs çərçivəsində robotların istismar müddəti boyunca vəziyyətini nəzarətdə saxlamağa imkan verəcək vahid rəqəmsal qeydiyyat platformasının qurulması planlaşdırılır.
Çin mütəxəssislərinin fikrincə, bu cür yenilik texniki xidməti sadələşdirməklə yanaşı, yaranan nasazlıqların diaqnostikasını da sürətləndirəcək. Bundan başqa, cihazların rəqəmsal istifadə keçmişi robotların qarışdığı qəzalar və ya hər hansı insidentlər zamanı hüquqi cəhətdən kimin məsuliyyət daşıdığını (istehsalçının, yoxsa sahibinin) müəyyənləşdirməyə kömək edəcək.
Qeyd edək ki, yayihənin digər önəmli məqsədi robototexnikanın təkrar bazarı üçün etibarlı mühit yaratmaqdır. Belə ki, gələcək alıcılar eynilə işlənmiş avtomobil alarkən olduğu kimi ("robotun yürüşü" və s.), cihazın istifadə tarixçəsini və texniki yoxlama nəticələrini əvvəlcədən şəffaf şəkildə nəzərdən keçirə biləcəklər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 431 Tarix: 18 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrYatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl
10 oktyabrBelə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrAzərbaycanda ən gənc müəllimin neçə yaşı var?
2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib
4 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrYaş saçla yatmayın: Bu riski artıra bilər
Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş
4 oktyabr